08 noy 17:14Yazar

Mənəvi cinayətin qurbanları

Başlayaq başlanğıcdan... Gənclər arasında Olimpiya Oyunlarının Təşkilat Komitəsinin qərarının ardından Azərbaycan Futzal Federasiyasının rəhbərliyi assosiasiyanın baş katibi Elxan Məmmədovun “xeyir-duası” ilə 17 yaşlıların yığmasını formalaşdırmağı Fuad Rzayevin boynuna yüklədi. Rzayevi “qamçılamaq” lətifəsi gənc mütəxəssisdən uzaq, atı qoyub çula döymək olar. Nə etməliydi ki? Adama əmr veriləndə təsnifat mərhələsinin oyunlarının başlamasına təxminən bir ay vaxt qalırdı. Bu müddətdə heç özüllü-sütunlu komandanı yarışa hazırlamaq olmaz. Ordan-burdan tapılan uşaqlardan milli düzəldib yolladılar Slovakiyaya... Kimləri? Ölkə klublarının aşağı yaş qruplarında ayağı top tutan futbolçuları... Düzdü, aralarında barmaqla sayılacaq qədər dizi parket görmüşlər də var idi. Amma Slovakiyada 2-3 güllə bahar olmayacağı öncədən bəlliydi.
35 min avro pul ayrılmışdı iştirak xatirinə Avropaya üz tutacaq kollektivə. Nə düz-əməlli məşq keçmişdilər, nə peşəkar futzalçılar kimi rejimlə qidalanmış, vitaminlər qəbul etmişdilər. Elxan Məmmədov - Zaur Axundov cütlüyü Azərbaycanın milli idman şərəfini “uf” demədən biabırçılığa sürükləmişdi. Və bu rüsvayçılıqdan qurtulmaq yığma adı altında bir araya gətirilənlərin yaşı və başı üçün deyildi! Obrazlı yanaşsaq, fərsiz generalların döyüşə göndərdiyi qoşun rüsvayçı məğlubiyyətin ağuşuna qəsdən atılmışdı. Yanlış anlamayın, AFFA-da əyləşənləri mazoxizmdə suçlamıram. Sadəcə, həm Məmmədovun, həm də Axundovun milli adına başdansovdu yanaşması danılmaz faktdı. Hər ikisi Azərbaycan bayrağını nələrin gözlədiyini bilirdi. Bilsələr də, bilməsələr də, mənəvi cinayətə qol çəkməli deyildilər. Belə öyrətmək, öyrənmək, həmçinin beynəlxalq ab-havaya öyrəşdirmək də ölkəmizin milli rəmzlərinə qarşı sayğısızlıqdı!
Sonuc göz qabağındadı: 2018-ci ildə Buenos Ayresdə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarının təsnifat mərhələsi başa çatıb. Ölkəmizin adından həmin yarışa göndərilən 17 yaşadək futzalçılardan qurulmuş komanda son görüşünü hollandlara qarşı keçirib və 0:7 hesablı yenilgiylə çıxışını yekunlaşdırıb. İlk oyunda Slovakiyaya 0:12, ardınca Rusiyaya 0:20 hesabı ilə yenilən təmsilçimiz 3 matçda qapısında 39 qol görsə də, rəqib qapıçıları məyus etmədən geri qayıdıb. Bu idman növündən iyrənə-iyrənə, oyunların hesabını yada sala-sala, bir daha parket üzərinə ayaq basmayacaqlarına and içə-içə. Milli forma hələ həyatı və idmanı olğun insanlar kimi anlamayan, hardan başlamaq lazım olduğunu bilməyən uşaqların yaddaşında belə qaldı.
Qızlar oğlanlardan daha yaxşı görünüb. Buna yaxşı demək başını itirmiş adamın sərsəmləməsinə daha çox bənzəsə belə, Ukrayna ilə 2:2 hesablı bərabərə qaldıqları görüşdə mübarizə qoxusu var. Zərif cinsin nümayəndələri daha öncə İtaliyaya 0:2, Portuqaliyaya 0:10 hesabı ilə boyun əymişdi. Yekun nəticədə 3 matçda 2 qol vurub, 14-ünü buraxıblar. Bu başqa məsələ ki, gələcək vəd etməyən qadın futzalının ətəyindən yapışmaq da başqa anormallıqdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar