11 dek 18:31Yazar

Ağdamlılar “Liverpul”a uduzardı?

Orta məktəbin birinci sinifinə ayaq basdığım gündən doğma dilimizdə təhsil almadığımın fərqindəydim. Yox, oxumağa rus bölməsində başladığıma görə peşman deyiləm. Əksinə, yaxşı ki, vaxtında yaxşı mənimsəmişəm. Sevməyə-sevməyə...
Ulu babaları “qırmızılar”a baş əymədiyi üçün sürgün edilmiş, güllələnmiş birinin Rusiyaya simpatiya bəsləməməsi isə yəqin tam başadüşüləndi. Şimal qonşularımıza münasibətim bu gün də dəyişməyib. İstər siyasi arenada, istərsə də siyasət qədər önəmli, nüfuzlu idman yarışlarında şərq slavyanlarının bütün rəqiblərinə azarkeşlik edirəm. Yanlış anlamayın, mənim sadə rus xalqıyla problemim yoxdu. Söhbət əsrlərboyu Azərbaycanın müstəqilliyini əngəlləmiş dövlətdən gedir. Dünən çar Rusiyası idi, bü gün Rusiya Federasiyası, fərq etməz. Eyni sözləri İran İslam Respublikası haqda da böyük məmnuniyyətlə söyləməyə hazıram.
Hə, bu il Avropa səhnəsində - divlər liqasında futbol oynaya bildiyini isbatlayan “Qarabağ”ın “Çelsi”yə 0:6 hesabıyla yenildiyi debüt matçından sonra Rusiyanın idman saytlarında saatlarla eşələnmişdim. İstər həmkarlarımızın yanaşmaları, istərsə də məqalələrin altında yazılan şərhlər kefimə əməlli-başlı soğan doğramışdı. Ardından isə radikal millətçilik qədər utopik ideologiya saydığım kosmopolitizmə könül verən iki-üç tanışımla bu yöndə bərk mübahisəmiz olmuşdu. Hər birinə ayrı-ayrılıqda eyni turnirdə mübarizə aparan “Spartak”ın İngiltərə səfərində “Qarabağ”dan yaxşı görünməyəcəyini bildirmişdim.
Bilmirəm, bu əminlik hardan idi. Amma Moskva təmsilçisinin – Rusiyanın “xalq komandası”nın darmadağından qaça bilməyəcəyinə ən sadiq “Liverpul” fanatı qədər inanırdım. Xoşbəxtlikdən yanılmadım və qonaqlar 7 cavabsız qola üzülərək 1/16 finala həsrət qaldı. Futbol meydanlarında əbədi qələbə və ya əbədi qalib yoxdu. Bu gün yenilgi acısı dadan sabah sadə məntiqlə, səhvlərindən nəticə çıxarar, uğurun açarını tapar. “Spartak”ın fiaskosu Rusiyanın klub futbolunun bəlli imkanlar fonunda müəyyən səviyyədən yuxarı qalxa bilməməsinin göstəricisidi. 2005/06 mövsümündə “Zenit”in UEFA kubokunu başı üzərinə qaldırması belə bu məntiqi kölgələmir. Bəs edəcək qədər pul və UEFA-dakı pulasatılanlar hesabına imza atılmış həmin zəfərin də davamı arzulanan sambalda gəlmədi.
... ÇL-in qrupuna vəsiqə, “Atletoko” ilə qələbəyə bərabər heç-heçələr bu büdcə ilə “Qarabağ”ın edə biləcəyi maksimum idi. Qurban Qurbanovun sərəncamında qitənin ən nüfuzlu turnirində döyüşə atmaq üçün 3-4 Avropa səviyyəli, tutaq ki, 5-6 milyonluq legioner olsaydı, düşdüyü qrupdan çıxardı. Bəs siz necə düşünürsüz, “Spartak”ın 100 milyon dollardan artıq büdcəsiylə Ağdam komandası “Liverpul”a 0:7 hesabıyla uduzardı?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar