10 noy 13:02Yazar

Hərəyə bir məsləhət verək?!

Bizdə adətdi. Gündəmdə olan məsələ barədə mütləq fikir yürütməyə çalışar, məsləhət verməkdən çəkinmərik. Amerikada, Kanadada, elə qonşu Türkiyədə yaşanan heç bir hadisə gözümüzdən qaçmaz. Özümüzə umac ova bilməsək də, başqalarına əriştə kəsmək üçün dəridən-qabıqdan çıxarıq. Hərdən öz ölkəmizdə başverənlərə də biganə qalmarıq. Amma bir şərtlə: “yuxarıdakılardan” kiminsə xətrinə dəyməyək, başımızı ağrıdacaq hansısa fikrə müəlliflik etməyək. Nəyimizə lazımdı, əşi? Gözümüzün önündə min cür haqsızlıq baş verər, dillənmərik. Haqq səsimizi ucaltmaz, yıxılanın, badalaq vurulanın əlindən tutmağa, ona dəstək verməyə çalışmarıq. Ona görə ki, onu yıxanlar, badalaq verənlər, kürəyinə bıçaq saplayanlar əliuzunlar, qoluzorlulardı. İllərdi bu tendensiya davam edir. İllah ki, hansısa islahata, dəyişikliyə meyl gördük, hər ağızdan bir avaz gələcək. Qulp qoyanlar, ağlaşma quranlar, bədbin proqnozlar verənlər meydan sulayacaqlar.
Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyin olunması ətrafında başverənlər də buna bənzədi. Prosineçki milli komandaya altı qeyri-azərbaycanlı, saxta pasport sahibini dürtəndə hamı susurdu. Elxan Məmmədov Azərbaycan futbolunun başına min oyun açanda da bu qədər danışan yox idi. Qəbul etmək lazımdı ki, AFFA Prosineçkini öz xoşuyla yola salıb, Qurban Qurbanova qapılarını taybatay açmadı. Ölkə prezidentinin “Qarabağ”a və onun baş məşqçisinə səmimi münasibəti, voleybolçularla görüşündə AFFA-nın yarıtmaz fəaliyyətinə işarə vurması və sosial sifarişin “Atletiko” ilə oyunlardan sonra inanılmaz gücə çevrilməsi onları geri addım atmağa məcbur etdi. Artıq bəhanələri qalmamışdı. Təslim olmağa məcbur idilər. Onsuz da bu təyinatdan əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov “təbliğat maşını”nı işə salmışdı. “Qurban Qurbanov milliyə gəlməz, gəlsə də, “Qarabağ” zəifləyəcək”, “iki yerdə çalışmağa onun gücü çatmaz, qoyun elə “Qarabağ”da qalsın”, “millidə yerli məşqçi işləməməlidi, əcnəbi məşqçilərin nüfuzu bizim futbola lazımdı” kimi fikirlər hər gün tirajlanır, sadə azarkeşlərin beyninə psixoloji terror edirdilər.
Yayda Kaxaber Tsxadadze ilə görüşümdə Qurbanov haqda da danışmışdıq. Həyatının yarıdan çoxu futbolçu və məşqçi kimi başqa ölkələrdə keçən Kaxa “Qurban Azərbaycan çempionatının səviyyəsini aşıb, artıq yeni çağırış qəbul etməyin zamanıdı” demişdi. Hələ onda “Qarabağ” Çempionlar Liqasının qrupuna da yüksəlməmişdi. Qitənin ən nüfuzlu klub turnirində iştirak, orda Azərbaycanı layiqincə təmsil etmək Qurban bəyin bir çalışdırıcı kimi daha bir missiyanın öhdəsindən gəlməsi demək idi. Həqiqətən də yeni çağırışı qəbul etməliydi. Ya milli komanda ilə, ya da xaricdə çalışmaqla. Taleyin qismətidi ki, birinci variant baş tutdu.
Qurbanov təkcə Azərbaycan millisinin baş məşqçisi olmayacaq. Ən azı yaxın altı ildə futbolumuzun texniki patronluğunu edəcək. Türkiyədə Fatih Terimin timsalında bu nümunəni görmüşük. Amma Terimin xarakterindəki problemlər onun bu vəzifədə özünü doğrultmasına maneə törətdi. Şükürlər olsun, Qurban bəyin xarakterinə də, insanlığına da, şəxsiyyətinə də yaxşı bələdik. Bilirik ki, gözü ayağının altını görməyəcək, restorana gedib oranın sahibini döyəcək biri deyil. Əvvəllər hansısa xırda problemlərdə adı hallanıbsa da, zamanla müdriklərşib, kamilləşib.
Elxan Məmmədovun ona hansısa badalaq vura biləcəyindən də ehtiyatlanmağa dəyməz. AFFA İcraiyyə Komitəsinin iclasından sonra Qurban Qurbanovun millinin baş məşqçisi kimi təqdim olunduğu mərasimi xatırlayın. Sonradan sosial şəbəkələrdə trendə çevrilmiş məşhur foto gözünüzün önündə canlanırmı? Bəli, həmin o epizodu nəzərdə tuturam: AFFA prezidenti Rövnəq Abdullayev Qurban Qurbanovun təyinatını açıqlayır, ona millimizin formasını təqdim etməyə hazırlaşır. Elxan Məmmədov isə bir kənarda, əlində yeni baş məşqçiyə təqdim olunacaq forma ilə dayanıb. Yetərincə ciddi və icmarıc dolu bir görüntüdü. Baş katibin işinin əsl adı da elə odu. Sadəcə, çoxbilmiş Məmmədov indiyə qədər “burda mənəm, Bağdadda kor xəlifə” prinsipiylə hərəkət edir, Rövnəq Abdullayevin futbola etinasızlığından, neft siyasəti ilə məşğul olmasından öz şəxsi məqsədləri üçün yararlanır, özünü Azərbaycan futbolunun ağası kimi aparırdı. Onların futbolumuzun başına açdığı əməllərdən, çıxardıqları oyunlardan artıq hamı xəbərdardı. “Kəpəz”də başverənlər, Məmmədovun sadiq kadrı Mikayıl Nərimanoğlunun kluba ayrılan pulları mənimsəməklə məşğul olması elə baş katib üçün də üzqarasıdı. Onun başı özünü təmizə çıxarmağa qarışıb. Məşhur “Bizim Cəbiş müəllim” filmində alverçi Əbülfəzin bazarda hinduşkanı təpikləməsi yadınızdamı? Deyir ki, bu hinduşka mənim olsaydı, mənə tərəf gələrdi. Elxan Məmmədov da İK-nin iclasından sonra jurnalistlərlə söhbətində Mikayıl bəydən imtina etməyə çalışıb. Sitat: “Mən onu AFFA-da tanımışam, son vaxtlar onsuz da Nərimanoğlunun fəaliyyətindən narazı idik”. Əlavə şərhə ehtiyac yoxdu.
Bu mövzuda yazmamaq üçün çox səbr etdim. Amma daha dayana bilmədim. Qurbanova məsləhət vermək, bədbin proqnozlar düşünmək üçün çox da enerji xərcləməyin. “Hərəyə bir məsləhət verək” kampaniyasını bitirməyin zamanıdı. Qurban bəyə uğur arzulayaq, ona dəstək verməyə çalışaq. Qalanı yaxşı olacaq, şübhə etməyin!
Народ на ютубе нашла способ как играть в современные игры без скачивания и установки на компьютер
через сервис Playkey, а так же нашла Генератор промокодов для сервиса Playkey ТУТ видео.
А сам Генератор промокодов ТУТ. Кто тестил сервис и Генератор отпишитесь стоит ли заморочки :):):):):)

Достаточно заглянуть на для того чтобы узнать керамические блоки отзывы, https://pp-budpostach.com.ua/p6354146-keramicheskie-bloki-otzyvy.html
и отыскать прочую востребованную информацию, полную и актуальную.

<a href=https://youtu.be/wEsH_oyzt_c>покрасочная камера купить</a>

Игровые автоматы PlayFortuna. Получи бонус 50 бесплатных вращений здесь >>> https://casino-avtomati-onlain.com/the-best-casino/play-fortuna-casino.html
Казино на доллары, евро. Минимальный депозит 1 доллар. 350 лицензионных игровых автоматов. ТОП казино онлайн Play Fortuna casino. Лучшие игры, лучшие бонусы, быстрые выплаты. Реальные игры, на реальные деньги.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar