10 dek 21:31Yazar

Baş aldadanlar

Bilirsiz, dəhşətlisi nədi? Hansısa mövzu ətrafında yazıb-pozursan, amma məsələnin dərinliyindən xəbərsizsən. Məsələn, hamı danışır, xəbərlər yayılır, qərarlar açıqlanır, sən də küyə düşüb ortaya müəyyən fikirlər qoyursan, açıqlamalar alırsan. Amma ortalıqda heç nə yoxdu. Belə deyək, kriminal xəbər hazırlayan həmkarlarımızdan biri hansısa cinayətlə bağlı yazı yazır. Məhkəmə olub, müttəhimə iş kəsilib. Qohum-əqrabası yas içindədi. Hərə əlinə bir dəsmal alıb ağlayır. Di gəl ki, binəvanın hansı cinayət törətdiyini özüylə hakimdən başqa heç kim bilmir. Nə yaxınları, nə jurnalistlər, nə də xəbəri oxuyanlar. Sadəcə, məlumat verilir ki, filankəs törətdiyi əmələ görə 10 il azadlıqdan məhrum olunub. Ay qardaş, niyə, hansı səbəbə? Bir nəfər ağzını açıb söz demir. Cinayətkardı, vəssalam. Təsəvvür edə bilirsiz?
Bu gün Azərbaycan futbolundakı vəziyyət belədi. Dekabrın ilk günündən bu yana “oyunların idman nəticəsinin manipulyasiyası” söhbəti dəbə minib. “Keşlə”nin sabiq futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidov, ardınca “Neftçi”də çalışmış Ağakişi Mehdizadə bu maddə əsasında futboldan ömürlük uzaqlaşdırıldı.
Qardaş, axı, nədi bu manipulyasiya? Adamlar nə edib, hansı günah sahibidilər? Oyun satıblar, pulsuz razılığa gəliblər, buna cəhd ediblər, yoxsa başqa bilmədiyimiz nəsə var? Bu sualların cavabını AFFA-da oturanlardan, yəni qərar verənlərdən başqa bilən yoxdu. Kimi dindirirsən, eyni sualı sənin özünə qaytarır. Şok vəziyyət yaranıb, insanlar məsələdən xəbərsizdi. Hətta təqsirləndirilənlər özləri də.
Nizaminin qeybə çəkildiyi vaxtda Mirhüseynin müsahibələri mətbuatın səhifələrini bəzəyirdi. Dediyinə görə, günahı “Neftçi”yə qarşı zəif oynamaq olubmuş. Qış fasiləsində futbolçu kimi yetişdiyi kluba keçmək istəyinə görə “Neftçi” – “Keşlə” görüşündə qəsdən zəif oynayıb. Bu açıqlamanı oxuyan hər kəs eyni qənaətdə idi: bu, Mirhüseynin sözləri deyil, onu öyrədiblər. Ağlı başında olan istənilən şəxs belə düşünürdü, düşünərdi. Azərbaycan futbolunu vərəqləsək, yüzlərlə futbolçu oyunu zəif keçirib, hətta elə səhvlərə yol veriblər ki, mütləq ortada nələrinsə olduğunu düşünmüşük. Nə məsuliyyətə cəlb olunublar, nə də futboldan uzaqlaşdırılıblar. Odu ki, Nizamiylə Mirhüseyn haqda çıxarılan qərarın kökündə məhz “Neftçi”ylə oyunda zəif təsir bağışlamaları durmur. Səbəb var, səbəb. Özü də yetərincə tutarlı səbəb. Belə olmasaydı, Seyidov qəzetimizə verdiyi müsahibədə dəfələrlə “oyunun videoyazısına baxın” xahişini etməzdi. O xahişin kökü birbaşa gedib çıxırdı verilən qərarın səbəbinə. Ki, mən həmin oyuna “qurban” getməmişəm.
Ağakişi Mehdizadə... O da AFFA-nın saytında yerləşdirilən məlum qərardan dərhal sonra müsahibə verdi. “Bobo”nun açıqlamalarını daha tutarlı saymaq olar. Birbaşa kimlərinsə ünvanına göndərilən ismarıc idi. Adama sual verirəm ki, söhbət hansı alğı-satqıdan gedir? Deyir, iki il əvvəl olmuş söhbətdi, hamının xəbəri var idi. Bəs mən işin içində olmamışam, sadəcə, bilib, gizlətmişəm. Növbəti sualı ünvanlayıram: bilirdilərsə, niyə səni həmin vaxt qovmamışdılar? Cavab: “belə başa düşdüm ki, xəbərləri var idi, sadəcə, üstünə düşmürdülər. Son hadisələrdən sonra geniş araşdırmalar aparılıb”.
Bax, bu başqa məsələ. Belə danış, deyim, hə. Bəli, ölkə futbolundakı öz dillərində deyim, oyunların idman nəticələrinin manipulyasiyası uzun zamanı əhatə edən prosesdi. Və bundan çoxlarının xəbəri olub. Hətta lap yuxarı başqa oturanların da. Zaur Axundov məsələni qabartmasaydı, bu cür də davam edəcəkdi. Ortaya faktlar qoydu, aidiyyatı şəxslər də candərdi araşdırma aparıb, nəsə etməyə çalışdılar. Törədilən və törədilməkdə olan cinayətlərin fonunda üç nəfərin cəzalanması hər şey demək deyil. Məhz “nəsə”di.
Oyun alğı-satqısında iştirak edənləri müəyyənləşdirib, qərarlarını veriblər, lap yaxşı. Allah işlərini avand eləsin, yorulmasınlar. Davamı gəlsin. Ölkənin aparıcı idman nəşri olaraq biz də belə iyrənc hallara qarşıyıq. Amma işin içini niyə gizlədirlər axı? Qərarın verilmə səbəbini niyə AFFA-nın saytı təfərrüatıyla ictimaiyyətə çatdırmır? Günahkarların nala-mıxa döyən açıqlamaları kimin nəyinə lazımdı? Nədi, UEFA-dan qorxursuz? Ölkənin futbol imicinin, dolayı yolla elə öz adınızın ləkələnəcəyindən narahatsız? Ona görə də “filankəs filan oyunu satıb” şəklində izah verməkdən boyun qaçırırsız, hə? Onsuz da camaat kor deyil, hər şeyi görür(ük). Kimlərsə oyun alıb-satıbsa, təbii ki, onlara havadarlıq edənlər, başlarını dolduranlar olub. Top dalınca qaçanların böyük əksəriyyəti yazını üzündən oxuya bilmir. Dövlət himninin sözlərindən xəbərsizdilər. O ki qalmışdı özbaşına oyun satalar.
Sizi narahat edən məhz bu işlərin başında duranların ifşa olunmaq təhlükəsidi. Çünki konkret oyunun adını açıqlasaz, jurnalistlər, hüquq-mühafizə orqanları məsələnin izinə düşüb, hansısa cinayətlərin üstünü açacaq. Bu isə sizə və ətrafınızdakılara sərf etmir. Belə deyilsə, hər şeyi olduğu kimi açıqlayın, camaat bilsin. “Biz bunu etdik” deməklə deyil. Onsuz da ictimaiyyət dediklərinizə qeyri-ciddi yanaşır. Belə də olacaq. Düz qovulanların günahını dilə gətirəcəyiniz günə qədər.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür Dünən, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi Dünən, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” Dünən, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu Dünən, 22:17 Yığma İranda turnirə qatılacaq Dünən, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Dünən, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Dünən, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Dünən, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Dünən, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Dünən, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Dünən, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Dünən, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Dünən, 18:55 Yarım mövsümün rəqəmli tablosu Dünən, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Dünən, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Dünən, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Dünən, 18:49 Məkan və saat dəqiqləşdi Dünən, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Dünən, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Dünən, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Dünən, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Dünən, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Dünən, 18:37 "Keşlə"də daha bir ukraynalı Dünən, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb 17-01-2018, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı 17-01-2018, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib 17-01-2018, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! 17-01-2018, 18:21 Vitali Borisov məşqlərə qoşuldu 17-01-2018, 18:19 Liderlər sürprizə imkan vermədi 17-01-2018, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular 17-01-2018, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə 17-01-2018, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi 17-01-2018, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi 17-01-2018, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bütün xəbərlər
Ən çox oxunanlar