18 yan 21:22Yazar

Elxan Məmmədovun “yüngül ayağı”

Ta qədimdən Azərbaycan xalqının özünəməxsuz inancları olub. Onlardan da biri düşər-düşməzlə bağlıdı. Hansısa yeni başlayan işin üstünə gəlib çıxan adamın ayağını sınayırlar. İşlər qaydasında olanda deyirlər ki, “filankəsin ayağı yüngüldü, bizə düşərli oldu”. Və yaxud da əksinə, nəsə alınmasa, bütün günahı həmin adamın üzərinə yıxırlar. Adam da dönüb olur “ayağı ağır”. Belə deyimlər əllə də, hətta tək və ya cüt səbrlə bağlı olur. İllər,- əsrlər keçsə də, bu xasiyyətimizi tərgitməmişik. Nəsildən-nəslə ötürülən belə adətlər günümüzə qədər gəlib çatıb.
Bütün bunlar haqda ötən həftənin cümə günü özlüyümdə çək-çevir etmişəm, AFFA-nın baş katibi Elxan Məmmədovun son dövrlərdəki fəaliyyəti kino lenti kimi gözümün önündən keçib. Hər şey Türkiyə superliqasında “Bursaspor”un doğma meydanda “Trabzonspor”a məğlub olduğu dəqiqələrdə baş verdi. Qərara aldım ki, həmin düşüncələrimi sizinlə paylaşım. Ramil Şeydayev “Trabzonspor”la anlaşandan, Dəniz Yılmaz da Azərbaycan millisində oynamağa razılıq verəndən sonra bu komandaların çıxışını daha yaxından izləməyə başlamışıq. O ki ola həmin komandalar bir-biriylə qarşılaşa. Qarşılaşmadan öncə Bursa təmsilçisi favorit sayılır, “yaşıl timsahlar”ın “Qaradəniz fırtınası”nı asanlıqla ram edəcəyi proqnozlaşdırılırdı. Amma hakimin start fitindən heç yarım saat keçməmişdi ki, artıq qonaq komanda iki cavabsız qolu “Bursaspor”un qapısına vurdu. Nə baş verdi? Qısa müddətdə “Bursaspor” bu qədər zəiflədi, ya “Trabzonspor” qəfil gücləndi? Əmin olun ki, bunların heç biri baş verməyib. Bütün günahlar bizim AFFA-da, daha doğrusu, onun baş katibi Elxan Məmmədovdadı. Daha dəqiqi, Elxan Məmmədovun “ağır ayağı”nda. Səbəbini indi izah edəcəm.
“Bursaspor”un hücumçusu Dəniz Yılmaz Türkiyə millisindən dəvət gəlmədiyini görüb AFFA-ya “hə” deyəndən sonra noyabrın 11-də Şimali İrlandiyaya qarşı oynadı. Bir növ Dəniz Yılmaz və “Bursaspor” Elxan Məmmədovla işbirliyi qurdu. Nəticə göz qabağındadı. Noyabrın əvvəlindən bəri Bursa təmsilçisi Türkiyə çempionatında keçirdiyi 8 oyundan dördündə uduzub, cəmi iki qələbə qazanıb. Buna qədər isə “Bursaspor” 9 oyunun 6-da qələbə qazanmışdı. Təsadüf olduğunu düşünürsüz? Ötən il Ramil Şeydayev Rusiyanın ən yaxşı gənc futbolçularından sayılırdı, “Zenit”in əsas heyətinə namizəd idi. Bizim baş katiblə əl sıxışandan sonra onu heç PTT Liqasının autsayderləri belə bəyənmir. Üstəlik, AFFA-nın menecerləri Ramili “Trabzonspor”a calayandan bəri “bordo-mavililər” Türkiyədə sıradan bir komandaya çevrildi, tarixlərinin ən ağır günlərini yaşamağa başladı. “Trabzonspor”un bu mövsüm qazandığı nəticələrə baxmaq kifayətdi. Ərsun Yanalın komandası nəinki Türkiyənin, bütün Avropanın ən az qol vuran komandaları sırasındadı. Bəxtləri gətirdi ki, bu tur baş katibimizin yeni “şikarı” ilə qarşılaşdılar, onun da “yüngül ayağı” daha çox “Bursaspor”a təsir etdi.
Bizim baş katibin belə “xoşbəxt” etdiklərinin siyahısı yetərincə genişdi. İstəsəz, bəzi nümunələri sizin diqqətinizə də çatdıra bilərəm. İngiltərənin məşhur “Mançester Yunayted” klubu AFFA-nın tərəfdaşı olmağa, Bakıda açılan yay məktəbinə adının verilməsinə razılığını bildirən kimi “qırmzı şeytanlar”ın günü qara oldu. Komanda məğlubiyyətləri sıraladı, Çempionlar Liqasından kənarda qaldı. Bu mövsüm İbrahimoviç, Poqba kimi dünyanın ən bahalı futbolçuları Mourinyoyla əl-ələ verib, amma hələ də “Mançester Yunayted”in əvvəlki əzəmətini qaytara bilmirlər. Məhz cənab Məmmədovun xeyir-duasıyla “Neftçi”də Müşahidə Şurası yaradıldı. 80 illik tarixi olan klubun iki ildi belini elə qırıblar ki... Bu mövsüm heç kimə qalib gələ bilməyən AZAL belə “Neftçi”ni uddu, “ağ-qaralar” turnir cədvəlində sondan 2-ci pillədədi. Klublar Komitəsinin yaradılmasının vacibliyini kim dedi, bu qurum kimin nəzarətindədi? Əlbəttə ki, Elxan Məmmədovun. Komitə yaranan kimi ölkə klublarının qara günləri başladı, müstəqillik tariximizdə ilk dəfə Azərbaycan premyer-liqası 8 klubun iştirakıyla keçirildi. Baş katib Rusiyadan mütəxəssis dəvət etdi, Türkiyədən texnika-avadanlıq icarəyə götürdü, “CBC Sport”u yaratdı ki, ölkə çempionatını daha yaxşı yayınlatdıracaq. Əvəzində ölkənin yarısından çoxu Azərbaycan premyer-liqasının keçirilməsindən belə bixəbər qaldı, klublarımızın avrokubokların təsnifat mərhələsindəki oyunlarına baxa bilmədi.
Göründüyü kimi, adamın ayağı xeyli “yüngüldü”. Hara ayaq qoyursa, orda “gözəl günlər” başlayır, “uğurlar” qazanılır. Uşaq vaxtı izlədiyimiz “Toral və Zəri” cizgi filmində ov heyvanlarının rəsmini qayalara cızan Toral kimi. O da hansı heyvanın rəsmini çəkirdisə, qəbilə həmin heyvanın ətinə həsrət qalırdı...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar