08 okt 12:55Yazar

Rəşadın adından qorxanlar

Rəşadın adından qorxanlar
Çexiyaya məğlubiyyətə qətiyyən təəccüblənmədim. Hər gün döyülməyə öyrəşən biri başına vurulan növbəti qapaza görə ağrı çəkməz. Bir şeyə öyrəşdinsə, vəssalam. Biz də gözümüzü açandan yığmanı qapazaltı statusunda görmüşük. Hər seçmə mərhələdə uzağı bir sürpriz nəticə, yekunda 6 komanda arasında 5-ci pillə. Alın yazımızdı, qardaş.
Bu dəfə də eynisinə tamaşa etdik. Tsiklin əvvəlində Norveç və Çexiyadan alınan sürpriz 4 xal, ardınca da həmişəki kimi sıralanan məğlubiyyətlər. Şimali İrlandiya hər iki matçda yerimizi göstərdi, Norveçlə Çexiya da eyni cür davranıb üçüncülüklə bağlı şirin xəyallarımızı “suya atdı”. Azərbaycan futbolunun maksimumu budu. Foqtsla Prosineçki yox e, lap Qvardiola, ya da Konte gəlsin, xeyri yoxdu. Bu ölkənin futbolu legionerlərdən asılıdı. Onlar da olmasa, klub miqyasındakı yerimiz millinin gününə düşər. Bax, elə buna görədi ki, insanlar Çexiyaya məğlubiyyətə üzülmür, “feysbuk”da oyunla bağlı geniş müzakirələr aparılmır. Başını, ya da barmağını kimə, nəyə görə ağrıdasan?
90 dəqiqə öz yerində. Amma Rəşad Sadıqovun vida oyunu sayılan bu qarşılaşma ilə bağlı deyəcəklərim var. Kapitan bu cür yola salınmamalıydı! Ömrünün 16 ilini yığmaya həsr edən, neçə-neçə tarixi zəfərin iştirakçısı olan, başı partlamasına rəğmən, oyunu davam etdirən, iynə hesabına meydana çıxan, yığmada anarxiyanın baş qaldırmaması üçün nəzarəti əlində saxlayan, gənc həmkarlarına örnək olan, Aleksandr Səmədovu futbolumuza yuxarıdan aşağı baxdığına görə iki kəlməylə yerində oturdan həmin Rəşad Sadıqov boş stadionla yox, onminlərlə azarkeşlə vidalaşmalıydı. İmkan vermədilər, istəmədilər! Rəşadın ölkə prezidentinin yanında xüsusi nüfuza sahib olması, İlham Əliyevin ona xüsusi diqqəti kimlərəsə sərf etmədi. Yaxın gələcəkdə kreslo itirmək qorxusu kimlərisə yaxşıca qorxuya salmışdı. Vu buna görə də Çexiya ilə oyunun təmtəraqlı alınması üçün süni əngəllər yaradıldı.
Oyunun BOS-a salınmasının özü gülünc qərar idi, başqa heç nə. Heç İtaliya kimi nəhənglə oyunda azarkeş sayı 50 minə çatmamışdı. Onda stadion yeni istifadəyə verilmişdi, ulduz futbolçuları görmək imkanı yaranmışdı. Bu dəfə nəyə əsasən fantastik rəqəm gözləyirdilər ki? Ardıcıl yenilgilərə, yoxsa Şimali İrlandiya ilə matçdan sonra Azərbaycandakı günlərini sayan baş məşqçiyə görə? Bəlkə heyətin tam yarısının qeyri-azərbaycanlılardan qurulması və bunun bir gün öncədən elan edilməsi insanlarda həvəs yaradacaqdı? Xalqda nə bu yığmaya, nə də onun başında duranlara inam var. Adı xalqın, amma kimlərinsə inhisarında olan milli bu gün “Qarabağ”ın, hətta “Qəbələ”nin də kölgəsində gizlənib. Nə qədər ki neftin pulları foqtslara, prosineçkilərə, nazarovlara yedizdiriləcək, artığını gözləməyin mənası yoxdu. Bunu AFFA-nın başında duranlar səndən və məndən də yaxşı bilir. Sadəcə, zorla sevgi yaratmaq istəyirlər. O da heç cür alınmır.
Qardaş, kənardan əzəmətli görünən, sizlər üçün hər cür rahatlığı olan BOS insanlar üçün sevimli yer deyil. Bunu birdəfəlik bilin və ağlınızın küncünə həkk edin. İnsanlar futbola dincəlmək, zövq almaq üçün gəlir, zülm çəkməyə yox. Payızın yağışlı vaxtında metrodan çıxıb bir kilometr yolu piyada gedəcək, 2 saat stadionda donacaq, məğlubiyyətə üzüləcək, sonra da həmin bir kilometri üzü yuxarı qalxacaq? Bizə xoş gəlmir. Sizə xoşdusa, həmin yolu özünüz də gedib-gəlin. Lüks avtomobillərinizi bir kənara qoyub, sıravi vətəndaşlarla birgə “Koroğlu”dan stadiona qədər təpik döyün. İnanın ki, ləzzətini həmin an hiss edəcəksiz. 600-700 milyona başa gələn stadion gözdağı olub. Oranı turistlərə göstərin, aparın-gətirin, baxın və zövq alın. Məhz sizlərin bu qərarına görə yığma o boyda stadionda dəstəksiz qaldı. Məhz sizlərin qərarına görə Rəşad Sadıqov sıradan futbolçu kimi yola salındı.
“Qarabağ” – “Roma” görüşündə azarkeşlərin əziyyət çəkməməsi üçün AFFA rəhbərliyi olaraq “Qarabağ” rəsmilərinə hansı köməyi etdiz? İllərdi yığdığınız təcrübəni Çempionlar Liqasının qrupunda debüt edən komandayla bölüşdüzmü? İnanmıram. Bilirsiz, niyə? Cavabı məlumdu: “Qarabağ”ın qazandığı uğurlar kimlərəsə sərf etmir, Qurban Qurbanovun məşqçi bacarığına görə Prosineçkini üstələməsi bir çoxlarının “maskasını cırır”. Rəşad Sadıqov da həmin camiənin üzvüdü deyə, belə soyuq münasibətlə üz-üzə qoyduz?
Guya bilmirdiz ki, Çexiya ilə oyunun yeri Respublika stadionudu? Ora istənilən halda, 30 min azarkeş gələcəkdi, kapitan da necə lazımdı yola salınacaqdı. Qurum olaraq nə etdiz? Rövnəq Abdullayevlə Elxan Məmmədov çıxıb hərəsi bir hədiyyə verdi, bir də tribunada Rəşadın posteri açıldı. O da oturacaqlara sərilmiş vəziyyətdə. 5-ci mərtəbədəki tribunadan güclə görürdük, o ki qalmışdı aşağıdakılar görə.
Rəşadın bu cür yola salınması hazırlanmış planın tərkib hissəsiydi. Oyunun BOS-a salınması, təbliğat işlərinin lazımi səviyyədə aparılmaması, azarkeşlərin stadiona rahat gedib-gəlməsi üçün nəqliyyatın ayrılmaması, mənasız poster – hər birinin arxasında kapitanın qəhrəman kimi təqdim olunmaması dururdu.
O getdi. Özüylə də illərdi sizə köməyi dəyən çox şeyi apardı. 50 il keçsə də, ona olan sevgi və hörmət itməyəcək. Siz isə özünüzü ağıllı, rəhbərlik etdiyiniz yığmanı bacarıqlı göstərməyə çalışmaqda davam edin. Amma bir gün özünüzdən üstün görmək istəmədiyiniz həmin o Rəşad zirvədə olacaq. Bəs siz harda?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar