08 dek 20:06Yazar

Sənsiz neylərdik, “Qarabağ”?

Çətini nəyisə arzulayana kimidi. Onu əldə edəndən sonra daha artığının dadını hiss etmək istəyirsən. Fərqi yoxdu – sevgi münasibətində olsun, işdə, evdə, ya da futbolda. Mentalitetlə qətiyyən əlaqəsi yoxdu. İnsan oğlu insanın psixologiyasının “xəmiri belə yoğrulub”. Belə yaranmışıq, bu cür formalaşmışıq.
20 il əvvəl necəydi, yadınızdadı? Avrokuboklarda mərhələ adlamaq üzünə həsrət idik. Rəqiblərin birini mübarizədən kənarlaşdıranda uşaq kimi sevinər, “bizdə də futbol var” deyib, qürrələnərdik. 10 il əvvəl necəydi? İki-üç mərhələ adlamaq, keçmiş UEFA kubokunun, indiki Avroliqanın pley-offuna çıxmaq əsl futbol bayramı sayılırdı. Bəs 5 il əvvəl? “Neftçi” Avroliqanın qrup mərhələsinə vəsiqə qazananda gözlərimizə inana bilməmişdik. Futbol ictimaiyyətinin böyük əksəriyyətinin gözünə APOEL zəfərindən sonra yuxu getməmişdi. Milan “İnter”inin Bakıya gələcəyi günü səbirsizliklə gözləyirdik. Son 2-3 ildə Azərbaycan futbolunda pulsuzlaşma prosesi baş qaldırandan sonra uğurlar sıralanmağa başladı. Üç dəfə “Qarabağ”, iki dəfə “Qəbələ” Avroliqanın qrupunda oynamaqla Avropanın ikinci mötəbər yarışını azərbaycanlılar üçün adiləşdirdi. Gözümüz o qədər öyrəşmişdi ki, artıq Avroliqanın qrupunu Azərbaycan çempionatı gözündə görürdük. Və beləcə, illərdi həsrətində olduğumuz Çempionlar Liqasının qrup mərhələsinin vaxtı gəlib çatdı.
Avqustun 23-də “Qarabağ” səfərdə “Kopenhagen”in qonağı olanda hamımızın bir istəyi var idi: ağdamlılar bu rəqibini də sıradan çıxartsın, Bakıda ÇL-in himni çalınsın, dünya nəhəngləri “Odlar yurdu”na gəlsin. Sonrası necə olacaq, “Qarabağ” hansı nəticələrə imza atacaq – kim idi bunları düşünən? Təki ÇL-in qrupu olsun, qalanı Allah Kərimdi. Rəqiblərin adları bəlli olandan sonra nə deyirdik? Tanrı “Qarabağ”ı darmadağınlardan qorusun. Elədi, elə deyil? Kimsə ağdamlıların “Atletiko”dan 2 xal alacağını, 10 nəfərlə Madriddə heç-heçəyə imza atacağını, “Roma”ya qol vurub, hər iki oyunda minimal hesabla uduzacağını desəydi, o dəqiqə həmin adamın alnından öpərdik. Elədi, elə deyil?
Bütün bunlar həyata keçdi, “Qarabağ” ölkə futbolunda bir ilki formalaşdırdı. Dünyaya milyardlarına görə səs salan, lakin futbol ölkəsi kimi tanınmayan Azərbayacana olan baxış bucağını məhz Ağdamı təmsil edən komanda dəyişdirdi. Messi, Ronaldo və Neymardan sonra ikinci təbəqəyə aid olan futbolçuların bir çoxu Bakıya səfər etdi, bu ölkədə futbolun və azarkeşlərin varlığına canlı şahidlik etdilər. Ən azı Azərbaycanı və “Qarabağ”ı tanıdılar. Həm də Qarabağ adlı torpağın şərəfsiz ermənilərə yox, məhz azərbaycanlılara məxsus olduğunu öyrəndilər.
Rəşad Sadıqovun “Çelsi” ilə oyunda qırmızı vərəqə almasına kədərlənməyimizin səbəbi dünya nəhəngindən xal qoparmaq istəyinə görəydi. Bəli, heyətindəki bir futbolçunun qiyməti ümumi Azərbaycan futbolunun bir illik büdcəsindən də artıq olan komandanın BOS-da xallar itirməsini arzulayırdıq. Bir an gözünü meydanda yaşananlardan kənara çəkib, özünə “mən nə danışıram, biz nə arzulayırıq, “Qarabağ”ın rəqibi “Çelsi”di” sualını verənlərin olduğuna şübhə etmirəm. Elə İtaliyada “Roma” qarşısında dörd ciddi itkiylə mübarizə aparan “Qarabağ”ın Bakıya azı heç-heçəylə qayıtmasını arzulayanların da matçdan sonra həmin suala müraciət etdiyinə 100 faiz əminəm.
Mübarizə başa çatdı. Son illər Azərbaycan futbolunda yeni dəb formalaşdıran, uşaqdan böyüyə hər kəsin dilində əzbər olan “Qarabağ” ÇL-in qrup mərhələsini 2 xalla başa vurdu. “Çelsi”ylə matçlar xaric, 4 oyunun heç birində əzilməyən, əksinə, rəqibi özündən çıxaran, həyəcanlandıran kollektiv gördük. Neçə-neçə təcrübəli hakimi özünü, yaxınlarını, əzizlərini söydürməyə də məcbur edən “Qarabağ”ın sərgilədiyi oyun və mübarizliyi oldu. Dünyanın istənilən klubunun arzuladığı Eusebio Di Françesko, Antonio Konte, Dieqo Simeone kimi məşqçilərin yerində sakit oturmasına imkan verməyən Qurban Qurbanov və onun yetirmələri oldu. Futboldan başı çıxmayanlarda, meydanda neçə nəfərin top dalınca qaçdığını bilməyənlərdə futbola sevgi yaradan “Qarabağ” oldu. “Çay evləri”nə qəlyan çəkməyə, oyun oynamağa gedənləri iri monitor qarşısında oturub 90 dəqiqə həyəcanlandıran, çayxana uşaqlarında “bizdə də futbol var” fikrini formalaşdıran “Qarabağ” oldu. Qrupu xalsız başa vuran “Benfika”, “Olimpiakos” kimilərə gözdağı verən də məhz “Qarabağ” oldu.
Üç ay bir göz qırpımında gəlib keçdi. ÇL-in qrup sevincini bir də nə vaxt yaşayacağıq, onu Allah bilir. Bəlkə də heç olmayacaq. Amma bildiyimiz bir şey var. Bundan sonra yad ölkədə Azərbaycanı təqdim edəndə təkcə neftimizlə fəxr etməyəcəyik. ÇL-in qrup mərhələsində oynayan “Qarabağ”ı yada salıb, “bax, həmin komandanın təmsil etdiyi ölkədənəm” deyə biləcəyik. Qarabağın erməni, yoxsa Azərbaycan torpağı olması yönündəki mübahisələrdə “Qarabağ”ın önündəki adı göstərmək kifayət edəcək.
Ölkə futbolsevərlərinə bu sevinci yaşadan komandaya “Çelsi”yə 0:6 hesablı darmadağından sonra “altı dəfə təşəkkür” başlıqlı köşə həsr etmişdim. İndi isə “sənsiz neylərdik, “Qarabağ” deyirəm.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar