15 okt 14:14Yazar

Başını buraxın, getsin...

Yenə fasilə, yenə futbolsuzluq və yenə söhbət mövzusu Robert Prosineçki. Sosial şəbəkələrdə, ictimai nəqliyyatda, kafe-restoranlarda, hətta dəllək Sahibin yanında da xorvatın müzakirəsi gedir. Getsin, yoxsa qalsın? Bu sualın ortaya çıxmasının özü absurddu. Qalmaq nədi, ay kişi? Bakıya qayıdan kimi şələ-şüləsini verirsən əlinə, biznes-klassa yer sifariş edirsən, bir-iki blok da çəkdiyi siqaretdən qoyursan çantasına, ya Allah, üzü Zaqrebə. Elə yola salırsan ki, bir də buralara qayıtmasın. Hətta hansısa qanundan istifadə edib deport etmək də pis olmaz. Gedib dincəlsin. Çox yox, uzağı bir ilə şadlığına şıllaq atdığının fərqinə varıb, iki əlini başına çırpacaq.
Prosineçkinin qalmasının tərəfdarı olanlardan biri çıxıb mənə fikrini əsaslandırsın. Görüm bu adam hansı əsasla, gördüyü hansı işə görə mənim torpağımda gəzib, suyumu içib, pullarımı bank kartına yatırmalıdı. 3 ildi Azərbaycandadı, futbolum, yığmam üçün nə edib? Heç nə! O baş məşqçi postuna keçəndən sonra dəyişən tək şey millinin hücum futbolu oynamasıdı. Məşqçini o şeyə görə dağ başına qaldırırlar ki, həmin şəxs oynatdığı futbolla yanaşı, nəticə qazansın, dünya Azərbaycan yığmasının uğurlarından danışsın.
Necə ki “Qarabağ” əldə etdiyi nəticələrə görə hər yerə səs salıb, “Çelsi”ni, “Roma”nı, “Atletiko”nu Bakıya gəlməyə məcbur edib. “Qarabağ” baxımlı futbol oynayıb, məlum uğurlara imza atmasaydı, Allaha and olsun, bu gün nə Qurban Qurbanov, nə Rəşad Sadıqov, nə də bir başqasının adı çəkiləcəkdi. Futbola yatırılan pullar nəticə qazanmağa hesablanıb, hücum futbolu oynamağa yox. Prosineçkinin öyündüyü yeganə məqam da oyun planında müəyyən irəliləyişin olmasıdı. Nəticələr yenə əvvəlki kimidi. “Cirtdan” San Marino üzərində 2 qələbə, Norveç və Çexiya ilə matçlarda əldə olunan təsadüfi 4 xal. Yekunda 6 komanda arasında 5-ci yer. Hə Robi, de görüm, neyləmisən?
Bəli, son 2-3 ildə yığmada gənclərin sayı artıb. Bəzən buna görə Prosineçkinin əməyini xüsusi qeyd edənlərlə rastlaşıram. Belələriylə qətiyyən razılaşmıram, sizə də küyə getməməyi məsləhət görürəm. Xorvat məşqçi buna hansısa yenilik etmək üçün yox, məcburi addım kimi əl atıb. Berti Foqtsun vaxtında aparıcı futbolçular sayılan Mahir Şükürov, Elnur Allahverdiyev, Aleksandr Çertoqanov, Samir Abasov kimilər karyerasını başa vurub. Rail Məlikov futbolda son akkordlarını vurur. Vaqif Cavadovun bu gün harda, nə işlə məşğul olmasından xəbərsizik. Vüqar Nadirov “Səbail”də gününü keçirir. Belə olan halda baş məşqçi yığmaya kimləri dəvət etməlidi? Təbii ki, üzdə olanları, premyer-liqada gözə girənləri. Səni, məni çağırası deyil ki. Sabah yığma lap Ayxan Abbasova da tapşırılsa, o da Mahir Mədətova, Namiq Ələsgərova, Ruslan Qurbanova, Ramil Şeydayevə güvənəcək. Yəni gəncləşdirmə siyasətinə də bir quş. Buna siyasət demirlər.
Bu gün Prosineçkinin Foqtsdan zərrə qədər də fərqi yoxdu. Razıyam, ölkəmizə mübarək qədəmlərini qoyduğu ilk vaxtlarda özünü sevdirməyi bacarmışdı, insanlarda yığmayla bağlı xoş ümidlər yaratmışdı. Lakin Əlahəzrət Zaman xorvatın iç üzünü, niyyətini ortaya qoydu. Foqtsun azərbaycanlı jurnalistlərə münasibəti necəydi? Özünü dünya çempionu, bizi isə Afrikanın cəngəlliklərində yaşayan gözündə görürdü. Hər imkanda bizi aşağılayır və bundan zövq alırdı. Bu gün eyni yolu Robert davam etdirir. Ürəyi istəyəndə müsahibəyə “yox” deyir, kefinin pis vaxtına düşəndə suala cavab vermək əvəzinə atmaca atır. Foqtsun bir çox azərbaycanlı futbolçuyla prinsip apardığını unutmamısız ki? Araz Abdullayev, İlqar Qurbanov, Asif Məmmədov karyerasının ən yaxşı dönəmlərində məhz almanın tərsliyinin qurbanı olmuşdu. Bu gün eyni hissləri Nizami Hacıyev, Rauf Əliyev və həmin İlqar Qurbanov yaşayır. Təmkin Xəlilzadəylə Mahir Mədətov ən yaxşı formada olduğu vaxtda Çexiya ilə matçda ehtiyatda qalır, meydana əsas heyətdə forma geymək şansı qazanmayan Dmitri Nazarovla Pavel Paşayev, Məhəmməd Mirzəbəyov çıxır. Tam bir Berti Foqts yolu. Almanın bir ay ərzində ölkəmizdə keçirdiyi günlərin sayı heç barmaqlarının sayı qədər olmurdu. Bu gün eyni addımı xorvat atır. Bütün yayı dincəlməyə həsr edən Prosineçki iki ayyarım ərzində Bakıya gəlmək bir yana, bir dəfə də olsun, avrokubokda mübarizə aparan təmsilçilərimizin səfər oyunlarına getmədi. Almaniya ilə matçdan sonra bura yox, birbaşa vətəninə yollandı. Halbuki ailəsi ilə birgə Bakıda rahat yaşamaq üçün ona hər cür şərait yaradılıb.
AFFA-da oturanlar, əcnəbi mütəxəssislərə havadarlıq edənlər bütün bunları görmürsə, şəxsi maraqları naminə görməzlikdən gəlirsə, başqa təhlükəni göz önünə alsınlar. Adam xəstədi, nəfəs almaqda, danışmaqda çətinlik çəkir. Bəzən jurnalistlər önündə iki yerə qatlanır, ağrıdığına görə əli dəymədiyi orqanı qalmır. Heç olmasa, dünyasını dəyişmək təhlükəsini göz önünə alın. Sabah başına bir iş gələr, ölüb qalar əlimizdə. Sonra da bütün dünya bizə gülər ki, 1998-ci ildə dünya üçüncüsü olmuş Prosineçki Azərbaycan futbolunun problemlərinə görə dünyasını dəyişdi. Vallah-billah, deyərlər, yazarlar. Avropalılara nə var? Ona görə də başını buraxın, gedib müalicə alsın. Onsuz da o halda məşqçi kimi heç kimə lazım olmayacaq. Olsa da, nəticə verməyəcək.
Siz isə yığmanın dərmanını öz aramızda axtarın. Yeni gətirdiyiniz əcnəbi də Foqtsun, Prosineçkinin tayı olacaq. 2-3 il yeyib, qarnını şişirdib gedəcək. Onlardansa, Qurban Qurbanova, Rəşad Sadıqova, İslam Kərimova, nə bilim, Məşqçilər Komitəsinə tapşırın. Təki bizimki olsun. Tənqidimizi oxusun, məsləhətimizə qulaq assın, səhvlərindən nəticə çıxarsın. Yeganə çıxış yolu budu, ay qadasını aldığım, AFFA-dakı qaqaşlar...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar