29 dek 19:32Yazar

“Sabah”, “Xəzər” və Qurbanov

Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyinatından sonra futbolumuzda hərəkətli günlər yaşanır. İndi işıqlı gələcəyə, futbolumuzun inkişaf edəcəyinə, Avropanın heç olmasa ortababına çevriləcəyimizə inanlar çoxdu. Bu təyinatdan sonra ölkənin təkcə idman mətbuatı yox, ictimai-siyasi xəbər saytları da Qurbanova diqqəti artırıb. Bir gün maaşını müzakirəyə çıxarırlar, daha sonra da avtomobilini. Sanki millinin baş məşqçisi təyin olunmazdan əvvəl Qurban bəy pul qazanmayıb, maşın sürməyib, piyada gəzib. Sözsüz ki, bu cür ajiotajın da bəlli səbəbləri var. İndi Qurban bəy Azərbaycanın ən məşhur simalarından biridi. Hər kəs ona diqqət göstərir, adıyla bağlı xəbərlər maraqla qarşılanır. Bu mənada ictimai-siyasi mətbuatın belə davranışı anlaşılandı. Onlar da öz maraqlanı güdür, xəbərlərinin daha çox oxunmasına çalışırlar. Qurbanovun adı ətrafında yaşananların Azərbaycan futboluna xeyri də var. Futbol adamlarının populyarlaşması bu oyunun təbliğatına təsir göstərir, insanların bu sahəyə marağını artır.
Az-çox Qurban bəyin xarakterinə bələdik. Bilirik ki, daim diqqət mərkəzində olmasından, hər addımının müzakirəyə çıxarılmasından narahatdı. Daha çox sakit həyata, öz işiylə məşğul olmağa meyillidi. Adının tez-tez çəkilməsi, maaşının və maşınının müzakirəyə çıxarılması onda diskomfort yaradır. Prosesi əngəlləmək, bir-bir hamıya cavab vermək mümkün də deyil. Qalır hər şeyi zamanın axarına buraxmaq, emosiyaların soyumasını, gündəmin başqa məsələlərlə məşğul edilməsini gözləmək. Ümid edirəm ki, belə də olacaq. Yavaş-yavaş Qurban Qurbanovun əməkhaqqı, sürdüyü maşın, geyindiyi əlbisələr insanlar üçün adiləşəcək, onun futboldan kənardakı həyatına diqqət azalacaq. Bu gün belə asan yollarla, şou tipli yazılarla özünə reytinq toplamağa çalışanlar da öz işlərinin arxasınca gedəcək, gündəmi məşğul edən digər məsələlərdən yazacaqlar. Bu sətirlərləri yazmaqla hansısa formada Qurbanovu müdafiə etmək fikrim yoxdu. Şəxsi qənaətimdi ki, ona qarşı bu cür davranışlar, qazancının və avtomobilinin “söz konusu” olması düzgün məşğuliyyət deyil. Amma bir halda ki, bununla məşğul olanlar var, öz işləridi. Qeyd etdiyim kimi, bir gün onlar olmayacaq. Meydan yenə də bizə qalacaq. Daha doğrusu, futbolumuzdan, futbolumuzun problemlərindən, çıxış yolundan yazmaq bizə düşəcək. Onda da çalışacağıq ki, işimizin öhdəsindən bacarıqla və vicdanla gələk, əlimizdən gələni Azərbaycan futbolu üçün əsirgəməyək. Bizim işimizin adı budu.
Kütlə psixologiyası çox təhlükəlidi. Kütləni coşdurmaq hər nə qədər asandısa, sonradan onu idarə etmək, yönləndirmək, ehtiyac yarananda da sakitləşdirmək çox çətindi. Qurban Qurbanovun milliyə baş məşqçi təyin olunması ilə futbolumuzda yaranan eyforiyada həmin o kütlə psixologiyasının izləri, əlamətləri hiss olunur. Sabah Allah göstərməsin, millimiz Qurbanovun rəhbərliyi altında çıxdığı 3-cü və ya 5-ci oyunda böyük hesabla uduzsa, indi onu tərifləyənlər, baş məşqçiyə xilaskar gözüylə baxanlar deyinməyə, “əşi, onsuz da düzələn deyil, kim gəlir-gəlsin, xeyri yoxdu” deməyə başlayacaqlar. Bunu Qurban bəy özü də yaxşı bilir. Bütün bu yanaşmalara da hazır olmaq, “psixoloji terror”dan qorunmaq lazım gələcək. Şablon kimi səslənsə də, təkrarlamağa məcburuq: Qurban Qurbanovun əlində “sehirli çubuq” yoxdu. Baş məşqçisini dəyişməklə milli bir günün içində dəyişməyəcək. Aşağı yaş qrupları üzrə komandalara gənc mütəxəssisləri gətirməklə həmin yığmalarda yeni istedadlar bir-birinin ardınca parlamağa başlamayacaq. Onları axtarmaq, tapmaq, yetişdirmək tələb olunur. Azyaşlı futbolçu ağac pöhrəsi kimidi, onu əkəndən sonra mütləq nazını çəkmək, qulluğunda durmaq lazımdı. Yoxsa sərt küləklər onu yıxacaq və ya pöhrənin kökləri susuzluqdan quruyacaq.
Bu yaxınlarda Biləsuvardakı qaçqın düşərgəsində uşaqlara futbolun sirlərini öyrədən bir məşqçinin müsahibəsini oxumuşdum. Deyirdi ki, istedadlı bir yeniyetməni Bakıya göndəriblər, onun səviyyəsi paytaxtdakı komandaların məşqçilərini qane edib. Amma uşağın qalmağa yeri olmayıb, valideynlərinin də Bakıya köçməyə imkanı yoxdu. Beləcə daha bir istedadı itirmişik, gələcəkdə böyük futbolçu ola biləcək bir potensial sahibi yenidən məcburi köçkünlərin yaşadığı düşərgəyə qayıdıb. Onun üçün artıq futbolun kitabı da bağlandı, gələcəkdə çörək pulunu qazanacağı digər məşğuliyyət axtaracaq. Belələri onlarla yox, bəlkə də yüzlərlə, minlərlədi. Amma tapıb üzə çıxara bilmirik. Heç ciddi-ciddi axtarışa çıxan, daha sonra da tapdığını böyük futbolçu etmək üçün qayğısına qala biləcək adam da yoxdu. Bu boyda ölkənin bölgələrində Qəbələnin akademiyasından başqa öyünəcəyimiz heç bir futbol infrastrukturunun adını çəkə bilmirik. Nə Gəncədə, nə Tovuzda, nə Şirvanda, nə də Lənkəranda oxşarını yarada bilməmişik. Di gəl ki, Qurban Qurbanovdan möcüzə gözləyirik, yığmanın onun rəhbərəliyi altında 2020-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmasını arzulayırıq.
Reallıqla barışmalı, düzgün istiqamət götürməli və əməli fəaliyyətə keçməliyik. Gələn mövsüm “Sabah”ın və yaxud da “Xəzər”in premyer-liqaya yüksəlməsi, elita iştirakçılarının sayının 10-a və ya 12-yə çatması yaxşı xəbərdi. Amma bununla da problemlərimiz bitməyəcək. Özümüzü aldatmayacaq. Yeni futbolçu nəsli üzə çıxarmalıyıq. Bunu üçün isə bölgələrdə internat tipli futbol məktəbləri fəaliyyətə başlamalıdı. Başqa yolumuz yoxdu!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar