08 okt 12:27Yazar

Yox ki yox!

Yox ki yox!
AFFA Rusiyada keçiriləcək dünya çempionatının seçmə oyunlarına “niyə də yox?!” şüarıyla başlamışdı. Bizimkilərin bəxti onda gətirdi ki, ilk oyunumuz San Marino ilə oldu. Bununla belə, “cırtdanlar”ı da çətinliklə məğlub etmişdik. Elə ilk oyundan məlum olurdu ki, AFFA-nın pafos dolu şüarıyla uzağa getmək mümkün olmayacaq. Turlar irəlilədikcə qrupumuzda sular durulacaq, millimiz sonda öz ənənəvi yerini tutacaq. Möcüzə baş vermədi. Prosineçkinin çalışdırdığı komanda layiq olduğu yerdədi. Heç kim bu sözümdən inciməsin. Topladığımız rekord 10 xal da dünyanın ən zəif komandalarından biri sayılan San Marinonun bizim qrupda yer alması sayəsində mümkün olub. Reallığı düzgün qiymətləndirməli, problemlərin həlli ilə məşğul olmalıyıq. Pafoslu açıqlamalarla baş qatmaqla uzağa gedə bilməyəcəyik.
Seçmə mərhələnin əvvəlində “niyə də yox?!” deyən Elxan Məmmədov və onun dostları 5-ci yerə endikdən sonra özlərini heç nə olmamış kimi aparırlar. Sanki həmin o çeynənmiş şüarı hər gün təkrarlayan, millimizin adını dəyişib “niyə də yox komandası” yazan onlar yox, biz idik. Sizin də yadınızda olar, martda Almaniya ilə oyun ərəfəsində belə bir uğursuz cəhd edilmişdi. Sonra qəbahətlərini başa düşdülər, bizim ciddi etirazlarımızdan və güclü ictimai qınaqdan sonra geri addım atdılar. Çexlərlə oyunda çərçivəyə gedən cəmi bir zərbə vura bilməyimiz “Prosineçki milliyə baxımlı hücum futbolu oynatmağı öyrədib” fikrini tirajlayanların da iflası oldu. Xorvatiyalı mütəxəssisin ədalətsiz heyət seçimi elə bu cür fiaskoyla da nəticələnməli idi. Prosineçkinin Mahir Mədətov qala-qala, Ruslan Qurbanovu meydana buraxması, Təmkin Xəlilzadəni ehtiyatda oturdub Mahəmməd Mirzəbəyova güvənməsi nəyin göstəricisidi? Ya adam bizdən qisas alır, bilə-bilə millini məğlubiyyətə sürükləyir, ya da millinin heyəti onun iradəsindən kənar, sifarişlə formalaşdırılır. Xorvatiyalının işi mətbuat konfransında özünə əzabkeş obrazı verə-verə narazı sifət alması, ona verilmiş hazır siyahıdakı futbolçuların adını səsləndirməkdi. Ruslanın, Maqanın meydanda olmasının başqa izahı yoxdu.
Yaxşı yadımdadı, millimiz hazırda Məşqçilər Komitəsinin sədri olan, səmərələşdirici ixtiralar düşünməklə gününü keçirən Vaqif Sadıqovun rəhbərliyi altında Lixtenşteynə uduzmuşdu. Həmin məğlubiyyətdən sonra Bakıda keçirilən mətbuat konfranslarının birində adını unutduğum təcrübəli idman jurnalistlərindən biri Sadıqova belə bir sual ünvanlamışdı: “Biz onsuz da uduzuruq, udduğumuz kimsə yoxdu. Daha bu veteranların ətəyindən niyə yapışmısız, niyə Renat Abdaşov kimi gənclərin oynamasına imkan yaratmırsız”. Az qala 20 il keçib. Amma Azərbaycanda futbola baxış dəyişməyib. Sözdə 2020-ci ildə keçiriləcək Avropa çempionatının finalına hazırlaşırıq. Qitə çempionatının final mərhələsinə yüksəlməyə layiq olan yığma hazırlamaq üçün isə heç bir iş görmürük. Vaqif Sadıqova verilən sual bu gün də aktualdı. Biz onsuz da qrupda San Marinodan başqa hamıya uduzduq. Rəqiblərin qapısına 9 qol vurmuşuq. Onların da altısı “cırtdanlar”ın payına düşür. Belə olan halda Almeydanı, Nazarovu, Ruslan Qurbanovu, Mirzəbəyovu və onlar kimi digər saxta azərbaycanlıları nə üçün “milliləşdirmişik”? Doğrudanmı onların yerinə xalis azərbaycanlı balaları oynasaydı, biz heç 5-ci yeri də tuta bilməyəcəkdik, San Marinoya da aşağıdan yuxarı baxacaqdıq?! Əlbəttə, yox. Bədavi Hüseynovdan başqa digər “milliləşdirilmiş” futbolçular yerlilərdən üstün deyil və Azərbaycan üçün meydanda can qoymurlar. Lap qoysalar da belə, səviyyələri daha yaxşı çıxış etmək, Çexiya və Norveç kimi rəqibləri qabaqlamaq üçün yetərli deyil. Belə olan halda 20 il əvvəl Vaqif Sadıqova verilən sualı bir daha Elxan Məmmədovla Robert Prosineçki üçün təkrarlamaq lazımdı. Qrupda 5-ci oluruqsa, əcnəbiləri nə üçün “milliləşdirirsiz”? İmkan verin, azərbaycanlı uşaqlar oynasın, yıxıla-yıxıla böyüsünlər, püxtələşsinlər. Nəticədə qazanan elə Azərbaycan futbolu olacaq.
Olimpiya çempionu olan üzgüçüdən kraliça soruşur ki, belə gözəl üzməyi harda öyrənmisiz? Çempion da cavabında gülümsəyərək “suda” deyir. Üzgücünü hovuza buraxmasan, o necə üzəcək, çempion olacaq? Eyni məntiq futbola da aiddi. Futbolçu meydanda yetişməlidi. San Marinonu üstələmək üçün yerli futbolçuların səviyyəsi yetərli deyilsə, AFFA-nın qapısına qıfıl vurmaq, Azərbaycanda peşəkar futbolu yerli-dibli ləğv etmək lazımdı. Hardadı Dəniz Yılmaz, Eddi İsrafilov? Elxan Məmmədov Eddini Bakıya gətirəndə özünü necə xoşbəxt sayırdı, hamımızın yadındadı. İndi heç İsrafilovu itirib-axtaran da yoxdu. Bir neçə gün əvvəl Ozancan Kökçünün Azərbaycan millisində oynamaqdan imtina etməsi AFFA-da oturanların, “milliləşdirməni” biznesə çevirənlərin üzünü qızartmalıdı. “Niyə də yox?!” deməyin, cənab baş katib. Saxta işlərə, hər yoldan ötənə Azərbaycan pasportu verib, milliyə dürtüşdürməyə “yox ki yox!” deyin. Vətənimizin hər rayonundan bir futbolçu tapıb gətirsəz, San Marinonu məğlub etməyi bacararıq. Onda heç ilinə 1,2 milyon avro verdiyiniz Prosineçkiyə və onun dəstəsinə də ehtiyac qalmayacaq. Buna şübhəniz olmasın!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar