03 noy 23:38Yazar

“Qarabağ”dan “Qarabağ”adək

Gəlin bir az da onlardan danışaq. Şehiçin, Rəşadın, Jezniçakın, Miçelin, Ansinin yanında uşaq görünən böyükürəkli futbolçulardan. “Qarabağ”ın U-19 komandasının üzvlərini nəzərdə tutururam: Məmməd, Turan, Süleyman, Deda, Oliver, İbrahimlər, Zaur, Əsgər, Pilağa, Misir! Bu cəngavərlər Madridi fəth etməyin mümkünlüyünə bizi inandırmışdılar. Hamıya göstərdilər ki, “Atletiko”nun heyətində çıxış edənlər də adi futbolçulardı. Onların yaxşı məktəbləri, ad-sanları, milyonlarla ölçülən qazancları ola bilər. İnananda, rəqibə qarşı düzgün taktikə seçəndə, öz gücünü də lazımınca qiymətləndirəndə uğur qazanmaq mümkündü. Çıxdılar və sübut etdilər ki, “Atletiko” Madriddə “Qarabağ”a uduza bilər. Bu yeniyetmələrə həmin inam hissini, o gücü verən məşqçilərə də böyük bir “əhsən” düşür. Dünyanın dörd bir yanına səpələnmiş milyonlarla azərbaycanlının sevgisi, təşəkkür dolu duaları onlarladı. Əvvəlki üç oyunda xala həsrət qalan, rəqib qapılarına vurduğu bir qolun qarşılığında 13 dəfə topu tordan çıxaran bir komanda üçün “Atletiko”nu səfərdə məğlub etmək fantastik nəticədi. Bu 3 xal Azərbaycan futboluna, yaxud da “Qarabağ”a riyazi mənada elə də böyük dividentlər gətirməyə bələr. Amma məsələnin mənəvi tərəfi xeyli vacibdi. Qələbə sayəsində bir daha futbol oynamağı bacardığımıza inandıq.
Ötən mövsüm Azərbaycan çempionu olan “Qarabağ”ın U-19 komandası yaş limitinə görə böyük dəyişikliklərə məruz qaldı. Rəşad Sadıqov məcburiyyət qarşısında qalaraq çempion komandanı söküb, yenidən yığmalı oldu. Bizim futbolun reallıqları belədi. Yığmaya çağrılanlar və klublarının heyətində avrokuboklarda iştirak edənlər az-çox beynəlxalq oyun təcrübəsi toplayırlar, “Biləcəridən o tərəfdə” futbolun necə oynanıldığından xəbər tuturlar. Qalanları üçün isə belə imkan yoxdu. Bütün gücü legioner gətirilməsinə və əsas komandanın digər xərclərinə qoyan klub rəhbərləri, sponsorlar uşaqların beynəlxaql turnirlərə yollanmasına, səfər ab-havasını, ciddi rəqibin gücünü hiss etməsinə o qədər də əhəmiyyət vermirlər. Son illər “Qəbələ” ilə “Qarabağ” bu mənada müəyyən layihələr həyata keçirir. “Neftçi”nin uşaqlarının görüb-götürüyü ən uzaq yer isə Gürcüstan olur. Belədə Rəşad Sadıqovun qısa müddətdə “Qarabağ”ın U-19 komandasına cəlb etməyə hazır futbolçu tapmayacağı da məlum idi. Bunun fəsadlarını elə “Çelsi” ilə oyundaca hiss etdik. Gənclər məsuliyyət hiss edir, meydanda minumum səhvlə oynamağa çalışırdılar. Amma səhvlərdən sona qədər “sığortalanmaq” mümkün olmadı. Səviyyə fərqi də məsul turnirin həyacanın üzərinə gəlincə ikinci hissədə böyükhesalı məğlubiyyətdən qaça bilmədik.
Zaman göstərdi ki, gənclər də böyüklər kimi turdan-tura daha soyuqqanlı olur, özlərini meydanda daha yaxşı göstərməyə başlayırlar. Onlarda bu prosesin bir qədər gec getməsi isə sözsüz ki, əsas komandada təcrübəli futbolçuların sayının çox olması, onların uzun illərdi avrokuboklarda və müxtəlif millilərin heyətində çıxış etməsidi. Keyfiyyətli yerli futbolçuların sırasına Şehiç, Jezniçak, Miçel, Pedro kimi zərgər dəqiqliyi ilə seçilmiş əcnəbiləri də əlavə etmək vacibdi. Ümumilikdə isə bu gün “Qarabağ”da yerli və ya əcnəbi olmasından asılı olmayaraq, tam bir ailəsayağı cəmləşmiş, bərkimiş kollektiv var. Bu yay komandaya qoşulanlar da özlərini bu cameənin bir parçası, uzun illər “Qarabağ”ın formasını geymiş oyunçular kimi aparırlar. “Qarabağ”ın uğurunun əsas sirlərindən biri də məhz budu. Elə Madriddə tarix yazan 19 yaşlı futbolçular üçün də bu ailənin bir parçası olmaq, Çempionlar Liqasının qrup mərhələsində oynayan ilk Azərbaycan klubunun formasını geyinmək bir tarixi şansdı. Onların görməsi, götürməsi, öyrənməsi üçün yetərincə yaxşı nümunələr var. Bizim nəsil idman jurnalistləri və azarkeşlər Rəşad Sadıqov kimi xarizmatik bir futbolçunun oyununa baxdığımız üçün özümüzü xoşbəxt sayırıq. “Qarabağ”ın U-19-nun üzvləri də belə bir insanın çalışdırdığı komandada oynadıqları, ondan dərs aldıqları, onunla eyni təyyarədə səfərə çıxıb, Çempionlar Liqasında oynadıqları üçün şanslıdırlar.
Bu tarixi fürsəti dəyərləndirmək, ondan mümkün qədər yaxşı yararlanmaq lazımdı. Yalnız belə olan halda gələcəkdə böyük futbolçuya çevrilmək, yenidən “Atletiko”, “Roma”, “Çelsi” kimi ciddi rəqiblərlə oyunlarda meydana çıxmaq, qitənin ən nüfuzlu klub turnirinin həyəcanını dadmaq mümkün olacaq. Onlar bunu dərk edə bilsələr, təkcə “Qarabağ”a yox, bütövlükdə Azərbaycan futboluna fayda verə biləcəklər. Biz “azərbaycanlılar futbol oynamağı bacarmırlar, onlara butsın nə olduğunu mən öyrətdim” deyən Foqtsu da görmüşük, “Azərbaycan millisinin 10 xal toplaması maksimumdu, onlarla bundan artığına nail olmaq mümkün deyil” deyən Prosineçkini də. Qurban Qurbanov isə bütün bunların əksini sübut etdi. Azərbaycan çempionu heyətindəki 6-7 yerli futbolçu ilə Çempionlar Liqasının qrupuna yüksəlib, orda bütün Avropanı heyrətləndirdi. Çempionun U-19 komandası isə 9 azərbaycanlı balasıyla “Atletiko”nu evində diz çökdürdü. Bizi aşağılayanlara bundan gözəl cavab ola bilməzdi. Bu cavabı da “Qarabağ” verdi. Eyni axşamda iki komandasının qazandığı uğurlarla. Hələ davamı var!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar