05 noy 20:34Yazar

Dözüm və uğur diləyi ilə

Qurban Qurbanovun yığmanın “sükan”ına sahib çıxması gözlənilənin reallaşması deməkdi. Bu üzdən “niyə məhz Qurbanov” sualı ətrafında çox gəzişməyə ehtiyac duymuram. Adam “Qarabağ”ın baş məşqçi postunda zəhmətsevərliyini, peşəkarlığını və səviyyəsini ortaya qoyub. Millinin yeni çalışdırıcısının hazırda ölkəmizin ən yaxşı yerli məşqçisi olduğuna da hansısa şübhə yoxdu. Bəlkə də papaq altında potensialı daha artığına imkan verənlər var. Amma “bu meydan, bu şeytan” deyiminə uyğun olaraq, özünü əməldə isbatlayan elə Qurban Qurbanovdu.
“Köhlən atlar”ın baş məşqçisiylə bir neçə dəfə görüşüb təkbətək söhbət etmiş, fəaliyyətini illərlə izləmiş, araşdırmış və müəyyən qənaətlərə gəlmiş biri kimi deyirəm: Qurban bəy doğrudan da bossdu. Onun rəhbərlik etdiyi komandada qruplaşma, fikir ayrılığı, ümumi hədəflərdən kənar məqsədlər ola bilməz. Digər tərəfdən, xalqını, vətənini, bayrağını ürəkdən sevən insandı. Ürəyinin çırpıntılarını düyünlənmiş qaşları arasında gizlədə bilməsinə baxmayın, yetərincə duyğusal vətənpərvərdi. Sadəcə, zamanla hisslərini cilovlamağı öyrənib. Öyrənməkdən söz düşmüşkən, bildikləriylə kifayətlənməyən, bəlli uğurlara rəğmən, özünü başqalarından üstün saymayan, öyrənməyə, “artırmağa” meyilli biridi. Məhz bu keyfiyyətləri millinin baş məşqçisi kimi uğur qazana biləcəyini proqnozlaşdırmağa əsas verir. Bir var puldan və şəxsi reklamdan başqa heç nəyi düşünməyən əcnəbinin çalışdırdığı kollektiv, bir də var yerli peşəkarın rəhbərlik etdiyi milli. Bura yerli futbolçuları daha yaxşı tanımasını, özünəməxsus oyun tərziylə futbolsevərlərin ürəyinə yol tapmasını da əlavə edək... Azərbaycan adlı futboluyla dünyaya səs salmayan ölkədə doğulubsa, özündən əvvəl yığmanı çalışdıran Berti Foqts, Robert Prosineçki səviyyədə idmançı karyerası yaşamaması başadüşüləndi. Amma soyuqqafalı qoca almandan və kürən xorvatdan zəif məşqçi olmadığına əminəm.
Klub komandasıyla paralel millini də çalışdırmaq praktikası dünya futbolunda yenilik deyil. İndiki durumda Qurbanov “Qarabağ”da etdiklərini yığmada reallaşdırmaq üçün illərdi ümidləri doğrultmayan millidədi. Elə məni qayğılandıran, ehtiyatlandıran da budu. Xalq son tsikldə 10 xal toplayaraq rekord nəticə müəyyənləşdirən yığmanın nəticəsindən razı deyil. “Qarabağ”ın çalışdırıcısına xilaskar gözüylə baxırlar. Ancaq reallıq adlı böyük anlayış var. Bu gün Qurban bəyin millini AÇ-2020-nin final mərhələsinə daşıyacağını, təmsilçimizin onun rəhbərliyi altında qısa müddətdə FİFA-nın reytinq sıralamasında “əlliliy”ə düşəcəyini düşünənlər, təəssüf ki, çoxdu. Təbii, yeni baş məşqçinin yığmanı inkişaf etdirmək, komandanı ruhən dirçəltmək potensialı böyükdü. Amma hazırkı futbolçularla hər hansı sıçrayış xam xəyaldı. Klubda qazanılan uğurları şərtləndirən əsas amillərdən biri, belə desək, xam materialdı. Yəni mütəxəssisin öz fəlsəfəsinə, formalaşdırdığı sistemə uyğun oyunçu seçimi. Sizcə, “Qarabağ” yalnız yerli oyunçulardan qurulmuş heyətlə indiki səviyyəsinə çata bilərdi? Əsla! Və ya əksinə, millimizə çağırılan bütün futbolçular “Qarabağ”ın formasıyla meydana çıxsalar, səfərdə “Atletiko”yla 1:1 hesablı heç-heçə edə, “Roma”nı öz cərimə meydançasına sıxışdıra, “Çelsi”ni evdə yenməkdən danışa bilərlər? Dediyim odu ki, Qurbanovdan mümkün olmayanı ummamalıyıq. Klubla milli fərqli anlayışlardı.
Az qala unutmuşdum, mümkün tənqidlərə yığmanın çalışdırıcısının necə reaksiya verəcəyi mənim üçün çox maraqlıdı. Millinin baş məşqçi postu boyda məsuliyyət yükünü başı üzərinə qaldıranın sinəsi futbolu bilən və bilməyənlərin yağdırdığı tənqid güllələrinin hədəfidi. Dözüm və uğur diləyi ilə...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar Bu gün, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” Bu gün, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... Bu gün, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir Bu gün, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu Bu gün, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi Bu gün, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! Bu gün, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar