19 noy 13:17Yazar

“Neftçi”nin tapdığı fağır Lorenzo

Rəhmətlik sabiq prezident Əbülfəz Elçibəyin bir sözü onun dünyasını dəyişməsindən sonra xeyli məşhurlaşmışdı. ANS-in efirində gedən “Təmiz söhbət” verlişində bəy belə deyirdi: “Sizin hamınız fağır bir prezident tapmışdız, sağdan da döşəyirdiz, soldan da. Kef eləyirdiz e. Mən də sevinirdim ki, azad və demoktatik bir cəmiyyət yaranıb”. İllər keçdi və hər keçən il, yaşadığımız dövr, qarşılaşdığımız çətinliklər və hadisələr onun sözlərinin dəyərini bizə çox sonralar daha dərindən anlatdı, Bəyin fəlsəfəsinin qarşısında bir daha heyrətləndik.
Elçibəyin qızıldan dəyərli sözlərini bugünlərdə yenidən xatırladım. Yox, ölkənin siyasi rəhbərliyinin hansısa davranışı məni buna vadar etmədi. Onsuz da bizdə siyasi proseslərə qarşı immunitet yaranıb. Heyrətlənməməyə, təəccüblənməməyə çalışırıq. Ətrafımızda başverənləri adi qəbul edirik. Amma “Neftçi”nin aşağı yaş qruplarında başverənlərdən xəbər tutanda heyrətlənməmək mümkün deyil. “Neftçi” Azərbaycan üçün sıradan bir klub deyil, “xalqın komandası”dı. 80 yaşlı “Neftçi”yə bu ad əbəs yerə verilməyib. Paytaxt klubu birvaxtlar Azərbaycan millisi səviyyəsində olub, böyük bir respublikanı SSRİ-də təmsil edib, sevindirib və kədərləndirib. Elə onun nəticəsidi ki, müstəqilliyimizi bərpa etdikdən sonra da uzun illər “Neftçi”ylə milli komandanı bir-birindən ayırmamışıq, yığma meydana çıxdığı gün “bu gün “Neftçi”nin oyunu var” demişik. “Xalq komandası” olmağın məsuliyyəti də ağırdı. Ölkə futbolunun inkişafına başqalarından daha çox çalışmalı, xalqın balalarının arasından istedadı olanları seçməlisən, həmin istedadların da inkişafı üçün şərait yaratmalısan. Çünki sən bu xalqın komandası, ölkə futbolunun flaqmanı, ən qocaman klubsan. Bu mənəvi dəyərlərdən savayı “Neftçi”nin bu xalq qarşısında həm də maddi məsuliyyəti var. “Neftçi” xalqın puluyla maliyyələşir. Adından göründüyü kimi, neftdən gələn gəlirlərdən əhəmiyyətli miqdarda “Neftçi”nin xərclərinə, legionerlərin alınmasına, klubun strukturunda çalışanların maaşına, uşaq komandalarına ayrılır. Amma həmin pullar təyinatı üzrə, səmərəli xərclənirmi? Çox mürəkkəb sualdı. Müşahidə Şurasının yaranmasıyla başlayan proseslərin nəticəsi kimi gözlərini açıb, özlərini “xalq komandası”nın başında idarəçi qismində görənlər heç də bu maddi və mənəvi məsuliyyəti başa düşəcək şəxslər deyillər. Belə olmasaydı, “Neftçi”nin əsas komandası bir yana, aşağı yaş qruplarında hazırkı biabırçılıqlar yaşanmazdı.
Lorenzo Mezzoteronun adı hələ iyunun əvvəllərində diqqət mərkəzinə düşmüşdü. Gürcüstanda Nodar Axalkatsinin xatirə turnirində iştirak edən “Neftçi”nin eyni anda həm U-9, həm də U-10 komandasının heyətində meydana çıxan bu əcnəbi azyaşlı böyük qalmaqala səbəb olmuşdu. “Neftçi”nin U-9 komandası isə yarımfinalda Tiflis “Dinamo”suna qalib gəlsə də, “ağ-qaralar”a texniki məğlubiyyət verilmişdi. Təşkilatçılar səbəb kimi U-9-un heyətində oynayan Lorenzo Mezzoteronun U-10-un da heyətində meydana çıxmasını göstərmişdilər. Həmin vaxt bu məsələ təkcə Gürcüstanda yox, elə Azərbaycanda müzakirələrə səbəb oldu. “Neftçi” nəticə qazanmaq üçün azyaşlı uşağı istismar etməkdə günahlandırıldı. Məsələ təkcə futbol mətbuatının yox, ictimaiyyətin digər təbəqələrinin və hüquq müdafiəçilərinin diqqətini cəlb etmişdi. Düşünmək olardı ki, “Neftçi”nin başbilənləri bundan nəticə çıxaracaq, belə əməllərini bir daha təkrarlamayacaq. Amma biz saydığımızı sayaq, görək onlar nə sayırlar?!
Lorenzonun istismarı davam edir. Ola bilsin ki, əcnəbi neft mütəxəssisi indi oğlunun vurduğu qollarla fəxr edir, övladının səhəttini necə təhlükəyə atdığını düşünmür. Azərbaycanda uşaq komandalarının oyunları süni örtüklü meydanlarda keçirilir. Lorenzo da hər gün bu örtüyün üzərində öz əzələlərini və oynaqlarını təhlükəyə atır, “Neftçi”nin aldadıcı nəticələri üçün fədailik edir. Bu aladadıcı qələbələrin “Neftçi”yə, Azərbaycan futbolunun gələcəyinə nə faydası var axı? Sabah uşağın atası Azərbaycanı tərk edib, məsələn, Səudiyyə Ərəbistanına çalışmağa gedəcək. Onu da özüylə aparacaq. Vəssalam, “Neftçi”nin “bombardiri” də əldən çıxacaq. Atalar məsəlində deyildiyi kimi, “qaranquş gəldi-gedərdi, çalışıb sərçədən muğayat olmaq lazımdı”. Lorenzo aşağı yaş qruplarının çempionatında son turun qəhrəmanı olub. U-12 liqasında “Zirə” ilə 1:1 bitən görüşdə komandasının yeganə qoluna imza atan Lorenzo ardından U-11 liqasında “Şüvəlan”la oyunda 4, U-10 liqasında “Təhsil”lə matçda isə 6 qola imza atıb. “Neftçi” rəhbərliyi də bu qələbələrə sevinib, klubun rəsmi saytında ağ-qara rənglərə könül verən azarkeşlərə müjdə verilib. Bəs sonrası? Onu düşünən varmı? Lorenzonu şərti olaraq meydandan çıxarandan sonra “Neftçi”nin bu qələbələri qazanmağa gücü, yetişdirdiyi futbolçular varsa, bir uşağı bu qədər istismar etməyə nə zərurət var? Olmaya ölkədəki ən yaxşı uşaq akademiyasıyla öyünən “Qəbələ” ilə bu cür rəqabət aparırlar?
Görünən odu ki, “Neftçi” rəhbərliyi və məşqçiləri bir fağır Lorenzo tapıblar. Onun gücündən də bütün uşaq komandalarında yararlanmaq niyyətindədilər. Lorenzonun gələcəyini təhlükəyə atmaq, onu istismar etmək bahasına olsa belə. Çox təəssüf!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar