20 dek 18:28Yazar

Keşməkeşli “Keşlə”

Atalarımız yaxşı deyib: “Bəylə bostan əkənin tağı çiynində bitər”. Biz bu müdrik kəlamın necə gerçək olduğunu, həyatda təsdiqini tapdığını dəfələrlə görmüşük. Həmyerlimiz, Rusiya telekanallarında zəngin iş tərcübəsinə malik İlham Rüstəmov AFFA-nın baş katibi Elxan Məmmədovun şirin vədlərinə aldanmışdı. Moskvadakı işini-gücünü buraxıb, Azərbaycana gələn İlham bəy qollarını çırmalayıb yeni idman telekanalının açılmasına girişdi. Gecəsini gündüzə qatdı, qısa müddət ərzində vəd etdiyi işi görməyi bacardı. Amma hərdən harda olduğunun, bəzi çərçivələri aşmaq üçün tələsdiyinin fərqinə varmadı. Hər kəsə meydan oxumağa başladı, özünü hamıyla düşmən etdi. Sonrasını bilirsiz. Günlərin birində İlham Rüstəmovu gəldiyi yerə geri göndərdilər. Adını da qoydular ki, onunla bağlanmış müqavilənin müddəti başa çatıbmış. Əkdiyi, suladığı, gecə-gündüz demədən becərdiyi ağacın meyvəsini başqaları yeməyə başladılar. Cənab Rüstəmov da güvəndiyi dağlara qarın yağdığını, baş katib Elxan Məmmədovun vəfasız adam olduğunu, çətin məqamda ona sahib çıxmadığını gördü. Heç kimə belə duruma düşməyi arzulamıram. Onun başına gələnlər çoxlarına nümunə olacaq hadisə idi. Baxmaq, ibrət götürmək lazım idi. Elxan Məmmədov kimi bəylərlə ortaq iş görməyin, belələrinin vədlərinə inanmağın, “bostan əkməyin” fəsadı məhz belə olmalıydı.
İndi Ramiz Məmmədov da eyni vəziyyətdədi. İllərini Azərbaycan futboluna vermiş mütəxəssis Zaur Axundovun qurduğu oyuna düşdü, öz imicini zədələdi. Vaxtında bu təhlükəni hiss edə bilmədi. Bu gün onun da əkdiyi bostanın tağı çiynindən çıxmaqdadı. Axundovun xasiyyəti, ətrafındakılara və tabeliyində olan münasibəti hər kəsə bəllidi. Bundan Ramiz Məmmədov xəbərsiz idimi? Cavab verməyə çətinlik çəkirəm. Amma hamımızın gözünün önündə Zaur bəy gürcüstanlı adaşına haqsızlıq etdi. Çətin məqamda “İnter”i atıb getməyən Svanadze çox urvatsızcasına klubdan göndərildi. Adını da qoydular ki, mütəxəssisi zəif nəticələrə görə qarşılıqlı razılıq əsasında işdən çıxarıblar. Hansı zəif nəticələr, hansı heyətlə qazanılan nəticələr? Heç bu sualın cavabını axtaran olmadı. Yayda Zaur Svanadzenin müqaviləsinin müddəti bitmişdi. Onunla eynilə birvaxtlar AZAL-ın Nazim Süleymanova davrandığı kimi davrandılar. Kiçik bir fərqlə. Nazim bəy AZAL-ı müqaviləsi olmaya-olmaya avrokubok oyunlarına çıxarmışdı, sonra da istefa ərizəsini rəhbərliyin masasının üzərinə qoymuşdu. Svanadze də “İnter”i avrokuboklara rəsmi müqaviləsi olmadan hazırladı. Çətinliklərə sinə gərdi. “Müflisləşmiş bankirlər” özlərini mübariz kollektiv kimi göstərməyi bacardılar, mərhələ adladılar, Azərbaycan üçün reytinq xalları qazandılar.
“İnter” premyer liqaya da pis başlamamışdı. Mövsümün ilk turunda “Qəbələ” ilə oyun göstərdi ki, Svanadzeni və onun komandasını hesabdan silənlər tələsiblər. Hər gün bazasından çıxarılmaq qorxusu yaşayan, məşq etməyə meydan tapmayan, aylardı maaş üzü görməyən kollektiv çempionluğa oynayan “Qəbələ”yə qarşı əməlli-başlı döyüşdü. Həmin günlər artıq komandanın düşərgəsindən həyəcanlı xəbərlər alırdıq. Eşidirdik ki, Zaur Axundov Svanadzenin davranışlarından narazıdı, onu itaətkarlığa məcbur etmək istəyir. Gürcü mütəxəssis isə bunu peşəkar davranış saymır və müqavimət göstərmək fikrindədi. Sonrası da məlum idi. Tezliklə Axundov gürcünü göndərib, öz istədiyi kadrı komandaya baş məşqçi təyin edəcəkdi. Ramiz Məmmədov üçün vəzifə düzüb-qoşanda, onu əvəzedicilərlə iş üzrə əlaqələndirici təyin edəndə bu ssenarinin nə ilə nəticələnəcəyini hamımız təxmin etmişdik. Bilirdik ki, gec-tez bu baş verəcək, Zaur Svanadze göndəriləcək, onun yerinə Ramiz Məmmədov əyləşəcək. Baxmayaraq ki, hadisələrin məhz bu axarla davam edəcəyini Zaur Axundovla Ramiz bəyin özü inkar edirdilər. Onlar bütün ciddiyyətləri ilə bizi əmin etmək istəyirdilər ki, deyilənlərin heç bir əsası yoxdu. Biz inanmasaq da, Zaur Axundov israrla deyirdi: “komandada baş məşqçi dəyişikliyinə hazırlıq getmir, Ramiz Məmmədovun Svanadzenin yerinə keçməsi gözlənilmir”. “İnter”in adını “Keşlə”yə dəyişdirənlər baş məşqçi dəyişikliyini də çox asanlıqla reallaşdırdılar. Hər şey söylənildiyi kimi də oldu, Svanadze getdi, onun boşaltdığı posta Məmmədov əyləşdirildi. Amma yenə də nələrsə qaydasında getmirdi. Bu dəfə də deyirdilər ki, Ramiz Məmmədov qış fasiləsinə qədər baş məşqçi postunda olacaq, sonra məsələyə yenidən baxılacaq. Sanki Məmmədov “kartı” Axundova öz niyyətini həyata keçirmək, Svanadzeni qovmaq üçün lazım imiş. Ramiz bəydən qalxan kimi yararlandılar, indi yenə də onu lazımsız əşya kimi bir küncə tullayırlar.
“Mordoviya”, “Taraz” kimi adını güclə eşitdiyimiz klubları çalışdırmış Yuri Maksimov hansı keyfiyyətlərinə görə Zaur Axundovun diqqətini cəlb edib? Onun məşqçi kimi hansı xüsusi istedadını görüblər? Yoxsa hansı məntiqlə Ramiz Məmmədovun yerinə Maksimovu gətirirlər? Baş açmaq olmur. “Keşlə” eksperiment meydanıdısa, elə azərbaycanlı mütəxəssis öz işinə davam etsin, əcnəbinin ətəyindən yapışmağa ehtiyac da yoxdu. Qısa müddətdə böyük dəyişikliklər ediləcəyinə, ukraynalının “Keşlə”ni avrokuboklara aparacağına Zaur Axundov özü inanırmı ki, kimlərisə də inandırıb? Gülməlidi, vallah. Ramiz Məmmədov heç düz-əməlli yatmağa macal da tapmadı ki, hansısa yuxunu görsün. Komandanın heyətlə bağlı problemləri göz qabağındadı. Məlum hadisələrdən sonra Mirhüseyn Seyidovla Nizami Hacıyevin timsalında iki təcrübəli futbolçu da itirildi. Bütün bunların fonunda “Keşlə”nin nəticə verəcəyi onsuz da inandırıcı deyildi. İndi vədə yetişib, transfer qadağası götürülüb. Komandanı gücləndirmək, yeni nəfəs vermək lazımdı. Bu iş isə azərbaycanlıya yox, əcnəbiyə həvalə olundu.
Bu da Zaur bəylə bostan əkməyin axırı, ay Ramiz Məmmədov…
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar