Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
03 dek 12:03Yazar

İki alverçi tapıldı. Növbə kimindi?

Nizami Hacıyevlə Mirhüseyn Seyidov ətrafında yaşananlar, daha dəqiqi, bu iki futbolçunun birgünlüyə yoxa çıxması, ardından verdikləri etiraf açıqlamaları əslində məhz ötən ilin noyabrından davam edən böyük bir prosesin sonudu. Yadınızdadısa, ötən il noyabrın 22-də AFFA İntizam Komitəsi aralarında hətta inzibatçı və hakim olmaqla 24 nəfəri futboldan uzaqlaşdırdı. Bir müddət sonra “Şərurspor”la “Rəvan” da “radara düşdü” və hər nə qədər günahsız olduqlarını söyləsələr də, heç kim onların səmimiliyinə inanmadı. Təkcə bu məqamlara görə yox, ümumiyyətlə, son bir il ərzində ölkə futbolunda oyun alverinin getməsi, nəticələrin əvvəlcədən müəyyənləşdirilməsi ilə bağlı zaman-zaman söz-söhbət gəzirdi. “Keşlə”nin “Neftçi”yə 1:3 uduzması isə bardağı daşıran son damla oldu.
Hələ alğı-satqı olayının detalları, təfərrüatı açıqlanmasa da yuxarıda vurğuladığım etiraf məqamı, eləcə də İntizam Komitəsinin dünənki qərarı acıdan acı mənzərəni ortaya qoydu; nə yazıq ki dünyanı bürüyən bukmeker qalmaqalları, nəticənin qumara qoyulması artıq Azərbaycan futbolunu da ağuşuna alıb. Təbii ki, indiki halda söhbət ilk növbədə Mirhüseynlə Nizaminin şəxsi faciəsindən, insanlıq dramından gedir. Adamları bütün şüurlu ömrünü həsr etdiyi peşədən bir neçə dəqiqənin içində atdılar, futboldan qovdular. Ona da əminəm ki, bu damğa, ləkə hələ uzun müddət onların üzərində qalacaq, bəlkə də bütün həyatın axarını müəyyənləşdirəcək. Amma nə etməli?! Futbola, yaşıl meydanın prinsiplərinə xəyanət edibsənsə, cəzanı çəkməlisən, əvəz ödəməlisən.
İntizam Komitəsinin üzvlərinin əldə hansısa dəlil-sübut olmadan belə sərt qərar verə biləcəyinə də inanmıram. Xüsusən də qərarda yer alan “...hüquq-mühafizə orqanlarının təqdim etdiyi məktuba” ifadəsi diqqətimi cəlb edib. Heç şübhəsiz, bu iki futbolçu cümə axşamı lazımi şəkildə (harda, necə - bunlar artıq texniki xarakter daşıyan formallıqlardı) dindirilib və onlardan hansısa ifşaedici etiraf alınıb. Təsadüfi deyil ki, artıq dünən mediaya suçlu futbolçuların toplam 400 min dolların güdazına getdiyi haqda bilgi sıçramışdı. Ölkənin aparıcı futbolçularından ikisinin, xüsusən də dünənə qədər milli forma geyməyin davasını aparan Nizaminin belə əməllərə qurşanması, peşə prinsiplərini varlanmaq ehtirasına qurban verməsi acı təəssüf doğurur.
Məsələnin başqa yönləri də var. Dünənə qədər ən azı ölkə çempionatının yüksək dəstəsində təmiz oyunların getdiyinə, qalibin əsl mübarizədə müəyyənləşdiyinə inanırdıqsa, artıq bu inanc da əldən getdi. Dolayısıyla həm də Azərbaycan futbolunun imicinə ciddi zərbə vuruldu. “Qarabağ”ın son uğurları sayəsində qitə futbolunun elitasına bir qədər yaxınlaşmışdıqsa, indi daha belə rahatlığımız yoxdu. Nə qədər acı olsa da, yaxın gələcəkdə Azərbaycanın adının hər cür futbol qalmaqallarının, oyun alğı-satqısının tüğyan etdiyi Şərqi Avropa ölkələri ilə eyni sırada çəkiləcəyi şübhə doğurmur. Odu ki, ölkə futboluna rəhbərlik edənlərin və hüquq-mühafizə orqanlarının ölkə futbolunu bazara çevirənlərin hər biri haqda ən sərt ölçü götürəcəyini, günahkarları lazımi şəkildə cəzalandıracağını gözləyirəm. Nədənsə mənə elə gəlir ki, onların dairəsi Mirhüseyn və Nizami ilə məhdudlaşmır. Maraqlıdı, növbəti saxtakar-qurbanlar kim olacaq...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar