10 noy 13:00Yazar

Baş

Öygülər olsun uca Yaradana, başımızla başa qalxdıq! Başlar içində baş çıxarmaq elə-belə söhbət deyil. Daha öncə hayları başını itirməyə məcbur edən yığmamız 8-ci turda rusların başını əlləri arasında qoyanda qələbə qığılcımı başımdan dabanlarıma qədər süzüldü. Nə xoş giziltiydi, Tanrım. Ukraynayla 2:2 hesablı bərabərliyin ardından çempionluğumuz rəsmən açıqlanana qədər zəfər təbilləri gicgahlarımda guruldadı. Və qəfil Berger əmsalına “ilişmək” həyəcanı gəldi. Xoşbəxtlikdən şəxsi görüşdə üstələdiyimiz Rusiya ədalətsiz hesablama üzündən bir baş yuxarı sıçramadı.
Yunanıstanın Krit adasında düzənlənən Avropa çempionatının qalibi adını qazanan kişilərdən ibarət şahmat yığmamızın uğuru təəccüb doğurmasa da, vətənini, bayrağını, xalqını sevən azərbaycanlıların ürəyinə yağ kimi yayıldı. 3-cü dəfə qitədə hamıdan yaxşı baş sındırmağı bacardığını isbatlayan millimiz, başın və başların var olsun!
...Bu idman növüylə uşaqlıqdan maraqlanmışam. Ağ-qara taxtayla aramız o qədər yaxşıymış ki, böyüklərim böyüyəndə güclü şahmatçı olacağımı düşünürmüş. Qohum-əqrəba içində bir az da irəli gedərək məni vunderkind və gələcəyin qrossmeysteri adlandıranlar da var imiş.Təsəvvür edin ki, 1 yaşımda bütün fiqurları şahmat taxtasında səhvsiz düzə bilirmişəm. Dilimə gətirdiyim ilk cümlə isə “at, burda dur” olub. 2 yaşımda gedişləri bilir və oyunun mənasını uşaq dərrakəsinə sığacaq qədər anlayırdım. Böyüdüm, qrossmeysterlik yolunda atdığım ibtidai addımları “detskiy mat”a qədər təkmilləşdirdim. Nədənsə sonradan davamını gətirmək istəmədim. Sinif yoldaşlarıma qoşulub şahmat məktəbinə getməyə belə, həvəsim olmadı. İndi də oynamağın həvəskarı deyiləm. Rəqib fikirləşənə qədər səbrim daralır. Amma nəticələri izləyir, bizimkilərin pis bacarmadığı qədim oyunda nələrin yaşandığıyla davamlı şəkildə maraqlanıram. Şahmat sözünü eşidəndə, burnuma ən sevimli oyuncaqlarım arasında olan 35 il öncəki taxtanın qoxusu gəlir. Beynimin bir küncündə sağ biləyinə gözmuncuğu bağlanmış sarışın oğlan uşağı yenə həmin qara atın haça qulaqlarına, sallaq dodaqlarına diqqətlə baxır, ardından ağ və qara fiqurların simmetriyasını tarazlayır...
Başı sözün əsl mənasında işləməyən xalq başqa xalqların nə şahını, nə də “peşka”sını mat qoya bilər. Siyasi xırdalıqlara varmaq fikrindən uzağam. Sözümün başqa Mustafası var. O gün döyüş strategiyası üzərində qurulmuş şahmatda qansız-qadasız, zədəsiz, ağrısız gələn qələbənin qanadlarında yağmurlu Bakı gecəsində buludlardan yuxarı qalxıb ulduzlarla dərdləşmişəm. Uğurun canımdan qopardığı qurğuşun ağırlıqla yerin nüvəsinə qədər enib qayıtmışam. Üstəlik, yazacağım yazıda pafosdan uzaq durmaq üçün noyabr çiskininin altında zəfərimizi gözləmədən yatan adamların işığı sönmüş mənzillərini də bir-bir sayıb başımı soyutmuşam. Köhnə fikrimdə qalmışam: bizim futbol yığmamız da Avropa çempionu ola bilər. Başa başqa başbilənlər gəlməlidi, vəssalam. Futbolçu potensialı, uşaq futbolunda vahid sistem, “milliləşdirmə”, baza, struktur sonrakı işlərdi. Öncə başda olduğu müddətdə ayağa qaldıra bilməyən başlar və başqanlar Azərbaycana bir yaxşılıq etməli, qansız-qadasız, zədəsiz, ağrısız, öz ayağı ilə getməlidi. İndiki başlarla bu xalqın ayağı biz deyən futbolu oynamayacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar