12 okt 17:43Yazar

Mən və “Futbol+”...

1998-ci ilin aprelində o günə qədər Yasamalda olan liseyimiz, o vaxtkı adı ilə Əli-Bayramlıya köçdü. Artıq Bakıda, ailəmizin yanında yox, yataqxanadaydıq. 11-ci sinifdə oxuyanda bizdə və xüsusən də bizdən aşağı sinifdə futbolun sadiq fanatları var idi. “Barselona”, “Real”, “Ayaks”, “Bavariya”, “İnter” və s. Çempionlar Liqası oyunlarına hər deyəndə oturub baxa bilmirdik. Ümid yerimiz isə oyunlarla bağlı ətraflı məlumatı tapa bildiyimiz “Futbol+” idi. Qəzetlər qadağan olunsa da, biz bir yol tapıb onu alırdıq və paylaşıb oxuyurduq. Universitetə başlayandan sonra sistem dəyişmişdi. Dostlarımdan da eşidirdim ki, bizim kimi 1-2 qəzeti alıb hər vərəqini bir nəfər götürüb oxuyurdular. Artıq sərbəst idi. Özü də dərs gedə-gedə. Biz isə “Futbol”+imizdən geri qalmırdıq.
Deyəsən, elə yenə aprel idi. 2001. Sevimli qəzetimdə elan gördüm. “Futbol+” sıralarını genişləndirir. 2-ci kursun axırıdı. Onsuz da universitetdən bir şey öyrəndiyim də yoxdu. Sınamağa dəyər. Mahir müəllim şifahi yoxladı, estafeti Rövşən müəllimə ötürdü. O da yazı qabiliyətimi yoxladı. Deyəsən, ilk iş söhbətindən uğurla keçmişdim. O vaxt bizim üçün ulduz sayılan “Futbol+”in heyətinə qoşulmaq 18 yaşlı gəncin həyatında əlahiddə bir hadisə idi. Oxumağı öyrənmədən futbol materiallarıyla tanış olmuş, 94-də “Barsa”nın finaldakı fiaskosuna, 97-də atam tərəfindən cəzalanaraq “Borussiya”nın yeganə ÇL qələbəsinə baxa bilməməyə görə ağlamış, bütün dost-tanışın “futbol fanatı” kimi tanıdığı Vüsal əslində öz yerini tapmışdı.
Qəzet mənə çox şey öyrətdi. Real olaraq iş mühitiylə tanış etdi, qəzetçilik kimi mürəkkəb sahədə özünü sınamaq imkanı verdi, mənə qələm qazandırdı və özünəinam yüklədi. Bəlkə də bu gün sahib olduğum özünəinamın təməli məhz “Vüsal Aydının pəncərəsi”ndən baxarkən qoyulub. Uğurlu köşə yazısı və ya arxa səhifə oyunçu təqdimatından (bir ara son səhifədəki futbolçu təqdimatlarını davamlı mən yazırdım) redaksiyaya zəng edib məni tərifləyən oxucu olanda özümü ulduz kimi belə hiss edirdim. İndi gülməli gəlir, bu öz yerində...
Almaniyada artıq 5-ci ilimi yaşasam da, “Futbol+”də keçirdiyim həmin ikiikyarımı heç cür unuda bilmərəm. Əslində Mahir müəllim mənə bu yazını təklif edərkən "Futbol+"dən sonra həyatımın necə dəyişdiyini və nələr etdiyimi yazmağı istədi. Mənim üçün isə “Futbol+” deyəndə o xatirələr, hər həftə oxuduğum-izlədiyim qəzetin nümayəndəsi olmağın verdiyi zövqdən danışmaq daha xoş gəlir. Bir neçə gündən sonra 20 yaşa çatacaq qəzetimizin tarixindəki ən maraqlı fotolardan birində də imzam var bu arada. İtaliya yığması Bakıda qonağımız olarkən, oyundan sonra əmim oğluyla bərabər ərinmədik və Hava Limanına yollandıq. Böyük ulduzlarla şəkillər çəkdirdik. Maraqlı məqam isə Cennaro Qattuzonun tualetə girdiyini gördükdən sonra yaşandı. Fotoaparatı hazırlayıb, qapının ağzında dayandım. Bir də gördüm adamlar əməlli-başlı “dəhliz” yaradıb mənlə qapı arasında. Qattuzonun çıxışını o an tarixin yaddaşına həkk etdirdim...
Hazırda idman mediasından uzaq işdəyəm. Marketinq sahəsinə yaxın olanlar azdan-çoxdan məni tanıyır. O profildə də özünəməxsus imzam var... Hazırda isə Albaniyada beynəlxalq bir universitetdə profilim üzrə dosentəm. Bir sözlə, Azərbaycanı ölkədən kənarda təmsil edənlərdənəm. “Futbol+”də əldə etdiyim yazı bacarığı sayəsində marketinq profilində də xeyli reytinqli məqalələrim müxtəlif populyar nəşrlərdə yer alıb. Vüsal Aydın imzasını hələ də bəzən yaşatmağa çalışıram. Futbol mənim uşaqlıq sevgim olduğu üçün ondan əl çəkmək elə də asan deyil. Deyəsən, heç əl çəkməyəcəm də. “Futbol+” sağ olsun!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar