27 dek 20:00Yazar

Olmazdımı, cənab Axundov?!

Ramiz Məmmədov “Keşlə”nin idman direktoru təyin olundu. Bu münasibətlə onu təbrik edirəm. Hər halda, bu vəzifə “əvəzedici komandalar üzrə əlaqələndirici”dən daha ürəyəyatan və samballı vəzifədi. Nəzərə alaq ki, Məmmədov futbolçu karyerasını başa vurduqdan sonra qarşısına idman direktoru postunda çalışmaq yox, məşqçilik etmək məqsədi qoymuşdu. Bu mənada yeni işinin Ramiz bəyin ürəyincə olmadığını təxmin etmək çətin deyil. Özü də baş məşqçi postunda bir müddət çalışdıqdan sonra məmur olmaq məcburiyyətində qalması onun üçün uğurlu karyera dinamikası sayıla bilməz.
“Keşlə”nin Müşahidə Şurasının iclasından çəkilən fotolara gözucu baxmaq yetərlidi ki, vəziyyəti aydınlaşdırasan. “Keşlə”yə yeni baş məşqçi təyin olunan Yuri Maksimov masanın baş tərəfində, Zaur Axundovun düz yanında əyləşib. Ramiz Məmmədova isə masanın ən axırında, kobud dillə desək, məclisin ayağında yer göstəriblər. Cənab Məmmədovu Axundovun yanında əyləşməyə layiq görmədilər. Ramiz bəyin qəzəbini hiss etmək çətin deyil. Uzun müddət işsiz qalması, futbol ailəsindən kənar düşməsi səsini çıxarmağa imkan vermir, qəzəbini içində boğur. Axundovun xarakterinə o da bələddi. Bilir ki, xırda bir narazılıq “Keşlə”nin bazasından Heydər Əliyev prospektinə doğru açılan qapının göstərilməsi ilə nəticələnəcək. Onun nazıyla oynamayacaqlar, sakitcə yola salacaqlar. Buna görə də dözməli, səsini çıxartmamalıdı. Pusquda dayanıb, Maksimovun büdrəməsini gözləmələdi. İdman direktoru kimi verdiyi ilk müsahibəsində də buna işarə vurub. Sitat tam dəqiqliyi ilə belədi: “Uyğunlaşma problemi hər zaman hiss olunur. İstər yerli, istərsə də əcnəbi mütəxəssislər üçün. İnanıram ki, Maksimov Azərbaycanda qarşılaşacağı bütün çətinlikləri nəzərə alıb”.
Düz deyir. Mən də onun vəziyyətində olsaydım və bu şərtləri qəbul edib, “oyun”a atılsaydım, belə ismarıc yollayardım. Ramiz Məmmədov artıq bir dəfə qovulan məşqçini əvəzləməyə razılaşdı və bununla da “Keşlə”də ehtiyat məşqçi statusunu öz üzərinə götürdü. İndi də klubda çalışmağa davam etməklə istənilən fövqəladə vəziyyətə hazır olduğunu, məqamını gözlədiyni göstərdi. Şübhə etmir ki, su gələn arxa bir də gələcək. Özü də bu dəfə baş məşqçi postuna əyləşsə, onu ordan endirmək çox çətin olacacaq. Zarafat deyil, bəh-bəhlə gətirilən əcnəbi mütəxəssisin uğursuzluğu fonunda taxta çıxacaq. Danışmağa dili, əleyhdarlarını susdurmağa dəlili olacaq. Deyəcək ki, qış fasiləsində mənə işləməyə imkan vermədiz, qalsaydım, indi böyük uğurlar qazanmaşdıq. Hadisələri qabaqlayıram və tam məsuliyyətimlə, səmimi qəlbdən deyirəm ki, kaş elə Ramiz Məmmədov “Keşlə”nin baş məşqçisi kimi işinə davam edəydi. İmkan vermədilər. Kimlər və nəyə görə?
“Keşlə”dəki mübarizədən hələlik Zaur Axundov qalib çıxıb və istədiyi mütəxəssisi komandaya baş məşqçi təyin edib. Amma Maksimovun özüylə birlikdə köməkçilərini gətirə bilməməsi, ən azı yaya qədər hazırkı məşqçilər korpusuyla çalışmağa məcbur edilməsi də ciddi məqamdı. Deməli, Axundovun tam qələbə qazandığı, sadəcə, görüntüdü. Çəkişmələr davam edir, yeni təlatümlər gözləniləndi. Bu təlatümlərə qədər kimlərsə öz şəxsi büdcəsini zənginləşdirəcək, ciblərini dolduracaq, transferlərdən para qazanacaq. Zərbəsi isə “Keşlə”yə, deməli, həm də Azərbaycan futboluna dəyəcək. Mən ukraynalı çalışdırıcı Yuri Maksimovla bağlı pis fikirdə deyiləm. “Qaynar qazan”da qaynamağa məhkum olması onun günahı deyil. Maksimov da çalışmaq, özünü göstərmək arzusundadı. Amma onun “Keşlə”ni düşdüyü vəziyyətdən çıxaracağına inamım azdı. Xatırladım ki, “Keşlə”dən əvvəl Maksimov “Taraz”da da oxşar aqibəti yaşayıb. Qazaxıstan çempionatında sonuncu pillədə qərarlaşan “Taraz”ı xilas etmək üçün Maksimova böyük ümidlər bəslənilib, ona öz tanıdığı futbolçuları komandaya gətirmək üçün şans yaradılıb. Amma adı çəkilən komandanı xilas etmək alınmayıb. Üstəlik, Maksimovla həmyerlisi Aleksandr Əliyev arasında böyük qalmaqalar, onların hava limanında əlbəyaxa olması uzun müddət Qazaxıstan və Ukrayna mətbuatında gündəmi zəbt edib. Təxminən bir il bundan əvvəl yaşanan hadisədən sonra Əliyev “Taraz”ı tərk etmişdi. Ondan bir qədər sonra Yuri Vileviç də Qazaxıstandan ayrılmağa məcbur olmuşdu. Sadəcə, ona görə ki, qarşıya qoyulan məqsədə çatılmadı və “Taraz” mövsümün sonunda elitanı tərk etdi. Bəlkə də onun həmin vaxt uğursuzluğa verdiyi izahı, özünə qazandırdığı bəraəti biz də eşidəcəyik. Odu ki, Maksimovun “Taraz”dan qayıtdıqdan sonra ölkəsinin mətbuatına verdiyi müsahibədən bir hissəni yadımızda saxlayaq: “Mən ora gedəndə büdcə təsdiqlənmişdi, komandanı gücləndirmək üçün bahalı futbolçular dəvət edə bilməzdik. Vəziyyət çox çətin idi. “Taraz” isə sonuncu pillədə yer alırdı. Buna görə də kimə imkanımız çatdı, onlara dəvət göndərdik”. “Taraz”la “Keşlə”nin bəlkə də yeganə fərqi Maksimovun yeni komandasının sonuncu yox, bir pillə yuxarıda qərarlaşmasıdı.
Ömür vəfa etsə, Maksimovun “Keşlə”dəki macəralarını birlikdə izləyəcək, sonradan səsləndirəcəyi açıqlamaları eşidəcəyik. İndilik isə Zaur Axundov danışır: “Həm baş məşqçi, həm də seleksiya üzrə məşqçimiz Zaur İsmayılov hazırda yeni oyunçuların dəvəti ilə məşğuldular. Axtarışlarını davam etdirirlər. Baş məşqçi 3-4 yeni əcnəbi futbolçunun gəlməsini istəyir ki, əlində geniş material olsun”.
Hörmətli Zaur bəy, olmazdımı bu legionerləri “Keşlə”yə Zaur Svanadze, yaxud da Ramiz Məmmədov dəvət edəydi, yenilənmiş komandanı Azərbaycan futboluna bələd olan mütəxəssislər çalışdıraydı? Mütləq Maksimov gəlməliydi?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Bu gün, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Bu gün, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Bu gün, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Bu gün, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Bu gün, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Bu gün, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Bu gün, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Bu gün, 12:52 “Keşlə” üçün çıxış yolu Bu gün, 12:49 Dmitri Kramarenko yığmada qaldı Bu gün, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Bu gün, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Bu gün, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Bu gün, 12:16 Türklər yığmamızı darmadağın etdi Bu gün, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Bu gün, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Bu gün, 12:05 Dünya ulduzları Bakıya gəlir Bu gün, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Bu gün, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar