10 noy 12:52Yazar

Fırıldaqçıların yuvası

Fırıldaqçıların yuvası
Son 3 ildə “Kəpəz”in daxilində yaşananların səsi indi-indi çıxmaqdadı. Başını içəri salıb quyruğunu bayırda qoyan rəsmilərin törətdiyi əməlləri eşidəndə adamın tükləri biz-biz olur. Halbuki bu komandaya kasıb, AFFA-nın əlinə baxan yetim uşaq gözüylə baxırdıq. Sən demə, tikənin yağlı yeri Gəncədəymiş. Qurumdan kluba göndərilən maliyyə nəzarətçisi, həm də Müşahidə Şurasının həmişəcavan üzvü Mikayıl Nərimanoğlu qır vurub, qazan doldururmuş.
İllərdi tanıdığımız bu şəxsin etdiklərinə inanmaq çətindi. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri olduğundan, tez-tez telefonda danışar, üz-üzə gələndə xeyli söhbətləşərdik. Zərrə qədər də fırıldaqçı görkəmi hiss etməmişdim onda. Hətta xeyir işlərin birində “Həzi Aslanov”da əlavə bir evi kirayə verdiyini diqqətinə çatdıranda, daş atıb başını tutmuşdu ki, elə şey ola bilməz. Bir evi varmış, orda da özləri qalırmış. Açığı, Nərimanoğlunun o cür cavabından sonra özüm-özümdən utanmışdım. Halbuki dostum AFFA rəsmisinin onların binasındakı evini kirayə verdiyini əminliklə bildirmişdi. Nə isə...
Bu adam “Kəpəz”də yeyintiylə məşğul imiş. Pul gələn hər kanalın ağzını cibinə soxurmuş ki, kənara axmasın, ancaq özünə qismət olsun. Kimə lazımdı futbol, futbolun inkifaşı, Gəncədə futbolun olması? AFFA-dı da, xeyirxah görkəmi yaradıb ki, camaatın ağzı yumulsun, başları nəyəsə qarışsın. Yuxarıda oturanlar da 3-dən, 5-dən qazanıb, nəvə-nəticələrinin gələcəyini qursunlar. Nərimanoğlu da uşaq deyil ki. Ətrafındakıların hansı hoqqalardan çıxdığını illərdi görür, özü üçün nəticələr çıxarırdı. Yəni görüb-götürməkdə böyük təcrübə sahibidi. Belə bir adamın əlavə qazanc istəyinə düşməsi də normaldı. Təsəvvür edin, sağınız-solunuz hamısı yeyir. Siz də ağzınızın suyunu axıda-axıda, baxa-baxa yeməyin yollarını öyrənirsiz. Dövlətin pulunu necə mənimsəməyin lazım gəldiyini artıq bilirsiz. Əlinizə imkan düşsə və bilsəz ki, sizə nəzarət edənlərin yanınızda dili qısadı, iştahanız artmaz? Sahibsiz pulların müəyyən qismini qatlayıb cibinizə qoymazsız? Vallah, indiki zəmanədə 10-dan 9-u edər bunu. Ona görə də Mikayıl Nərimanoğlunun bu dərəcədə qınanmasına razı deyiləm. Daha doğrusu, onun yox, onun başında duranların məsuliyyətə cəlb edilməsinin tərəfdarıyam. Həmin şəxslər məhkəmə qarşısında cavab verməsə, ən azı dövlət tərəfindən silkələnməsə, bu proses yenə davam edəcək. Necə ki illərdi davam edir.
Klublarda Müşahidə Şurası yaranandan sonra ölkə futbolu qara günə qalıb. Bu gün adından söz etdirən, maliyyəsi ilə öyünən üç klub var ki, nə “Qarabağ”, nə “Qəbələ”, nə də “Zirə” şuralaşmaya qol qoyub. Sponsorları var, onlar da işə nəzarət edir. Müşahidə Şurasının olduğu klublar isə nəticə baxımından yox vəziyyətindədi. “Neftçi”si, “Sumqayıt”ı, “Səbail”i, “Kəpəz”i, lap elə “İnter”i də eyni gündədi. Şuralaşmanın ideya müəllifi olan AFFA-nın baş katibi Elxan Məmmədov həmsoyadı Elnur Məmmədovun “Neftçi”də hansı hoqqalardan çıxdığını yaxşı bilirdi. Yeyinti, borclar, lazımsız transferlər – hamısı baş katibin diqqətinə çatdırılandan sonra bala Məmmədovu futboldan götürüb, voleybola qoydular. Yaxşı yerdə adamı var, işsiz qalmayacaqdı ki. Sabiq icraçı direktorun “Neftçi”nin başına açdığı oyunlar, yəni maliyyə fırıldaqları Elxan Məmmədova dərs olmalıydı. Ən azı hiss etməliydi ki, güvəndiyi həmsoyadının etdiklərini Gəncədə bir başqa AFFA rəsmisi – Mikayıl Nərimanoğlu da təkrarlayır, ən pis halda bu ehtimal var. Audit yoxlamasını da “Kəpəz”ə indi yox, bir il əvvəl göndərməliydi. Göndərmədi...
Yeyintilərdə baş katibin əlinin olmasından bütün Azərbaycan danışır. Bir işçinin fırıldağa əl atması üçün “yuxarıdan” razılıq alması vacibdi. Belə deyim, vəzifəni sənə tapşıran, yol göstərən “hə” deməsə, bu iş alınmaz. Nərimanoğlu bu 3 il ərzində “Kəpəz”də cinayətə bərabər əməllər törədirmişsə, mütləq onun başında duran, “işini gör, mənlikdi” deyən olub. Söhbətin üstünün açılmasından görün nə qədər vaxt keçib. Adamı klubdan uzaqlaşdırıblar, AFFA-da tutduğu departament rəhbəri vəzifəsini əlindən alıblar. Bəs niyə heç kim məsələnin dərinliyini izah etmir? İnsanlarda özü haqda azad fikirli adam obrazı formalaşdıran həmin Elxan Məmmədov niyə jurnalistlər qarşısına çıxıb güvəndiyi kadrın etdiklərini açıqlamır? Niyə qurumun rəsmi saytında heç bir məlumat yoxdu? Mikayıl Nərimanoğlu niyə hələ də azadlıqdadı? Azı 10 belə “niyə” saymaq olar. Sadəcə, cavabı məlumdu. Nərimanoğlunun “vurulması” heç bir halda baş katibə sərf etmir. Əks halda, başqa “silah”la özü də “vurulacaq”.
Bir çox sahələrdə olduğu kimi, futbolda da sənin-mənim olmalı olan pullar talanır, adamı olanlar istədiyini edir. Klubların böyük əksəriyyəti Elxan Məmmədovun əlinə keçəndən sonra fırıldaqçılıq dəb halını alıb. Futbol qalıb bir tərəfdə, bəzi rəhbərlər ancaq yemək haqda düşünür. Berlindəki futbol məktəbi, elit-məşq layihələri, klublarda əcnəbi idman direktorları, Müşahidə Şuraları – bütün bunlar AFFA-nın üzqarası, kənara atılan pullar idi. İndi isə binanın içindən – fırıldaqçıların yuvasından yeməyə başlayıblar. Elnur Məmmədov, Mikayıl Nərimanoğlu.... Səbirli olun, hələ davamı da olacaq. Nuş olsun! Boğazınızda qalmasın!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar