29 okt 10:46Yazar

Prosineçki getdi, problemlər qaldı

Ölmədik, bu günü də gördük. Mən AFFA-nın Robert Prosineçkidən imtina edəcək cəsarəti özündə tapmasına çəpik çalıb oynayacaq qədər sadəlövh adam deyiləm. Amma bizi saymayan, hər imkandaca aşağılamağa çalaşan xorvatdan qurtulduğumuza görə az da olsa, təskinlik tapıram. Ömründə bizdən çox ona hörmət qoyan, AFFA-dan çox maaş verən tapmayacaq. Bu səbəbdən də Prosineçki bizi heç vaxt unutmayacaq. Hərdən bizi barmağına doladığına görə də acı-acı gülümsəyəcək, müsahibələrində bostanımıza daş atacaq, dostları ilə yığışdığı içki masalarında Azərbaycanda necə kef çəkməsindən həvəslə danışacaq. Qoy olsun. Onun da qisməti belə imiş. Mənim üçün Robert Prosineçki bir şəxsiyyət kimi Malta ilə Bakıdakı oyundan sonra bitmişdi. Millimizin baş məşqçisinin inadla Maqomed Kurbanovun istedadından danışmasına, illərdi azərbaycanlı futbolçuları müşahidə edən, dağıstanlıların da kəramətinə bələd olan qələm əhlinə nəyinsə əksini isbatlamağa çalışmasına çox təəccüblənmişdim. Oyunsonrası mətbuat konfransında isə “hücumda dişsiz idik, nə üçün gizli istedad olduğunu düşündüyünüz Kurbanovu meydana buraxıb, ön xətdəki oyunumuzu canlandırmadız” sualımı eşidərkən aşıb-coşmuş, qəzəblənmidi. Təbii ki, heç bir tutarlı səbəb, məntiqli izahat tapa bilməmişdi. Mən də başa düşmüşdüm ki, Prosineçi də müstəqil deyil, AFFA-dakı məlum qruplaşmanın çevirdiyi böyük oyunların kiçik fiqurudu.
AFFA Prosineçkiyə bir aydın həqiqəti başa salmağı bacardı. Ona başa saldılar ki, sən Foqts deyilsən. Səninlə müqaviləni pozmaq üçün AFFA-ya rəhbərlik edən dağdan ağır kişilər təyyarəyə minib, görüşünə gəlməyəcəklər, zəhmət çək Bakıya uç. Təxmin edirəm ki, ona son 2-3 gündə sərt üzlərini də göstəriblər. Mikayıl Nərimanoğlunun və İslam Abbasovun söylədikləri tarixdə Robi Bakıya gəlməyincə işə Elxan Məmmədov qarışmışdı. Görünür AFFA prezidenti Rövnəq Abdullayevin “səbr kasası” da daşıb, tapşırıq verib ki, yerin deşiyində də olsa, Robini Bakıya gətirsinlər. Yəqin ki, yalnız bundan sonra Prosineçkiyə sərt üzlərini göstəriblər, “gəlməsən, səndən FİFA-ya şikayət edəcəyik, son ayların da maaşını almadan qovulacaqsan” deyiblər. Yaxud da şirin dillə, daha yüksək məvacib qarşılığında müqavilə bağlamaq adıyla Bakıya gəlməyə razı salıblar. Buna aldanan Prosineçki də Bakıya səfər ərəfəsində “ola bilsin, bu axşam mənimlə yeni müqavilə imzalanacaq” deyib. Maraqlıdı ki, hələ Xorvatiyada olarkən Robi AFFA rəhbərliyi ilə görüşün iş saatında yox, axşam baş tutacağından xəbərdar imiş. Rövnəq Abdullayev günün işıqlı vaxtında milli komandanın baş məşqçisinə ayırmağa vaxt tapmadı. Dünyanın harasına getsən və desən ki, AFFA prezidentiylə baş katibi çay masasının ətrafında Prosineçkinin hesabatını dinlədilər, müzakirələr aparıldı - adama gülərlər. Hər şey əvvəlcədən planlaşdırılan ssenari üzrə həyata keçirildi. Normalda İcraiyyə Komitəsi toplanmalı, məşqçinin hesabatı dinlənilməli, “Niyə də yox”un “Həmişəki kimi yox”a çevrilməsinin səbəbləri araşdırılmalı idi. Həmin toplantıda problemlər səslənməli, buraxılan səhvlər müzakirə olunmalıydı. Yalnız bundan sonra yeni çalışdırıcının kimliyi ətrafında müzakirələr aparılmalıydı. Bütün bunlar olmadı. Bir daha sübut olundu ki, AFFA İK tam formal bir qurumdu. Azərbaycan futbolu bir-iki nəfərin şəxsi fikirləriylə, maraqlarıya idarə olunur. Baş katib Elxan Məmmədov kimlə istəsə danışıq aparacaq, həmin mütəxəssisin Azərbaycan millisini AÇ-2020-nin final mərhələsinə yüksəldə biləcəyinə dair nağıllar danışacaq.
Artıq təbliğat işlərinə də start verilib. Onlar yaxşı başa düşürlər ki, ictimai rəy bütünlüklə Qurban Qurbanovun tərəfindədi. Az qala hamı “Qarabağ”ın baş məşqçisini millinin “sükanı arxasında” görmək istəyir. Şübhə etmirəm ki, Qurban bəy ictimai rəyə bütün hörmətinə rəğmən, mövcud durumu düzgün dəyərləndirir və “Qarabağ”dakı işini davam etdirməyə üstünlük verir. Bunu əlində bayraq edən baş katib özünə yaxın təbliğat vasitələrində “Qurban Qurbanov “Qarabağ”da qalmalıdı, özü də orda çalışmaq istəyir. Yerli çalışdırıcılardan millini çalışdırmağa layiq olan yoxdu, belədə əcnəbi dəvət etməliyik” tipli psixiloji viruslar yayır. Nə verəcək bizə əcnəbi mütəxəssis? Hansı futbolçularla Avropa çempionatının finalına vəsiqə qazanacaq? Dağıstanlıları “milliləşdirməklə” nə vaxta qədər özümüzü aldadacağıq? Son 1-2 ayda aşağı yaş qrupları üzrə bütün millilərimiz fiaskoya uğrayıb, böyükhesablı məğlubiyyətlərlə bizə Avropada yerimizi göstəriblər. Dəyişikliyə ordan başlamaq lazımdı. Ağlı olan, işinə vicdanla yanaşan, Azərbaycan futbolunun gələcəyini düşünən səlahiyyət sahibləri belə də etməlidi. San Marino, Lixtenşteyn, Andorra ilə qrup sonuncu olmamaq üçün mübarizə aparan millinin heç baş məşqçiyə ehtiyacı yoxdu. Bunu birdəfəlik qəbul etməliyik. İllərdi Azərbaycan futboluna milyonlar xərclənir, infrastruktur yaxşılaşıb, şərait var. Bu şəraitin qarşılığında üzdə olan yerli məşqçilərin hamısı qrupda 9-10 xal toplaya bilər. Millini Ağasəlim Mircavadova, Nazim Süleymanova, Şahin Diniyevə tapşırın. Dünya dağılmayacaq. Özünüz isə uşaq futbolundakı problemlərin həllinə başlayın, sağlam təməllər üzərində yeni layihələr həyata keçirin.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar