05 noy 18:28Yazar

Qurban: qəhrəman, yoxsa qurban?

Robert Prosineçki ilə anlaşmaya son qoyulan gündən bəri futbol ictimaiyyətini məşğul edən, bu ölkədə gözətçidən prezidentə qədər hər kəsin maraq dairəsində olan məsələyə dünən nöqtə qoyuldu: Qurban Qurbanov yığmanın “sükanı arxasına” keçdi. Etiket qaydalarına uyğun olaraq yeni baş məşqçiyə uğur arzulayır, xeyirli-uğurlu olsun deyirəm!
Qurban bəyin çox ağır yükün altına girməsini istəməyənlərin yeganə dəlili budu ki, bəs, “Qarabağ” zəifləyə bilər, Avropanı heyrətləndirən komanda göz önündə batar. Anlayışla qarşılayır, amma heç bir halda qəbul etmirəm. Hər bir fərd – traktorçu, bağban, müəllim kimi, məşqçi də karyera pillələrində irəliləməyə, inkişafa, mükəmməlliyə can atır. Yığma klubla müqayisədə bir pillə yüksəkdə dayanırsa, hər ölkədə futbol piramidasının zirvəsi sayılırsa, nədən adama həmin zirvədə dayanıb özünü göstərmək imkanı verilməsin?! Qurbanovu yeni səviyyədə, yeni uğurların memarı kimi görmək istəyirikmi? Əminəm ki, hər biriniz ayrılıqda və hətta xorla “hə” deyəcəksiz? Yaxşı, onda bu yersiz canıyananlığın, Qurban bəyi qorumaq cəhdinin səbəbi nədi?
Bir başqa məqam üzərində gəzişək. Nədənsə adamlara elə gəlir ki, Qurban bəyin 18-19 yaşı var, ya da yığmanı çalışdırmaq erməninin atəş nötqəsi altında səngərdə dayanmaq dərəcəsində böyük riskdi. Gəlin, özümüzü və milləti aldatmayaq. O artıq sözün bütün mənalarında yetkin insandı. Yığma məşqçisi olmağın boynuna hansı məsuluyyət qoyacağını hər kəsdən yaxşı anlayır. Hətta bunu da gizlətmirəm ki, konkret yığma mövzusundan söz düşəndə gözləri gülür, fərəhdən dolub-daşır. Şəxsən mən bunu ötən ilin sentyabrında – “Qarabağ”ın Avroliqa çərçivəsində PAOK və “Slovan” ilə səfərdə keçirəcəyi oyunlara Media Komitəsinin xətti ilə jurnalistlərin aparılmasını razılaşdırmaq üçün görüşəndə müşahidə etmişdim. Dünənki iclasdan qayıdan işçilərimiz Qurban bəyin sevinc içində olduğunu deyəndə zənnimdə yanılmadığımı bir daha anladım.
Qurbanov “Qarabağ” adlı fenomenin şəksiz memarı, yaradıcısıdı. Əlbəttə, lokal uğursuzluqlara səbirlə yanaşan, məşqçidən etimadını əsirgəməyən klub rəhbərliyinin xidməti öz yerində, amma məhz Qurban bəy “tarixi şəxsiyyətlər yazır” tezisinə tam uyğun gələn xarizmatik fiqurdu. Özü də qanı-canı, varlığı ilə müstəqil ölkənin yetişdirməsi, məhsulu olan fiqur. O Azərbaycanda bombardir idi, amma kifayətlənmədi, özünü göstərmək üçün Stavropola getdi, orda qoldan doymadı, “Fakel”i elitaya yüksəltmək üçün Valeri Nenenkonun yanına getdi, 2003-ün fevralında – bir çox klublar qəsdən futbolçusunu yığmaya buraxmayanda səfərdə Serbiya və Çernoqoriyanın qapısına iki qol vurmaqla vətənə qəhrəman kimi döndü, “Qarabağ”ın “sükanı arxasına” keçəndən sonra Azərbaycan klublarının avrokuboklarda iştirakı ilə bağlı acı statistikanı, hər kəsi bezdirən stereotipləri alt-üst etdi, azərbaycanlıların futbol oynaya bilmədiyinə dair mifi dağıtdı. Və heç bir vaxt da öz təbii, inadkar, hədəfinə doğru inamla addımlayan kənd uşağı obrazından çıxmadı, daim təvazökarlığını qorudu, “mən” deməli olduğu anlarda da “biz” dedi, hisslərini gizlətmək mümkünsüz olanda göz yaşını saxlamadı, dünyanın dörd bir yanında yaşayan azərbaycanlıları uğurları ilə küçələrə tökdü. Sabah isə o, məzuniyyət və toplanış üçün başqa ölkələrə qaçmayacaq, bizlərdən biri kimi komandası ilə birgə yanımızda olacaq, əminəm ki, heyət seçimində də istisnasız ədalət hissini qoruyacaq.
Təbii ki, Qurban bəy yeni postda uğursuzluqlarla üzləşə, amansiz tənqidə də məruz qala bilər. Amma heç bir uğursuzluq onu sındırmamalı, yolundan döndərməməlidi. İstənilən halda yığmanın istər oyun, istərsə nəticə baxımından indikindən daha yaxşı görünəcəyinə inanmalı və Qurbanovu dəstəkləməliyik. Bəli, hədsiz eyforiyaya qapılmağa da dəyməz. Hətta deyərdim ki, yeni baş məşqçinin yaxınlarda AFFA-nın İcraiyyə Komitəsindən uzaqlaşması, uzaq perspektiv üçün isə “Qarabağ”da özünə varis hazırlaması da yaxşı olardı. Amma bunlar sabahın suallarıdı. Bu günün qəhrəmanı, çoxdan xalqın gözündən düşən komandanı xalqa qaytara biləsi birinci adam məhz odu - Qurban Qurbanov! Qəzan mübarək!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar