02 noy 17:52Yazar

“Şöhrət” ordeni hanı?

Oktyabrın son günündən noyabrın ilk gününə keçən gecə paytaxtın mərkəzində maşın siqnallarının, “Qarabağ” şüarının səsindən ağız deyəni qulaq eşitmirdi. Şəhər yenə bayram ab-havasına bürünmüşdü. Eynilə oktyabrın 18-i axşam olduğu kimi. Amma budəfəki bayramın adı da başqaydı, dadı da. Ölkəmizi Çempionlar Liqasında təmsil edən, “Barselona”, “Mançester Yunayted”, “Yuventus” kimi dünya nəhəngləri ilə eyni gündə meydana çıxan “Qarabağ” “Atletiko”nun qonağıydı. Mineyro “Atletiko”su yox ha, 2010 və 2012-ci illərdə Avroliqanın qalibi olan, 2013-də ölkə kubokunu, bir il sonra İspaniyada çempion adını qazanan, 2014 və 2016-cı illərdə Çempionlar Liqasının finalında oynayan, heyətində Antuan Qrizmann, Qabi, Fernando Torres, Yan Oblak kimi ulduzların çıxış etdiyi Madrid “Atletiko”su.
Bu cür komandanın qarşısındakı “Qarabağ” adlı rəqibin Avropa çapında ən böyük uğuru isə ardıcıl 3 il Avroliqanın qrup mərhələsində çıxış etməsiydi. Hə, bir də ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması. Yəni arada müqayisəyə gəlməyəcək qədər fərq var deyə, adam hələ də 90 dəqiqənin tamamında ekranda göstərilən nəticəni yada salıb inana bilmir. Rəqib meydanında 56 min azarkeşin qarşısında oynayasan, yarımsaat azlıqda qalasan, hesab 1:0 olarkən 2-ci qol şansını boşa verib yerli azarkeşlərin “ürəyini ağzına gətirəsən” və yekunda səndən səviyyədə də, büdcədə də, ad-sanda da azı 10 dəfə üstün olan rəqibə uduzmayasan. Bax, ona görə də bu heç-heçənin dadı-ləzzəti tam başqaydı. Təsadüfdən doğan nəticə deyildi. Qətiyyən! Ağıllı oyuna, xüsusi istəyə və motivasiyaya, rəqibdən çəkinməməyə görə Allahın verdiyi pay idi. O zəhmətin qarşılığı ancaq və ancaq xal olmalıydı.
İlk hissədəki epizodların birində kameralar Qurban Qurbanovu göstərəndə, narahatlıq və həyəcan duyulan siması tanış görüntü idi. Üzündən əziyyət, zəhmət, yuxusuzluq, yorğunluq yağırdı. Kasıbçılıqla bu səviyyəyə yüksələn, pul və uğur qazandıqca başı gicəllənməyən, xarakteriylə milyonların sevgisini qazanan baş məşqçi matçın sonuna qədər bir neçə dəfə kameraların obyektivinə tuş gəldi. Hiss olunurdu ki, qrupa vəsiqə qazanmaq, komandasının xeyrinə Bakıda 1 xal yazdırmaq, qrupda ilk qolu vurmaq bəs deyildi ona. Daha artığını istəyirdi. İmkan daxilində “Atletiko”nu yenmək, ən pis halda vətənə heç-heçəylə qayıtmaq. Bütün çətinliklərə rəğmən, bunu bacardı. Növbəti dəfə məşqçilik bacarığını ortaya qoyub, həmkarı Dieqo Simeoneyə hər şeyin ad-sana bağlı olmadığını göstərdi. Enrike meydandan qovulan kimi riskə gedib “5-li müdafiə”yə keçməsi, ardınca topla oynamağı sevən Kintanaya şans verməsi və ən əsası, ispanların əsas silahlarını zərərsizləşdirməsi Qurbanovun əməyinin nəticəsiydi.
Bütün bunları düşünə-düşünə ağlımdan bir sual keçdi: Qurban Qurbanova “Şöhrət” ordeni verilib? Ağasəlim Mircavadovda, Böyükağa Hacıyevdə olandan “Qarabağ”ın baş məşqçisində var, ya yox? Olmadığını bilirdim, amma yenə internet qaynaqlarında “gəzdim” ki, bəlkə gizli veriblər, xəbərimiz yoxdu. Ya da vermək istəyirlərmiş, yadda çıxıb. Bəlkə də veriblər, xəbər yerləşdirməyi unudublar. Amma yox. Qurban Qurbanovun adının qarşısında “keçmiş futbolçu, əməkdar məşqçi” yazılıb. Bəli, məhz əməkdar məşqçi. İllərdi uşaq yetişdirməklə məşğul olan İslam Kərimovda olan addandı Qurbanovda da. Yəni bu gün İslam Kərimovla Qurban Qurbanovun ölkə futbolu üçün etdiklərinə verilən ad qiyməti eynidi.
Ağasəlim Mircavadov ən çox ölkə çempionu olmuş məşqçidi. Deyək ki, “Birlik kuboku”nu da Azərbaycana ilk dəfə o gətirib. Belədə Gənclər və İdman Nazirliyinin səxavəti başadüşüləndi. Böyükağa Hacıyev də uzun illər məşqçi işləyib, çalışdırdığı “Neftçi” ölkə futbolunda ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla cığıraçan rolunu oynayıb. Deyək ki, bu da hardasa başadüşüləndi, saç-saqqalına da baxıblar. Veriblər, lap yaxşı. Bəs bu iki mütəxəssisə verilən “Şöhrət”dən Qurbanovda niyə yoxdu? Adamın çalışdırdığı komanda ardıcıl 4 il ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb, ardıcıl 3 il Avroliqanın qrup mərhələsində çıxış edib və bu gün Çempionlar Liqasında istər Azərbaycanı, istərsə də “Qarabağ”la Qarabağı dünyaya tanıtdırmaqdadı. Bir ölkənin dünyada tanınması üçün bundan yaxşı nə edə bilər? Piyada Aya qalxmalıdı? Yoxsa kimlərinsə qarşısında baş əyməlidi?
AGİN-də əyləşən və idmana nəzarət edən çox hörmətli şəxslərin futbola baxmağa vaxtı var, ya yox – bilmirəm. Bəlkə də başları daha mühüm işlərə qarışıb deyə, idmanla bir çox vacib məsələlər yaddan çıxıb. Amma bilib, agah olsunlar ki, Qurban Qurbanov Ağasəlim Mircavadovda, Böyükağa Hacıyevdə, hətta AFFA-nın vitse-prezidenti Rauf Əliyevdə olan ordeni çoxdan haqq edib. Ölkənin xaricdə tanınması, ölkədə idmana marağın artması yolunda olduqca böyük işlər görüb. Ölkə prezidentinin şəxsən zəng vurub təbrik etdiyi, bir neçə ay öncə ərkyana zarafatlaşdığı həmin Qurbanovdu. Bəs onda onun “Şöhrət”i hanı?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar