Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
03 dek 13:12Yazar

Maraqsız teatrın bacarıqsız rejissorları

Türkün sözü, kafamda bir sürü dəli sorular var. Heç bilmirəm, hansından başlayım. Noyabrın sonuncu günü adətim üzrə işə vaxtında gəlmişdim. Bilgisayarımı yandırdım, xəbərlərə göz atdım. Və gördüm ki, Mirhüseyn Seyidovla Nizami Hacıyevin oyun satmaqda şübhəli bilindiklərinə görə həbs olunduqları haqda xəbərlər saytları “bəzəyib”. “Keşlə”nin prezidenti Zaur Axundov da məlumatı təsdiqləmişdi. Sitat: “Hər ikisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisə barədə dünən axşam xəbər tutmuşuq. Onların harda saxlanıldıqlarını bilmirik”.
O dedi, biz də inandıq. Sonradan yaşananlar isə bizi barmağımızı dişləməyə, Zaur bəyin dediklərinə şübhə ilə yanaşmağa məcbur etdi. Məsələ ondaydı ki, nə Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov, nə də Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu məlumatları təsdiqləyirdi. Hər iki qurumun rəsmsisi qətiyyətlə bildirirdi ki, hüquq-mühafizə orqanları belə adda adamları saxlamayıb və hansısa futbolçu barədə araşdırmalar aparmırlar. Üstəlik, Ehsan bəy sözlərinə “çox güman ki, bu məlumatlar yalandı” cümləsini də əlavə etmişdi. “Keşlə” rəhbərliyi isə öz işində idi. Bu dəfə rəsmi sayt vasitəsiylə məlumat yaydılar və bildirdilər ki, Mirhüseynlə Nizamini hələ dörd gün bundan əvvəl şübhəli oyunlarda iştiraklarını görə klubdan uzaqlaşdırıbmışlar. “Cənablar, vaxtında nə üçün ictimaiyyətə bu barədə məlumat vermirdiz” sualına isə tutarlı cavab səslənmədi. Şübhələrimiz bundan sonra daha da artdı. Bu futbolçular oyun satıblarsa, kimə satıblar? Özləri özlərinə? Alıcısı olmayan şeyi kimə satmaq olar? Yoxsa satmağı təklif ediblər, müştəri çıxmayıb? Zaur Axundov özünü şübhəli aparmasaydı, davranışlarında qəbahətli heç nə olmasaydı, elə həmin gün baş məşqçi Ramiz Məmmədovu yanında əyləşdirər, “İnter Arena”nın konfrans salonunda jurnalistlərin suallarını cavablayardılar.
Noyabrın sonuncu günü idman jurnalistləri bütün gün bu iki futbolçunu axtardılar. Amma “Hacıyevlə Seyidovu gördüm” deyən olmadı. Maraqlıdı ki, klub da futbolçuların tapılmasında maraqlı tərəf kimi görünmür, müəmmaların aydınlaşması üçün cəhd göstərmirdi. Yaşananlar isə birbaşa ölkəmizin hüquq-mühafizə orqanlarını, məhkəmələri, qanunları gözdən salmağa xidmət edirdi. Necə yəni, bir sutkaya yaxındı ölkənin iki tanınmış futbolçusu ortalıqda yoxdu, amma heç kim yerini də bilmir. Hələ də nəyin baş verdiyindən xəbərsizik. Mirhüseyn Seyidov ilk müsahibəsində “bizi polis saxlamamışdı. Uyğun bir yerdə idik. Sadəcə, telefonlarımızı söndürmüşdük” deyir. Növbəti açıqlamasında isə qeydiyyatda olduğu Nəsimi rayonunun polis idarəsində izahat yazdığını deyir. Bu bir-birinə zidd olan açıqlamar şübhələri dərinləşdirir, qeyri-müəyyənliyi artırır. Müəmmaların davam etməsi, şübhələrə aydınlıq gətirilməməsi kimə sərf edir? Cavab vermək çətindi.
Dünən AFFA İntizam Komitəsi bu iki futbolçunu ömürlük cəzalandırdı. Həmin qərarı “Keşlə”nin AFFA-ya ünvanladığı rəsmi müraciətlə, eləcə də hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktubla və UEFA-dan daxil olmuş məlumatlara əsaslandırmağa çalışıblar. Amma yenə də konkretlik yoxdu. Hüquq-mühafizə orqanlarının hansı əməkdaşları ölkə çempionatının oyunlarına baxıb, orda kiminsə hərəkətlərindən şübhələnib? UEFA-dan gələn məlumatlarda nələr qeyd olunub? Heç kimə şikayət etmədiyini deyən Zaur Axundov AFFA-ya müraciətində nə yazıb? Kimsə cavabını bilmir. AFFA-ya təklif edirəm ki, UEFA-dan gələn məktubun surətini rəsmi sayt vasitəsiylə nümayiş etdirsinlər və biz də orda kimlərin adlarının qeyd olunduğunu görək. UEFA Azərbaycan futboluna qarşı bu qədər ayıq-sayıqdısa, illərdi “İnter”lə “Simurq”un “qardaşlığ”ına niyə göz yumurdu? “İnter”ə xal bağışlayan klubların borcunun sonradan “kiçik qardaş” vasitəsiylə qaytarıldığı, “Simurq”un daim “böyük qardaş”ına müqavimətsiz təslim olduğu Azərbaycanda hər kəsə məlum idi. Təkcə AFFA-dan başqa. Elə həmin vaxt da Rövnəq Abdullayev AFFA-nın prezidenti, Elxan Abdullayev baş katibi idi. Onda fakt tapa bilmirdilər, indi tapdılar? UEFA-nın yadına Azərbaycan futbolu düşsəydi və burda başverənlər onların vecinə olsaydı, çempionatdakı səkkiz klubdan beşinin elə AFFA tərəfindən maliyyələşdirilməsindən şoka düşərdilər. Digər tərəfdən də “beş qardaş”ın yarışdığı Azərbaycan çempionatında Nizamiylə Mirhüseynin oyun satmasına kim inanar? Lazım gələndə onsuz da ixtiyar sahibləri bütün nəticələri özləri müəyyənləşdirirlər. Digər tərəfdən də hüquq-mühafizə orqanları Azərbaycan futbolunda gedən proseslərə, neqativ hallara müdaxilə edən olsaydı, “Kəpəz”dəki maliyyə fırıldaqlarının araşdırılmasına da maraq göstərərdilər. Bir aydan çoxdu ki, Gəncə klubundakı yeyintilər mətbuatın gündəmindədi. Amma AFFA-nın apardığı audit yoxlamasının nəticələri gizli saxlanılır. Polisdən və prokurorluqdan isə hansısa araşdırma cəhdi görülməyib.
İndi nə baş verdi ki, Nizamiylə Mirhüseynin meydanda can qoymaması hamıya şübhəli gəldi?! AFFA “Rəvan”ı, “Şərurspor”u və onlarla birlikdə neçə-neçə futbolçunu cəzalandırarkən özünü necə aparırdısa, bu dəfə də belə davrandı. Ortada nə bir dəlil var, nə də sübut. Şübhələr isə qalmaqdadı. Bacarıqsız rejissorların səhnələşdirdiyi bu cür teatrlar bizim üçün artıq çox maraqsızdı. Daha maraqlı ssenari düşünmək lazımdı...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar