16 noy 16:55Yazar

Nəfəskəsən oyun

U-21-in Kosovo ilə oyununun 60-cı dəqiqəsindən sonra Samir Ələkbərov tez-tez saatına baxırdı. Biranlıq mənə elə gəldi ki, tarixin təkərini 12 il geri fırladıblar, əsas millinin Avstriya ilə oyununu izləyirik. Hakimin final fitindən sonra Vaqif Sadıqov meydana qaçacaq, futbolçuları bir-bir bağrına basaraq uduzmadığımıza görə təbrik edəcək. Həmin vaxt Sadıqovu da millinin başına biroyunluq gətirmişdilər. İstəyirdi ki, yaxşı nəticənin altında Vaqif Sadıqov imzası olsun. İllər keçib, indi həmin bir xaldan daha çox Sadıqovun davranışları xatırlanır. Bu dəfə Samir Ələkbərov onun kimi davranırdı, 90 dəqiqənin tez tamam olmasını, millini meydana çıxardığı son oyunda uduzmamağı arzulayırdı. Düzdü, stadionda olmadığımdan Ələkbərovun bütün davranışlarını, hakimin final fitindən sonra hisslərini necə biruzə verdiyini tam görə bilmədim. Amma hələ əvəzetmə zamanı meydandan çıxan futbolçulardan birini bərk-bərk bağrına basmaqla sevincini göstərmişdi.
Onu bu posta müvəqqəti təyin ediblər. Həm özünün mətbuat konfransında dedikləri, həm də dünən Böyükağa Hacıyevin izahatı bizi dərin düşüncələrə daldırır.
Komandanın içində nələrinsə qaydasında getmədiyi aşkardı. Bunu Samir Ələkbərov üstüörtülü də olsa, etiraf edir. Sitat: “Bura 3 oyunluq gəlmişdim. Böyükağa Hacıyevdən üzr istəyirəm. Amma nəyə görə belə etdiyimi demək istəmirəm. Özündən soruşarsız, deyər. Almaniyada məni harada tuturdusa, deyirdi ki, qulaq as. Üzr istəyirəm ki, ona qulaq asmadım. Sağ olsunlar ki, iki məğlubiyyətdən sonra mənə millini üçüncü oyuna çıxarmağa imkan yaratdılar”. Hacıyevin sözlərindən belə başa düşülür ki, Aslan Kərimov futbolçulara öz dediyini diqtə edir, komandanın oyununu istədiyi kimi qurmağa çalışır, Samir Ələkbərovun baş məşqçi kimi həlledici sözə sahib olduğunu qəbul etmirmiş. Futbolçulardan bəzilərinin Ələkbərovu yox, Kərimovu dinləməsi də çox inandırıcıdı. Adam AFFA-nın baş katibinin etibarlı kadrlarındandı. Son zamanlar ağa qara, qaraya ağ demək üzrə ixtisaslaşıb. Onun keçmiş karyerasına, insanlığına bəslədiyim bütün hörmətimə rəğmən, bu təəssüfümü də ifadə etməliyəm. Gələcəyin necə olacağını dəqiqləşdirə bilməyən futbolçuların da belə məqamlarda kimə qulaq asacaqlarına qərar verə bilməməsi də gözləniləndi.
Dəfələrlə belə halların şahidi olmuşuq. Şəxsi qənaətimdi ki, hansısa komandaya müvəqqəti, keçici məşqçi təyin etmək, ümumiyyətlə, milli komandanı kiməsə həvalə etmək yanlış addımdı. Futbolçu biləndə ki, məşqçisi 1-2 oyundan sonra ona rəhbərlik etməyəcək, komandadan uzaqlaşdırılacaq, özündə məsuliyyət hiss etməyəcək. Biz bunun fəsadlarını Almaniya ilə oyunda da, Kosovo ilə qarşılaşmada da gördük. 0:7 hesablı məğlubiyyət Samir bəyin karyerasına qara hərflərlə yazıldı. İstəsək də, istəməsək də, bu belədi. Bəlkə də kimlərsə həqiqətən də almanlarla qarşılaşmanı qumara qoydular, qaz vurub qazan doldurdular. Belələri üçün vətən, bayraq sevgisi, Azərbaycan futbolunun şərəfi heçə bərabərdi. Özünün şərəfi olmayan futbolçu ölkəsinin şərəfini düşünə bilərmi? Üstəlik, MİLLİ KOMANDAnın heyətində Azərbaycana bağlılığı olmayanlar meydana çıxıbsa, şübhələrə əsas çoxdu.
Ələkbərovun Kosovo ilə oyunda etdiyi əvəzetmələr, Elnur Cəfərovun özfəaliyyətlə məşğul olması, alınan qırmızı vərəqələr də çox şeydən xəbər verir. Elnurla bağlı yazının sonunda ayrıca söhbət açarıq. İndi isə Samir bəyin sözlərindən seçmələrə yenidən diqqət edək: “Mən nə qədər tapşırsam da, komanda meydanda öz bildiyini edirdi. Qərarı futbolçular verirdi. Tapşırıq verəndə təsdiq işarəsi göstərsələr də, yenə öz bildiklərini edirdilər. Rusca da, azərbaycanca da deyirdim, yenə xeyri olmurdu. Belə şeylərin üzərində işləmək üçün vaxt lazımdı”. Belə yerdə heç əlavə şərhə də gərək qalmır. Samir bəy futbolçuların onu dinləmədiyini deyir. Xeyli ciddi ismarıcdı. Bunu AFFA rəhbərliyi də, gələcəkdə bütün millilərin “ip”ini əlində cəmləşdirməyi hədəfləyən Qurban Qurbanov da qəbul etməlidi. Ələkbərovun dediyi vaxt isə belə futbolçuların milli komandadan uzaqlaşdırılmasına, onların əvəzinə layiqli vətənpərvlərin, geydiyi formanın dəyərini bilən, baş məşqçinin göstərişinə qeyd-şərtsiz əməl olunmasının vacibliyini anlayanların axtarılmasına, irəli çəkilməsinə sərf olunmalıdı. Və sözsüz ki, Aslan Kərimov da vəziyyətə aydınlıq gətirməli, qısa müddətdə U-21-in düşərgəsində nə işlə məşğul olduğunun, Samir bəyin dediklərinin və Hacıyevin müşahidələrinin hesabatını verməlidi.
Görünən odu ki, Kosovo ilə qarşılaşma futbolumuz üçün nəfəskəsən oyun kimi yadda qalacaq. Sözün bütün mənalarında. Samir Ələkbərov mətbuat konfransında sərgilədiyi cəsarətlə “ikiüzlü oyunçular”ın maskasını yırtdı. Azərbaycan futbolunun əsas problemlərindən birini yenidən gündəmə gətirdi. İkincisi də Elnur Cəfərovun nəfəsinin kəsilməsi idi. Son günlər tənqidlərə hədəf olan, xarakterindəki problemləri bir daha ortaya qoyan Cəfərov onu təndiq edənlərə meydanda cavab vermək üçün dəridən-qabıqdan çıxırdı. Ora-bura vurnuxdu və heç 45 dəqiqə bu tempə davam gətirə bilmədi. Əvəzlənərkən üzündəki cizgilərdən çox şey oxunurdu. Azarkeşlərlə söz güləşdirən Elnur özünü yaxşı oğlan kimi təqdim edirmiş. Özü bilər, amma yaxşı futbolçu olmadığını bir daha nümayiş etdirdi. Asan deyil, Cəfərov.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar