08 dek 19:30Yazar

Futbolumuzun “qırmızı kitab”ı

Futbolla az-çox maraqlananlar Zakir Mahmudovu yaxşı tanıyır. Tanımayanların nəzərinə çatdırım ki, “əbədi ikinci” statusu ilə ilə barışan Mahmudov Şahbaz Süleymanovun (Saşa) prezidenti olduğu, Ağasəlim Mircavadovun çalışdırdığı “qızıl Şəmkir”də, ölkə futbolu tarixində ilk dəfə Avroliqada mərhələ adlayan “Karvan”da və eləcə də tarixində ilk dəfə avrokuboklarda mərhələ adlayan “Xəzər Lənkəran”da Yunis Hüseynovun yardımçısı olub. Bu qeydlərlə Zakir bəyin uğurlarını bir daha yada salmağı düşünmürəm. Bilən bilir, bilməyənlərə də bildirim ki, fərqli nəslin nümayəndləri olsaq da, (aramızda 18 yaş fərq var) Mahmudovla yaxın dostuq. Futbolun bilicisi kimi onun fikirləri həmişə mənə maraqlı olub, bu gün də belədi. Hələ 10 il öncə Zakir bəy “Rəşad, bu pleyada (nəsil deməkdi, onun sözləri ilə ifadə etdim) da futboldan getdikdən sonra Azərbaycanda ayağı top tutan, normal futbolçu düşüncəsinə malik oyunçu olmayacaq. Biz bundan sonra uzun illər Nazim Süleymanov, Vəli Qasımov kimi ölkəmizi xaricdə layiqincə təmsil edən futbolçuların arzusunda olub, Aqil Məmmədov kimi ağıllı yarımmüdafiəçini, Mehman Yunusov kimi etibarlı müdafiəçini çox axtaracağıq” demişdi. Həmin vaxt dostuma “Azərbaycanda bu qədər futbol akademiyaları açılır, infrastruktur baxımından irəliləyiş hiss olunur, sən narahat olma, tezliklə sizin nəsli unutdura biləcək oyunçular görəcəksən” deyib gələcəyə nikbin baxmağı tövsiyyə etmişdim. Açığı, özüm də söylədiklərimə inanırdım. Düşünürdüm ki, ölkədə futbolun inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunubsa, çox keçmədən bunun müsbət nəticələrini görəcəyik.
Ancaq nağıl dili ilə desək, vaxt ötdü, zaman yetişdi və ortaya Rəşad Sadıqov çıxdı. “Qarabağ”ın kapitanı, “köhlən atlar”ın U-19 komandasının baş məşqçisi “Roma” ilə qarşılaşmadan sonra elə açıqlama verdi ki, yenidən 10 il əvvələ qayıdıb Zakir bəyin söylədiklərini xatırladım. Ağdam təmsilçisinin oynayan məşqçisi jurnalistlərə açıqlmasında hazırda “idmanın şahı”na meyl salan, gələcəkdə futbolçu olmaq istəyən əksər gənclərin istər əqli, istərsə də fiziki cəhətdən işə yaramadığını, belə davam edəcəyi təqdirdə Azərbaycanda futbolun gələcəyinin olmadığını bildirib. Onun sözlərinə və illərlə apardığımız müşahidələrə əsasən onu deyə bilərik ki, “nəsli kəsilən” mövqelər var. “Terminator” ləqəbli veteran açıq danışan, ağa ağ, qaraya qara deyən tək-tük futbol adamlarından biridi. O da gələcəklə bağlı həyəcan təbili çalırsa, deməli, vəziyyət düşündüyümüzdən də acınacaqlıdı. Sadıqov müsahibəsində oynadığı mövqe ilə bağlı fikir bildirib. Deyib ki, bu gün stopper (mərkəz müdafiəçisi) mövqeyində çıxış etməyə futbolçu tapa bilmirik. Ya boyları bəstədi, ya da topla ağır davranırlar. Rəşad həqiqəti söyləyib. Doğrudan da, hazırda müdafiənin mərkəzində inamlı təsir bağışlaya biləcək, güvənəcəyimiz müdafiəçi yoxdu. Aşağı yaş qruplarında çıxış edən stopperlərin nəyə qadir olduğunu elə həmin yığmaların nəticələrinə diqqət yetirəndə görmək mümkündü. Ancaq dərd burasındadı ki, problem tək müdafiə ilə bağlı deyil. İstər müdaifənin cinahlarında (Emin Ağayevdən sonra arxa xəttin sol cinahında çıxış edəcək futbolçu yetişmir), istər yarımmüdafiədə (belə olmasaydı, Riçard Almeyda milliləşdirilməzdi), istərsə də hücumda (Ramil Şeydayev azərbaycanlı olsa da, futbolçu kimi Rusiyada yetişib) problemlə üzləşməzdik. Belə çıxır ki (əslində məhz belədi), son 10 ildə Azərbaycanda nəinki normal gənc müdafiəçi, ümumiyyətlə, başqa mövqelərdə də çıxış edə biləcək istedadlı, yığma səviyyəsinə çatacaq futbolçu yetişməyib və Rəşad da bu üzdən bu sahədə inqilabi dəyişikliklərin, akademiyaların fəaliyyətinin nizama salınmasının vacibliyini vurğulayıb.
Müstəqillik illərində ölkə futbolunun ən istedadlı oyunçusunun dediklərinə və dostum Zakir Mahmudovun illər əvvəl səsləndirdiyi proqnozlara əsalanaraq belə qənaətə gəlmək olar ki, Azərbaycan futbolu “qırmızı kitab”a düşmək təhlükəsi ilə üz-üzədi. Ümid edirəm ki, Sadıqovun məlum açıqlamasından sonra klublarda çalışan uşaq məşqçiləri işlərinə vicdanla yanaşıb, ölkə futboluna, xüsusilə gənc nəslin normal inkişaf etməsinə töhfə verməyə çalışacaqlar.
P.S. Son cümləni boş yerə yazmadım. Bu gün akademiyalarda elə mütəxəssislər var ki (adları mənə məlumdu. İşlərində dönüş etməsələr, növbəti köşə yazımda ictimaiyyət də onları tanıyacaq), işlərinə dırnaqarası yanaşıb, daha çox pul gətirən sahələr haqda düşünürlər. Belələri futboldan uzaqlaşdırılmasa, Azərbaycanda futboldan danışmaq Konqoda qardan danışmaq kimi bir şey olacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar