08 noy 17:22Yazar

Xoş gəlmisən, Kamran!

Kamran Ağayevin personası Azərbaycan futbolu ilə maraqlanan hər kəs üçün cəlbedici olub. Müəyyən zaman kəsimlərində artıb-azalsa da, prinsipcə böyük bir dəyişiklik baş verməyib. Qapıçı kimi yetərincə istedadlı olan Ağayev mətbuatın və azarkeşlərin daim diqqət mərkəzində saxladığı iki-üç futbolçudan biridi. “Çərçivə”də etibarlı dayanmaqla yanaşı, meyxana demək bacarığıyla da tanınıb. Bir dəfə onun polis əməkdaşları ilə necə burun-buruna dayandığını, onlarla əlbəyaxa davaya hazır olduğunu da görmüşəm. Azərbaycan çempionatının həyəcanlı, 5-6 komandanın çempionluq uğrunda yarışdığı vaxtlar idi. Ölkə kubokunun həlledici oyunlarından birində “Bakı” ilə “Xəzər Lənkəran” Respublika stadionunda qarşılaşırdı. Karyerasını bitirməyə hazırlaşan veteran hakim Rövşən Əhmədovun idarəçiliyi əsəbləri tarıma çəkmiş, həm meydanda, həm də ordan kənarda aləmi bir-birinə qatmışdı. Hakimin final fitindən sonra paltardəyişmə otağına gedən yolda iki klubun rəsmiləri, onların cangüdənləri və polis əməkdaşları bir-birinə qarışdı. İlkin müşahidələrə əsasən hakimdən narazı qalan “Xəzər Lənkəran” tərəfinin ona hücuma keçdiyi, meydan sahibi rolunda çıxış edən “Bakı”nın polislərlə birlikdə Əhmədovu qorumağa çalışdığı görünürdü. Davanın qızğın anında gördük ki, Kamran bir polis zabitiylə tutuşub. Çıxış etdiyi klubun rəsmilərinə asayış keşikçilərinin zor tətbiq etməsi, onlardan kiminsə həbs olunması Kamrana xoş getməmişdi. İnandırım sizi, Ağayevin sərt müdaxiləsindən sonra polislər sakitləşdi, dava-dalaş cəhdləri də dayandı. Orda başa düşdüm ki, “Xəzər Lənkəran”ın qapıçısı paytaxt polisinin yanında xüsusi çəkiyə malikdi. “Poqonlular” Kamrana cənub klubunun rəsmilərindən daha çox hörmət edirlər, ondan çəkinirlər.
Bu hadisədən bir müddət sonra Kamranla polislərin mövzusu yenidən gündəmə gəlmişdi. “İdman Azərbaycan” telekanalıyla yayınlanan “Favorit” verlişində Kamran yol polislərinin ona necə hörmətlə yanaşdığından danışmışdı. Xüsusilə vurğulamışdı ki, DYP sıralarında Ağayevin cəriməsini öz cibindən ödəməyə hazır olan, bunu əməldə isbatlayan neçə-neçə əməkdaş var. Heç şübhə etmirəm ki, onun danışdıqları hamısı real idi. Mən stadionda asayişi qorumağa cavabdeh olan polis əməkdaşlarının Kamrandan çəkindiyinə gözümlə şahid olmuş adamam. Belə birinə yol polisləri niyə hörmət etməsinlər, onun cəriməsini nə üçün ciblərindən ödəməsinlər?!
Kamran yeganə futbolçudu ki, onun oynadılması üçün AFFA rəhbərliyi “Xəzər Lənkəran”a ağız açıb, klub rəhbərliyinə minnətçi düşüb. Çempionatımızın indiki vaxtında belə bir şeyi təsəvvürə gətirə bilərsizmi? İndi premyer-liqadakı 8 klubdan beşi AFFA-ya tabedi, onlara ağız açmağa ehtiyac yoxdu, barmaq işarəsi kifayətdi. Qalan üçü də AFFA-nın bir sözünü iki etməz, məsələni böyütməzlər. İkincisi, Azərbaycan çempionatında belə bir futbolçu yoxdu ki, klub rəhbərliyi onu cəzalandırsın, heyətdən kənarlaşdırsın. AFFA da məcbur qalıb həmin futbolçuya görə kiməsə ağız açsın. Rumın Mirça Rednikin Azərbaycandan başıaşağı yola salınması prosesindən sonra Kamran heyətdən kənarlaşdırılmışdı. AFFA milli komandanın qapıçısının meydana buraxılması üçün “Xəzər Lənkəran” rəhbərliyinə minnətçi düşmüşdü.
Ötən ilin yanvarında “Boavişta”nın heyətində çıxardığı hoqqadan sonra meydan üzünə həsrət qalan Kamran apreldə Portuqaliyanın ortababından rəsmən ayrıldı. Bundan üç ay sonra isə Çexiya “Mlada Boleslav”ı ilə anlaşan həmyerlimiz hələ də komandasının əsas qapıçısına çevrilməyib. Məsələ ondadı ki, belə yerdə AFFA-nın sözü keçərli deyil. “Boavişta”da onun səhvlərini və meydanda dava salmasını bağışlamadılar. Çexlər də formadan düşən, xarakterində problemlər olan “çərçivə qoruyucusu”na o qədər də ürək qızdırmırlar. İş elə gətirdi ki, Kamran uzun müddətdən sonra əlinə düşən fürsəti də dəyərləndirə bilmədi. Onun “Banik”lə oyunda meydandan qovulma prosesini diqqətlə izlədim. Komandası hesabda irəlidə olan, özü də uzun müddətdən sonra start heyətində meydana çıxmaq şansı qazanan bir qapıçının bu cür davranmağa ixtiyarı yoxdu. Elə təəssürat yaranır ki, Kamran Azərbaycanda əzizlənib, hakimlər tərəfindən o qədər güzəşt görüb ki, şıltaqlaşıb, dəcəl uşağa çevrilib. Bir ölkədə polislərin xüsusi hörmət bəslədiyi qapıçı hakimlərdən niyə güzəşt görməsin?! İndi də bu güzəştlərin altını çəkir. Portuqaliyada və Çexiyada Kamranın ad-sanına, yaxşı meyxana deməsinə və başqa keyfiyyətlərinə məhəl qoyan yoxdu. “Çərçivə”ni qoruyursansa, öz bacarığını orda göstərməlisən. Özü də 90 dəqiqə. 70-75 dəqiqə qapını toxunulmaz saxlamısansa, qalan dəqiqələrdə komandanı azlıqda buraxmağa ixtiyarın yoxdu.
Bunları Kamran da bilir, amma əməl etmir. Bir az biz, bir az da özü günahkardı. Başına sığal çəkə-çəkə, tərifləyə-tərifləyə bura gətirib çıxarmışıq. Onun Türkiyədə “Kayserispor”dan, “Karşıyaka”dan ayrıldığı günləri də xatırlayırıq. Həmişə klub rəhbərləri günahkar olur, özü isə “aydan arı, sudan duru”du. Dünən eşitdim ki, Kamran Bakıya gəlib. Vətən üçün darıxıbmış. Çox da üzərinə getməyək. Onsuz da bundan sonra nəsə dəyişməz. “Xoş gəlmisən, Kamran” deyək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar