11 yan 20:25Yazar

Asanlıqla dəyişən gündəm

Fuad Musayevi ziyarətim, həmin ziyarətdən hazırladığım yazı gündəmi dəyişdi. Əslində elə belə olacağını da gözləyirdim. AFFA-nın hazırkı rəhbərliyi bütün resurslarını işə saldı. Həmkarlarımız arasında işini-gücünü buraxıb, bütün günü Musayevin əleyhinə təbliğat aparanlar da tapıldı. Faktiki bu ölkənin siyasi hakimiyyətində 3 və ya 4-cü dərəcəli çəki sahibi olmuş Musayevin keçmişini qurdalayanlar, “onun futbolumuzun problemlərindən danışmağa haqqı yoxdu” deyənlər dünən bütün gün sosial şəbəkələri zəbt etmişdilər. Hamısına cavab verməyə, virtual savaşa girməyə nə həvəs vardı, nə də zaman. Bu səbəbdən də susqunluğumuzu qorumağa, təmkinli davranmağa məcbur idik.
Bir jurnalistin bir funksioneri danışdırmasından, gizlin qalan həqiqətlərin üzərini aytınlatmağa çalışmasından doğal olan nəsə varmı? Bizim kimi bu ölkədə xeyli jurnalist var. Mənim qələmə aldığım müsahibədə nəsə xoşuna gəlməz, mövzunu davam etdirərsən. Maşallah, Fuad müəllim sağ-salamat evindədi, arayarsan, görüşərsən və istədiyin suala da cavab taparsan. Məlum yazının giriş hissəsində xüsusi vurğulamışdım, mən Fuad bəyin qapısını sual-cavab etmək, müsahibə almaq üçün döyməmişdim. Məqsəd xarizmasına hörmət bəslədiyim ağsaqqal bir kişiyə baş çəkmək, 15 gün əvvəl görüşdüyümüz bir tədbirdə yarımçıq qalan ürək sözlərini dinləmək idi. Danışdıqlarımız, hərdən bir sözünü kəsib ünvanladığım suallara verdiyi cavablar əsasında dəyərli oxucularımıza maraqlı yazı təqdim etməyə çalışdım. Məqsədimə nail oldum. Özü də hərtərəfli.
Yazının başlığında zatən “Fuad Musayevdən gündəmi dəyişəcək “yol xəritəsi” yazmamışdıqmı?! Gündəmi dəyişməyi bacardıq. Amma sözün düzü, gündəmin bu formada dəyişməsinə təəssüflənirəm. Həqiqətin kimin dilindən səslənməsinin nə fərqi var axı? Fuad Musayev bu işin içində illərini keçirmiş, bərkimiş və üzü üzlər görmüş adamdı. Həm futbolu bilir, həm də idarəçiliyi. Elə mübarizə aparmağı da. Amma mübarizə mərhələsi çoxdan geridə qalıb. Yaşının bu vədəsində kim(lər)əsə meydan oxumağa nə həvəsi var, nə də sağlıq durumu buna imkan verir. Sadəcə, ürəyini mənə boşaltdı, futbolumuzun hazırkı vəziyyətindən narahatlığını dilə gətirdi və böhrandan çıxmaq üçün təkliflərini səsləndirdi. Mən gündəmin onun təklifləriylə dəyişəcəyinə ümid edirdim. Məgər cənab Musayev “mən yenidən AFFA prezidenti olsam, filan-filan işləri daha yaxşı görərəm” deyib, hansısa platforma açıqlayıb? Ömrünün ahıl çağında ürəyində və beynində saxlamaq istəməyib, fikir və təkliflərini deyib. Təhlil aparıb, öz çalışdığı dövrü xatırlayıb, ötən 14-15 ildə yaşananların gözlənilən inqilabi sıçrayışa uyğun olmadığını dilə gətirib. Qəbahətdimi? AFFA-nı heç tənqid etmək, nöqsanları ictimaiyyətin müzakirəsinə çıxarmaq olmazmı? Fuad Musayev “məni AFFA-nın binasında otuzdurun, aylıq maaş verin” demir. Deyir ki, bölgələrdə internat tipli akademiyalar tikilməlidi, əyalətdəki istedadlar üzə çıxarılmalıdı, milli komandada 15 illik neft pullarının futbola axıdılmasından sonra yerli uşaqlar oynamalıdı, “Neftçi”nin bazası və “Şəfa” stadionu təyinatı üzrə istifadə olunmalıdı, futbol qurumunda struktur islahatları aparılmalıdı, İcraiyyə Komitəsi daha işlək quruma çevrilməli, klublara diqqət artırılmalıdı... Yalanmı deyir? Onun dediklərinin həyata keçməsi Azərbaycan futbolunun xeyrinə deyilmi? AFFA-nın hazırkı rəhbərliyinin pafosdan uzaqlaşıb, problemləri və onun həlli yollarını bu qədər sadə dillə izah etməsinə rast gəlmişikmi?
Cənab Musayevin dedikləri sosial şəbəkələrdə aqressiv qarşılananda, eyni mərkəzdən idarə olunan istehzalı lağ-lağı ilə aşağılananda Azərbaycanın U-19 yığması Sankt-Peterburqda keçirilən beynəlxalq turnirdə Litva ilə qarşılaşırdı. Rəqibin heyətində bir nəfər də qeyri-litvalı yox idi. Amma bizim milli komandanın heyətində 5 “milliləşdirilmiş” futbolçu ilk dəqiqələrdən meydanda idi. 11 nəfərdən ibarət komandanın yarısı. Nəticə isə bizim üçün üzücü oldu, Litvaya 1:2 hesabıyla uduzduq. Fuad Musayev bunu demirdimi? Yalançı kim çıxdı? Gündəmi tez dəyişin, bu dəfə də uduzduz!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar