12 okt 00:00Yazar

Eyvazovun “tərs silləsi”

Son bir neçə gündə Azərbaycan futbolunda bir-birindən ciddi hadisələr baş verib. Müstəqilliyi bərpa etdiyimiz dövrdən üzübəri yetişdirdiyimiz istedadların birincilərindən olan Rəşad Sadıqov milli karyerasını bitirib. Başda Robert Prosineçkinin çalışdırdığı əsas komandamız olmaqla millilərimiz 10 oyun keçirib. Bu oyunlarda öyünəcəyimiz cəmi iki heç-heçə var. U-19 İrlandiya ilə qolsuz bərabərliyə razılaşıbsa, onlardan iki yaş kiçik qızlar Monteneqrodan gələn qonaqlarımızla 1:1 oynayıblar. Qalan 8 oyununun hamısında uduzan tərəf biz olmuşuq. Özü də 1:4, 1:5 və 1:6 kimi hesablarla. Əhvalımız onsuz da yerində deyil. Bu səbəbdən də millilərimizin oyunundan və nəticələrindən çox da danışmayacam. Qaysaq bağlamasını arzuladığımız yaralarımızı yenidən niyə qanadaq?
Bugünlərdə yaşananların heç də hamısı qanqaraldan deyil. Azı bir sevindirici hadisə də var ki, mən bu haqda yazmaq istəyirəm. Bəli, ona sevinməmək olmaz. “Neftçi”nin icraçı direktoru Elnur Eyvazov klub saytına müsahibə verib. Səhv etmirəmsə, əvvəllər belə hadisə yaşanmamışdı. Yaddaşımı qurdaladım, xatırlaya bilmədim. İnternetdə axtarış da verim, qarşıma link çıxmadı. Yanılsam da, Elnur bəy məndən inciməz. Hər halda, “Neftçi”yə gəldikdən sonra müsahibə veribsə belə, həmin açıqlamaları indiki kimi gündəm yaratmayıb, diqqəti çəkməyib.
Eyvazovun son müsahibəsi xeyli diqqətçəkən və maraqlı məqamlarla zəngindi. Bəlkə də oxucularımız arasında Elnur Eyvazovun kimliyindən bixəbər olanlar var. Ona görə də kiçik bir izahat verim, hər şey aydınlaşsın. Elnur bəyin adı ilk dəfə ötən ilin sentyabrında “Neftçi”ylə yanaşı çəkilib. “Qəbələ”yə 0:8 hesablı məğlubiyyətdən sonra “Neftçi”nin “təmizlənməsi”nə, Müşahidə Şurasının neytrallaşdırılmasına başlanıldı. Vəli Qasımovla Elnur Məmmədov, daha sonra isə Mübariz Xudiyev klubdan uzaqlaşdırıldı. 2016-cı il sentyabrın 16-da elan olundu ki, Elnur Məmmədovun boşaltdığı icraçı direktor postu onun Eyvazov soyadlı adaşına tapşırılacaq. Bu barədə klubun rəsmi saytında da tələm-tələsik açıqlama da yer almışdı. Sonradan şahmat oyunundakı kimi fiqurların yerdəyişməsinə start verildi, amma xeyli məxfi şəkildə. Mən həmin ərəfədə Çingiz Abdullayevin, Orxan Hüseynzadənin və Elnur Eyvazovun “Neftçi” “İnter”ə uduzandan sonra stadionu ayrı-ayrılıqda tərk etməsini öz gözlərimlə görmüş, barmağımı dişləmişdim. Fikirləşmişdim ki, bu necə olan şeydi, adamlara “Neftçi”ni ağır vəziyyətdən xilas etmək tapşırlıb. Amma onlar nəinki əl-ələ verib iş görəcək, “xalq komandası”nın dərdlərinə əlac tapacaq, heç ağsaqqal yazıçı Çingiz Abdullayevi birlikdə müşayiət edəcək dərəcədə mehriban ola bilməyiblər. Ehtimallarım doğruldu və bir müddətlik susqunluqdan sonra “toplananlar”ın yerini dəyişdilər. Əvvəlcədən elan olunduğu kimi yox, tam tərsinə. Orxan Hüseynzadə “Neftçi”nin icraçı direktoru, Eyvazov isə idman direktoru təyin olundu. Yəni ilkin ssenariyə görə klubda söz sahibi Elnur bəy olmalıydısa, həmin təyinatlardan sonra Hüseynzadə faktiki “1-ci şəxs”ə çevrildi. Təsadüfi deyildi ki, kluba kadrları Orxan bəy cəlb edir, kimin işdən çıxarılmasına da o qərar verirdi. Futbolçuların taleyini də həll edən o idi. Sözsüz ki, təkbaşına yox, onu həmin posta göndərənlərin diqtəsi ilə. Qışda edilən transferlərə cavabdeh də Orxan Hüseynzadə ilə Elxan Abdullayev idi. Yayda isə artıq Abdullayevlə də hesablaşmırdı, bütün “ip”ləri icraçı direktorluğu prezidentliyə dəyişən Hüseynzadənin əlində toplamışdılar.
“Neftçi”nin mövsümə gözləniləndən də bərbad başlaması (kimlər üçünsə gözlənilməz idi, bizim üçün yox) Orxan bəyə olan inamı, daha sonra da onun hakimiyyətini zəiflətdi. Ona yaxın kadrlar qısa müddət ərzində klubdan ayrılmağa başladı, gərgin mübarizədən sonra Tərlan Əhmədov “Neftçi”yə baş məşqçi təyin olundu. Bütün bunlar Hüseynzadənin dəstəkçiləri ilə birlikdə təslim olmalarının, klubda türkün sözü, dəngələrin dəyişməsinin göstəricisiydi. Belə bir məqamda 13 aydı vəzifəsində sakit oturan və danışmağa elə də həvəsli görünməyən Elnur Eyvazovun sükutu pozması heç də təsadüfi deyil. Adam danışıb, özü də necə.
Orxan bəyin yayda bəh-bəhlə dediyi “büdcəmizə görə Azərbaycanda 3-cü yerdəyik” sözlərini bu dəfə cənab Eyvazov dilə gətirib. Bununla da klubun prezidentinə, vecsiz transferlərin “Neftçi”yə gətirilməsinə bilavasitə cavabdeh olan şəxsə tərs bir sillə vurub. Həm də bizim aylardan bəri dediklərimizi, yazdıqlarımızı təsdiqləyib. Bunu biz çoxdan deyirdik: “Neftçi”də pul problemi yoxdu, sponsorlar kluba yetərincə büdcə ayırır, “Qarabağ”la “Qəbələ” xaric, heç kim “Neftçi”dən zəngin deyil”. Buna baxmayaraq, “Neftçi” turnir cədvəlinin yeddincisidi, yeganə qələbəsini də dövrənin son turunda, özü də Tərlan Əhmədovun gəlişindən sonra qazanıb. Bu isə maliyyəni ayıranların yox, onu faydasız əcnəbilərə xərcləyənlərin, baş məşqçi kimi ibtidai keyfiyyətlərə sahib olmayan Elxan Abdullayevi dəstəkləyənlərin günahıdı. Yəni klubun prezidenti Orxan Hüseynzadənin. Eyvazovun “tərs sillə”sinin ilk hədəfi odu. Çətin ki, prezident bu “sillə”dən sonra özünə gələ. Yaşayarıq, görərik...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar