14 dek 17:42Yazar

Kamran “out”, Orxan “in”

Dünəndən bəri özümü çətinliklə ovundururam. Çox dəyərli futbol adamı, illərini Azərbaycan futbolunun inkişafına həsr etmiş, Sumqayıtda top oyununun çiçəklənməsi üçün əlindən gələni edən, Klublar Komitəsinin sədri kimi tarixdə silinməz izlər buraxan Kamran Quliyev vəzifəsini itirib. Yox, dostlar, yanlış anlamayın. Məsələdən bixəbər olanlar elə düşünməsinlər ki, Kamran bəyi bizim futbol təsərrüfatından birdəfəlik uzaqlaşdırıblar, artıq “Sumqayıt”ın yeni prezidenti var. Qətiyyən narahat olmayın. Bu vəzifələr hələ ki Quliyevin əlindədi. Cənab Quliyev AFFA-nın baş katibi Elxan Məmmədovun yaxın dostu, “sağ əli”, inandığı silahdaşıdı. Nə qədər ki, baş katib futboldadı, Kamran Quliyev də heç yerə gedən deyil. Amma Klublar Komitəsinin sədri artıq Kamran bəy olmayacaq. Onu “meydandan çıxarıblar”, baş katibin digər sevimli kadrı, “Neftçi”nin prezidenti Orxan Hüseynzadə əvəzetmədən “oyuna” qoşulub. Mənim də üzüntüm bununla bağlıdı.
Çünki Quliyevin bu komitəyə sədr olduğu dövr xeyli maraqlı və rəngarəng keçmişdi. Heyf ki, komitənin iclaslarını intensivləşdirmək, tez-tez sədr kimi gündəmə gəlmək ona qismət olmadı. Bunda da dəyərli Kamran bəyin heç bir günahı yoxdu. Bizim klub rəsmiləri özləri tənbəldilər. Avqustda sonuncu dəfə toplaşmışdılar. O vaxtdan bəri bir araya gəlib, Azərbaycan futbolunun vəziyyətiylə bağlı müzakirələr aparmağa ərinirdilər. Bəlkə də özlərini qəsdən tənbəlliyə vururdular, istəmirdilər ki, cənab Quliyev sədr kimi mikrofonların önünə keçsin, möhtəşəm açıqlamalarla gündəmi zəbt etsin. Onun neçə-neçə yarımçıq, həyata keçməyən arzusu qaldı. Onları reallaşdırmağa, Azərbaycan futboluna öz möhürünü daha dərindən vurmağa yetərincə zamanı olmadı. Ən böyük arzusu futbolumuzun daha çox təbliğ olunması, qəzetlərin və saytların gecə-gündüz çempionatımızdan yazması, telekanalların milli futbolumuza daha çox zaman ayırması idi. İkinci əsas arzusu isə klubların teleyayından əldə edəcəkləri gəlirlə bağlıydı. “CBC Sport” yayın hüququna sahiblənərkən, daha doğrusu, AFFA və PFL-in yayını guya tender yoluyla bu telekanala satarkən vəd olunan pulun verilməməsinə görə özünü çox narahat hiss edirdi. Bir neçə dəfə “CBC Sport”un türkiyəli rəhbəri Volkan Üstün Klublar Komitəsinin iclasına dəvət olunacağını, həmin yığıncaqda problemin müzakirəyə çıxarılacağını desə də, bacarmadı.
Kim bilir, bəlkə də Üstün “daha üst”də olan himayədarları bu açıqlamaya görə Kamran bəyə barmaq silkələdi, “heç bir müzakirə aparıla bilməz, klublara teleyayına görə bir qara qəpik də ödənilməyəcək” dedilər. Yeri gəlmişkən, mövsümün əvvəlində Volkan bəy sosial şəbəkədə yayılan müsahibəsinin altından mənim sualıma cavab olaraq bildirmişdi ki, tezliklə yayının puluyla bağlı ayrıca açıqlama verəcəklər. O vaxt yay fəsli idi. Yay qurtardı, payız başladı. İndi qışın ilk günləridi. Premyer-liqanın da iki dövrəsi, deməli, tam yarısı arxada qalıb. Amma cənab Üstün həmin açıqlamasından bir xəbər-ətər yoxdu. Çox xahiş edirəm ki, bizi bu qədər intizarda qoymasın. Mənim o puldan alacağım faiz-filan yoxdu, amma halallıq yaxşı şeydi. Bir halda ki, pafosla tender elan olunub, məbləğ açıqlanıb, onda pulu vermək lazımdı. Əks halda AFFA və PFL yeni açıqlama yaymalı, “CBC Sport”un pulu ödəməyəcəyi bəyan edilməlidi. Yoxsa Kamran Quliyev boyda kişini nə üçün çıxılmaz vəziyyətdə qoyurlar.
Mən cənab Quliyevə bundan sonrakı karyerasında, “Sumqayıt”ın və Azərbaycan futbolunun inkişafı üçün gördüyü işlərdə, apardığı mübarizədə uğurlar arzulayıram. Ümid edirəm ki, onun yerinə Klublar Komitəsinə sədr seçilən Orxan Hüseynzadə bizi darıxmağa qoymayacaq. Tez-tez klubların nümayəndələrini dəyirmi masa ətrafına toplamağı, gündəmi dəyişməyi bacaracaq. “Neftçi”yə prezidentlik edən Orxan bəyin KK sədri kimi ilk açıqlaması yetərincə maraqlı alınıb. Hiss olunur ki, həm bizim, həm də onu sədr postuna layiq görənlərin ümidlərini doğruldacaq. Orxan bəy Azərbaycan futbolunun tarixində inqilab etmək fikrindədi. Bəli, bəli. Məhz onun sayəsində Klublar Komitəsinin ilk iclası ölkə xaricində - Türkiyənin kurort şəhəri Antalyada baş tuta bilər. Məncə, əla ideyadı. Belə olsa, biz KK-ni “Ginnesin rekordlar kitabı”na da saldıra bilərik. KK “Davos forumu”, BMT-nin assambleyaları, NATO və ATƏT-in toplantıları, Avropa Şurasının yığıncaqları kimi tədbirlərin sırasında öz yerini möhkəmləndirər. Bəs necə, adamlar ilin 12 ayını Bakıda gəzib-dolaşırlar, amma bir araya gələ bilmirlər, xaricdə görüşürlər. Klublar Komitəsi yarananda elan edilmişdi ki, səlahiyyətli nümayəndələr hər ay toplaşacaq, aktual məsələlər müzakirə olunacaq. Amma indi Orxan bəy əvvəlcədən ildə dörd dəfə toplaşmağın nəzərdə tutulduğunu deyir. Cənab Hüseynzadə yetərincə ciddi adamdı. Onun bu sözləri elə-belə dediyinə inanmıram. Görünür, Klublar Komitəsini qorumaq, Elxan Məmmədovun daha bir ideyasının iflasını gizlətmək üçün belə qərara gəliblər. KK-nin varlığı ilə yoxluğu onsuz da bilinmir, klub nümayəndələri hər ay toplaşmağı, mənasız müzakirələr aparmağı artıq vaxt itkisi sayırlar. Bu səbəbdən də onları “ildə cəmi 4 dəfə, üç aydan bir toplaşacaqsız” şərti ilə razı sala biliblər. Məşhur lətifədə Brejnev demişkən, gördüz qatar getmir, relslərin üstünü döyəcləyin, qoy sərnişinlər narahat olmasınlar.
Allah özü Orxan bəyi də, Kamran bəyi də qorusun. Onların sevimli Klublar Komitəsini də. Qoy, bu təyinat onlar üçün düşərli olsun, KK-nın əvvəlki sədrləri Tuyqun Nadirovla Fikrət Hüseynov kimi bəd nəzərə tuş gəlməsinlər.
Народ на ютубе нашла способ как играть в современные игры без скачивания и установки на компьютер
через сервис Playkey, а так же нашла Генератор промокодов для сервиса Playkey ТУТ видео.
А сам Генератор промокодов ТУТ. Кто тестил сервис и Генератор отпишитесь стоит ли заморочки :):)

Lyanna: Генератор промо-кодов не знаю, я пользуюсь патчем
Патч для бесплатного пользования сервисом скачивай здесь.
Видео по установке и настройке патча смотри тут.
Всё работает! А за ссылки в коментах админ football-plus.az может Забанить.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Bu gün, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Bu gün, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Bu gün, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Bu gün, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Bu gün, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Bu gün, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Bu gün, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Bu gün, 12:52 “Keşlə” üçün çıxış yolu Bu gün, 12:49 Dmitri Kramarenko yığmada qaldı Bu gün, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Bu gün, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Bu gün, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Bu gün, 12:16 Türklər yığmamızı darmadağın etdi Bu gün, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Bu gün, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Bu gün, 12:05 Dünya ulduzları Bakıya gəlir Bu gün, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Bu gün, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar