08 dek 19:50Yazar

“Qarabağ”dan əvvəl və sonra

O vaxt belə idi. Biz Çempionlar Liqası haqda radiodan eşidərdik, televizorda kiçik reportajlar görərdik. Heç yadımdan çıxmaz, bir gün səhər məktəbə gələndə rəhmətlik Həzi müəllim məni yanına çağırdı, “xəbərin var, “Dinamo” “Barselona”nı 3:0 uddu” dedi. Cavab qarşılaşmasındakı 0:4 haqda isə mənə xüsusi həvəslə danışıb, sonra da qəzetdəki reportajdan bir cümləni oxudu: “bu qol həm də o demək idi ki, 21 yaşlı Şevçenko “Barselona” ilə oyunda “het-trik”ini rəsmiləşdirdi”. Biz Çempionlar Liqasını sevməyə belə başlamışıq. Onu da yaxşı xatırlayıram ki, bir dəfə “Qalatasaray”ın “Barselona” ilə qarşılaşmasına baxmaq üçün qonşu kənddəki dostumgilə piyada getmişdim.
Çempionlar Liqası təkcə bir futbol yarışı deyil. Həm də möhtəşəm bir sənət əsəri, milyonlarla insanın diqqətini çəkən televiziya tamaşası, ssenarisi olmayan filmdi. Onun himni belə səslənəndə, insanı sözlə izahı çətin olan hisslər ağuşuna alır, bir anlıq bu dünyanı problemləri, dərd-səri ilə birlikdə unudursan. İllərdi izləyirik, dinləyirik, sevdiyimiz klublara azarkeşlik edirik. Kimsə “Qalatasaray”, başqa birisi “Mançester Yunayted”, digəri də “Real”la “Barselona” üçün həyəcan keçirir. Həmişə də ürəyimizdə bir arzu, kövrək ümid olub. Arzulamışıq ki, nə vaxtsa Azərbaycan çempionu da bu möhtəşəm futbol bayramının bir parçasına çevrilsin, bizim stadionlarda da o möhtəşəm Çempionlar Liqası himni səslənsin, qitənin adlı-sanlı komandalarını, məşhur futbolçuları Bakıda görək.
Arzular reallaşanda, xəyallar gerçəkləşəndə daha gözəl olur. Necə ki, bizim Çempionlar Liqası ilə bağlı arzularımız da reallığa çevriləndə möhtəşəm hisslər keçirdik, sevincimizdən çılğına döndük, kövrəldiyimizi gizlətməyə çalışdıq. Özü də bu hissləri yaşayanlar təkcə futbolla dərindən maraqlananlar, top oyununa maraq göstərənlər, “Qarabağ”a azarkeşlik edənlər deyildi. “Qarabağ” bütün Azərbaycanı sevindirməyi, böyük arzular və hədəf ətrafında birləşdirməyi bacardı. Sıravi azərbaycanlıdan tutmuş ölkə prezidentinə qədər “Qarabağ”ın zəfərini, böyüklər sırasında adına yazdırmasını eyni fəxarət hissi ilə qarşıladı, bu sevinci paylaşdı. İnsanlarda böyük hədəflərə çatmağın mümkünlüyü haqda inam yarandı. Qurban Qurbanov və futbolçuları bir andaca ölkə gündəminin əsas adamına, millətin fəxrinə, neçə-neçə azyaşlının kumirinə çevrildi.
Qrupumuz ən çətinlərdən sayılsa da, “Çelsi”, “Roma” və “Atletiko”nun bizə rəqib olması də böyük şans idi. Məlum məsələdi ki, belə komandaların mübarizə apardığı qrup daha çox diqqəti cəlb edir, onların iştirakı ilə keçirilən oyunlar seçim qarşısında qalan azarkeşlərin böyük qisminin tələblərinə cavab verir. Bu mənada əminliklə demək olar ki, “Qarabağ”ın iştirakı ilə keçirilən qarşılaşmalar Çempionlar Liqasının qrup mərhələsində itib-batmayıb, dünyanın bir çox ölkələrində özünə auditoriya toplaya bilib. Məlum məsələdi ki, “Spartak”ın əvəzinə “Çelsi” ilə qarşılaşmaq, “Leypsiq”dənsə, “Roma” ilə “Atletiko”ya rəqib olmaq hərtərəfli sərfəli idi. “Qarabağ”ın qrupu xalsız və qolsuz başa vurmaması, adlı-sanlı Madrid klubuna uduzmaması isə çempionumuzun boyundan yuxarı tullanması idi. Hələ “Roma” ilə Bakıdakı oyundan sonra bütün Avropanın bizə münasibəti dəyişmiş, rəqiblərimizin ehtiyatlanması hiss olunmağa başlamışdı. Hadisələrin sonrakı axarı bunun heç də əbəs olmadığını, “Qarabağ”ın Çempionlar Liqasının qrupunda qola da, xala da layiq olduğunu isbatladı.
Artıq bütün bunlar barədə keçmiş zamanda danışmağa məhkumuq. Nə qədər çətin olsa da, builki avrokubok mövsümünün bizim üçün bitdiyini deməliyik. Düzdü, nəticələr tarixdə qalacaq və “Qarabağ”ın göstərdiyi bu hünər uzun müddət unudulmayacaq. Eyni zamanda Avropada Azərbaycan futboluna münasibətin də dəyişəcəyi, bundan sonra “Qarabağ”ın timsalında bizə daha hörmətlə yanaşacaqları şübhəsizdi. Özümüz də “Qarabağ”ın çıxışını hələ bir müddət təhlil edəcək, qazandığımız təcrübəni incələyəcək, səhvləri ortaya çıxarmağa çalışacağıq. Amma təkcə bunlar olmamalıdı. Artıq Azərbaycan futbolunda yeni mərhələ başlayıb, bunu yarıda saxlamamalı və davamını gətirməliyik.
Bundan sonra hər şey fərqli olmalıdı. “Qarabağ”ın uğuru özümüzə inanımızı artırmaqla yanaşı, məsuliyyətimizi də çoxaltdı. Təkcə futbolçular və məşqçilər yox, mətbuat da, azərkeşlər də bu təcrübədən özlərinə vacib olan məqamları müəyyənləşirməli, ondan faydalanmalıdılar. Biz bir mərhələnin sonuna gəlmişik. Bu son həm də yeni mərhələnin başlanğıcıdı. Daha yaxşıya çalışmalı, hədəfləri yüksəltməliyik. Birvaxtlar xəyalında olduğumuz, fotoşəkillərdə baxdığımız, himnini eşidib, özünü televiziyadan canlı izləmək üçün min bir əziyyətə qatlaşdığımız Çempionlar Liqası adlı futbol möcüzəsini Bakıya qədər gətirə bildik. Möcüzəni “Qarabağ” gercəkləşdirdi. Davam etdirmək, yükəsldiyimiz səviyyədə duruş gətirmək lazımdı. Çətin tapşırıqdı, amma mümkünsüz deyil. Bundan sonrası təkcə “Qarabağ”ın yox, bir toplum olaraq hamımızın borcudu. Azərbaycan çempionatının səviyyəsini yüksəltməli, rəqabəti artırmalı, tribunaları doldurmalıyıq. Daha keyfiyyətli yazılar yazmalı, futbolumuzun problemlərini dərindən araşdırmalı, onların həlli yollarını tapmalıyıq. Futbolu bölgələrə qaytarmalı, kütləviləşdirməli, infrastrukturu lazımı səviyyəyə çatdırmalıyıq. Mümkündü, əmin olun. Sadəcə, hər kəs üzərinə düşəni etməlidi. Hazırıq?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür Dünən, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi Dünən, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” Dünən, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu Dünən, 22:17 Yığma İranda turnirə qatılacaq Dünən, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Dünən, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Dünən, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Dünən, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Dünən, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Dünən, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Dünən, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Dünən, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Dünən, 18:55 Yarım mövsümün rəqəmli tablosu Dünən, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Dünən, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Dünən, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Dünən, 18:49 Məkan və saat dəqiqləşdi Dünən, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Dünən, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Dünən, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Dünən, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Dünən, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Dünən, 18:37 "Keşlə"də daha bir ukraynalı Dünən, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb 17-01-2018, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı 17-01-2018, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib 17-01-2018, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! 17-01-2018, 18:21 Vitali Borisov məşqlərə qoşuldu 17-01-2018, 18:19 Liderlər sürprizə imkan vermədi 17-01-2018, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular 17-01-2018, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə 17-01-2018, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi 17-01-2018, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi 17-01-2018, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bütün xəbərlər
Ən çox oxunanlar