Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
26 noy 23:08Yazar

Manuel De Souzaya arzum

Sergey Perxun, Mark-Vivyen Foe, Mikloş Feher, Antonio Puerto, Pyermario Morozini, Georgi Mertens, Patrik Ekenq... Deyirəm, futbol hər nə qədər əyləncəli, dünyanın diqqətini özünə çəkən idman növü olsa da, bir o qədər də amansızdı, qatildi. Kimisi ciddi zədə alıb ömürlük şikəst qalır, kimisi futboldan qazandığı pullara görə cinayətkarlar tərəfindən öldürülür, kimisi də bir-birindən ömürlük inciyir. Sizi bilmirəm, mənim üçün ən dəhşətlisi meydandakı mübarizə anında yerə yıxılıb, gözləri əbədi yummaqdı. Bilirəm, canı verən Allahdı, istədiyi vaxt da alır. Amma belə yox da. Yazının girişindəki futbolçular məhz komanda yoldaşlarının gözü qarşısında haqq dünyasına qovuşanlardı. Niyə məhz futbolçular ölməlidi axı?
Bu yaşıma kimi onlarla hakimin döyülüb-söyüldüyünü eşitmişəm, görmüşəm. Di gəl ki, bir nəfərin də meydanda canını tapşırması faktıyla rastlaşmamışam. Axı, onlar da futbolçu qədər qaçır, həyəcan keçirir, danışır, mübahisə edir. Belədə niyə ürəktutması olmur, niyə təzyiq qalxmır, ya da düşmür? Mənə görə Manuel De Souza kimi şərəfsiz birinin yaşamasından ölməsi yaxşıdı. Məsələn, “Qarabağ” – “Çelsi” matçının əvvəlində Miçelin qüvvətli zərbəsinin tirə dəyəndən sonra qayıdıb portəgiz hakimin gicgahına dəyməsindən gözəl heç nə ola bilməzdi. Dəyməliydi də. Üzünü tutub yıxılardı yerə, həkimlər köməyi gələrdi, aparardılar xəstəxanaya. İkinci hissənin gedişində xəbər tutardıq ki, dünyadakı şərəfsizlərin biri azaldı.
Həyatda kiməsə ölüm arzulamaqdan pis şey yoxdu. Kimin üçünsə dua etdiyin həmin şey fırlanıb öz başında “çatlayar”. Bir də gözünü açarsan ki, o biri dünyada hesabat verirsən. Ancaq gözünə heç nəyin görünmədiyi anlar da var. Ölmək bahasına olsa belə, dediyindən dönmürsən, sözünün üstündə durursan. Bəli, məlum oyunun 19-cu dəqiqəsində Manuel De Souzaya sidqi-ürəkdən arzuladığım tək şey ölüm idi. Yalnız bu yolla mən və mənim kimi milyonların ürəyi rahatlıq tapa bilərdi. Özünüzə “bir jurnalistin “Qarabağ” sevgisi kiminsə ölümünü arzulamaqdan üstün ola bilərmi” sualını verməyin. Əsla! Şaxtalı-yağışlı o payız axşamında “Qarabağ”ın Azərbaycan təmsilçisi olduğunu da bir kənara qoymuşdum, matçın Çempionlar Liqası çərçivəsində keçirildiyini də. Təsir edən tək şey böyük ümidlərlə BOS-un yolunu tutan 70 min nəfərə yaxın azarkeşin bir vərəqə ilə “sındırılması”, iki həftə bu oyuna sevinc içində hazırlaşan “Qarabağ”lı futbolçuların zəhmətinin yerə vurulmasıydı. Futbola baxmağa gələn adamlarda bu oyuna nifrət yaradan həmin o Manuel De Souzanın özünün olmasa da, ölənlərinin goru dörd tərəfdən çatladı. Nə idi etdiyi, etmək istədiyi?
Rəşad Sadıqovun Villianla mübarizədə qaydaları pozduğunu hamı bilir. Hətta kapitan verdiyi açıqlamada da dolayı yolla buna işarə vermişdi. Braziliyalının üzünə zərbə vurmadı, iki ayaqla tullanıb qarşısını kəsmədi, burnunu sındırmadı, gözünü çıxarmadı. İkili mübarizədə qolundan tutub buraxdı. Epizoda görə adi müdafiəçi instinktiydi. Dünyanın hər yerində bu cür hallarla qarşılaşırıq. Deyək ki, bir çox hallarda penalti verilir. Amma bu epizoda görə matçın 19-cu dəqiqəsində futbolçunu meydandan qovmaq...
Vaxtımın təxminən 20-25 dəqiqəsini Çempionlar Liqasında bənzər epizod və qərar tapmağa həsr etdim. Allaha and olsun, son 7 ildə göstərilən “qırmızılar” arasında hələ beləsi olmayıb. Yəni elə bir futbolçu yoxdu ki, ikili mübarizədə rəqibin futbolkasından tutub buraxdığına görə oyunun əvvəlində meydandan qovulsun. Yoxdu, olmayacaq da. Sadəcə, Kriştiano Ronaldonun həmyerlisi olmasından təsirlənən həmin referi özünü yaxşı oğlan kimi göstərmək istəyinə düşdü və bununla da öz aləmində ingilislərin sevgisini qazandı. Oyunun dəqiqəsinə, kapitan sarğısına, stadiondakı azarkeş sayına, “Qarabağ”ın debütant olmasına – bunların hamısına tüpürdü. Cəmi bir məqamı göz önünə alsaydı, qərarı “sarı” olacaqdı.
Onsuz da penati vermişdi, “Çelsi” 90 faiz hesabı açacaqdı. İngiltərə nəhənginin Rəşadın vaxtından əvvəl paltardəyişmə otağına göndərilməsinə ehtiyacı vardı? “Qarabağ” rəqibindən bütün cəhətlərdə 10 dəfə geridədi, bunu Manuel də bilirdi. Hesabı açandan sonra da üstünlüyün qonaqların tərəfində olacağı sirr deyildi. Ən azı futbola baxa bilərdik, “Qarabağ”ın ifasında maraqlı hücumlara şahidlik edərdik. Bununla da Qurban Qurbanovun yetirmələri ÇL təcrübəsinin üstünə “100 qram” da artırmış olardı. İnsanlıq hissini itirmiş referi imkan verdi ki?
O tipdə birinin vicdanının sızıldadığına qətiyyən inanmıram. Elələri vecsiz, söyüşü boyun arxasına vuran, üzündəki tüpürcəyi cibindəki dəsmalla silən, bir yetimə əl uzatmayacaq qədər vəhşi olur. Ona görə də əsəbləşməyə, ruhdan düşməyə dəyməz. Həyatda olduğu kimi, futbolda da belələrinə rast gəlməsək, yaşamın dadı-duzu qalmaz. Manuel De Souzaya tək şey arzulayıram: hansısa futbolçunun qüvvətli zərbəsi sonrası top gicgahına tuş gəlsin!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar