18 yan 13:53Yazar

Təbriz Həsənovun qara pişiyi

“Qrupda keçirdiyimiz hər üç oyuna əsasən onu deyə bilərəm ki, bəxtimiz gətirmədi. Deyə bilmərəm, bəlkə hansısa qara pişik yolumuzun üstünə çıxmışdı. Bizim 9 xalımız olmalıydı, 1 yox. Hər görüşdə çoxlu qol vəziyyəti yaradırıq, lakin onları reallaşdıra bilmirik, qələbəni haqq etdiyimiz halda meydandan heç-heçə və məğlub ayrılırıq. Komandam qrupda ən güclü idi, lakin bəxtimiz gətirmədi” - bu sözlərin müəllifi hazırda “Qranatkin turniri”ndə mübarizəni davam etdirən U-19-un baş məşqçisi Təbriz Həsənovdu. Adam adınalayiq danışıb və AFFA-da oturanların özünə olan sevgisini istəmədən ortaya qoyub.
Qara pişik... Futbolda nadir hallarda eşidə biləcəyimiz sözdü. Adətən, qoca nənələr, inanclara bağlı olan qadınlar qara pişikdən danışar, yanındakıları tünd rəngli heyvanın düşərli olmadığını inandırmağa çalışar. Futbolda isə ən yaxşı halda qara pişiyin meydançaya daxil olmasını eşidib yazırıq. Ancaq uğursuzluğa düçar olan baş məşqçinin pişiyi yada salması... Oxuyanda, düzü, bir qədər əsəblərimə toxundu. Bir qədər dərinə gedəndən sonra təəccüblənmədim. Özlüyümdə bir məqamı dəqiqləşdirdim. Baş məşqçi bu açıqlamanı əslində uğursuzluğa izah vermək üçün dilinə gətirməyib. Postunu qorumaq, “yuxarılar”ın əhvalını korlamamaq üçün deyib. Belə deyim, AFFA-ya rəhbrəlik edənlərə eşitdirib, bizə yox.
Özünə havadarlıq edənləri Həsənov qədər yaxından tanıyan olmaz. Yaxşı bilir ki, Bakıya boynubükük qayıdan millinin baş məşqçisini meydanda yaşananlara görə divara dirəyən olmayacaq. Baş katibin bir sualı olacaq: Təbriz müəllim, niyə belə oldu? O da oturub taktiki-texniki səhvlərdən, fiziki və psixoloji hazırlığın zəif olmasından danışmayacaq ki. Elxan Məmmədovla futbol dilində nə danışsın? Onsuz da baş katib onu başa düşməyəcək. Ona görə də ən məntiqli izah qara pişiyi yada salmaqdı. İllərdi Təbriz Həsənova day-daylıq edənlər qara pişiyin sirlərindən daha çox xəbərdardı, nəinki futbolun içindən.
Qələbəni haqq etdikləri halda iki məğlubiyyəti və bir heç-heçəni də bəxtlə əlaqələndirib. Amma bir kəlmə də olsun, baş məşqçi kimi öz səhvlərindən, azərbaycanlı futbolçuları ehtiyatda oturdan “milliləşdirilmiş” türklərdən söz açmayıb, qapımızdan keçirilən 5 qola izah verməyib. Deyə bilməz, danışmaz. Dərhal telefonuna zəng gələr, başının üstünü qara buludlar alar. Arxasında duranlar yaxasından yapışar ki, biz səni Sankt-Peterburqa məşqçi kimi bacarıqsızlığını dilə gətirməyə göndərmişdik, yoxsa bəxtsizlikdən, qara pişikdən danışmağa? Sənin “milliləşdirilmişlər” ilə nə işin var? Onlardan danışmaq məqsədəuyğun sayılsaydı, Nazim Süleymanovu saxlayardıq da, səni neynirdik? Zavallı baş məşqçi də 5 manat çörəkpulundan olub evdə bekar oturmamaq üçün öz xoşuna yaşayan heyvanı ortaya atıb. Yəni AFFA-nın illərdi yürütdüyü siyasətə sədaqət nümayiş etdirib. Düzdü, turnir hələ başa çatmayıb. Yığma 9-16-cı yerlərdən birini tutmaq üçün sona qədər mübarizə aparacaq. Bunun özü faciədi, rəzillikdi. Uğursuzluğun səbəbi heç bir halda bəxtsizlik ola bilməz. Bəxtsizlik 3 oyundakı 270 dəqiqə boyunca təkqapı oynayıb qol vura bilməməyə deyilir. Amma öz qapında 5 top görüb, 2 oyunda meydanı başıaşağı tərk etmək - bu artıq zəiflik, bacarıqsızlıq göstəricisidi, ay qara pişiyi günahlandıranlar. Əsas heyətin yarısını Anadolu türklərinin təşkil etdiyi yığmanın 16 komanda arasında “8-liy”ə düşə bilməməsi Azərbaycanda uşaq futbolunun iflic durumda olmasının sübutudu. Bu həm də Təbriz Həsənova olan sirli sevginin işarəsidi.
Qara pişiyi gözü götürməyən məşqçi nəyə qadir olduğunu hələ 2007/08 mövsümündə Yunis Hüseynov “Standard”a keçəndən sonra “Karvan”ın baş məçqçi postuna yiyələnəndə göstərmişdi. Yevlax təmsilçisini meydana çıxardığı 13 oyunun 8-də uduzdurması, ölkə kubokunda mübarizəni 1/8 finalda dayandırması rəhbərliyin qəzəbinə səbəb olmuşdu. Buna qədər isə Vaqif Sadıqov Karlos Alberto Torresin əvəzinə əsas yığmaya yollananda Həsənov Musa Qurbanovla birgə U-21-də baş məşqçi səlahiyyətlərini müvəqqəti icra etmişdi. Almaniya və Uelsə məğlubiyyət, Avstriya ilə Bakıda heç-heçə. 2011/12 mövsümündə Xorvatiyadakı Avropa çempionatında rəhbrəlik etdiyi U-17 4 xal toplayıb 3-cü yeri tutmuşdu. Bir il sonra həmin yığma, həmin yarışda, amma bu dəfə Bolqarıstanda faciə ilə üzləşmişdi: 3 oyun, 3 məğlubiyyət. U-17-nin ötən ilin mayında Bakıda keçirilən Avropa çempionatının final mərhələsindəki çıxışı isə Portuqaliyaya 0:5-lik darmadağınla yadda qaldı. Belə nəticələrdən sonra U-19-un baş məşqçi postunun Həsənova tapşırılması və “Qranatkin”dəki məlum nəticələr əsl həqiqəti ortaya qoyur.
“AFFA-nın sədaqətli dostu” mükafatı təyin olunsa, mütləq Təbriz bəyə veriləcək. Adam heç kimin sözündən çıxmır, istənilən tapşırığa cavabı “baş üstə” olur. AFFA-nın siyasətini məharətlə təbliğ edən şəxslərin öndə gedənidi. Elədisə, niyə istefaya göndərilsin, çörəkpulusuz qalsın ki? Assosiasiya rəhbərliyi Həsənovu “karusel”də fırlatmaqla ölkədəki başqa mütəxəssislərin qarşısını kəsir. Halbuki onlar da şans qazanmalı, nəyə qadir olduqlarını göstərməlidi. İndi siz deyin, Təbriz bəy, qara pişik sizin qabağınıza çıxıb, yoxsa AFFA-da zəbt etdiyiniz yerdə gözü olan həmkarlarınızın? Sizin yolun üstündə uzanan ağ pişikdi, əmin olun. İcazə verin, qara pişikdən işsiz məşqçilər gileylənsin.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:11 Şəhriyar Parisdə beşinci oldu Bu gün, 14:09 Kamran “gümüş”lə kifayətləndi Bu gün, 14:08 Məğlubiyyət və “sülh” Bu gün, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Bu gün, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Bu gün, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Bu gün, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Bu gün, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Bu gün, 13:58 “Neftçi” bu gün başlayır Bu gün, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Bu gün, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Bu gün, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Bu gün, 13:49 Şeydayev darmadağına sevindi Bu gün, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Bu gün, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Bu gün, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Bu gün, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Bu gün, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Bu gün, 13:11 “Qəbələ”dən növbəti transfer Bu gün, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır Bütün xəbərlər
Ən çox oxunanlar