05 okt 17:57Yazar

AFFA-nın ikili oyunları

AFFA-nın ikili oyunları
Bu gün yenə yığma oynayır. Norveçlə qarşılaşmadan öncə millinin oyunları ilə bağlı xatirələrimi, komandamız meydana çıxan günlərdə keçirdiyim hissləri sizinlə bölüşmüşdüm. Birvaxtlar az qala əsgərlikdən qaçmağa hazır idik ki, stadiondakı yerimizi tutaq, komandamıza ürəkdən dəstək verək. AFFA-nın həyata keçirdiyi bərbad “milliləşdirmə” siyasəti, Dağıstanın, Almaniyanın küçələrindən gətirdikləri “futbolçular”a pasport verib, millinin formasını geydirmələri çoxlarını ölkənin bir nömrəli komandasından soyudub. Hər dəfə bunu təkrarlamaqdan yorulmuram, nə də utanmıram. Siz də məni üzürlü sayın. Qoy AFFA-da oturanlar, onlarla əlbir olub, bu cinayətə bərabər əməllərə qol qoyanlar utansınlar. Artıq bu bərbad siyasət öz qiymətini həm azarkeşlərdən, həm də ölkənin rəhbər şəxslərindən almaqdadı.
Ölkə prezidenti İlham Əliyev bir neçə gün əvvəl Avropanın dördüncüsü olan voleybolçularımızı qəbul edərkən qızlarımmızı haqlı olaraq xeyli təriflədi və komanda idman növlərində qazandığımız uğurlara görə voleybolun öndə getdiyini xüsusi vurğuladı. Hiss etmək çətin deyil ki, prezident də AFFA-nın fəaliyyətindən narazıdı və baş verən prosesləri çox yaxından izləyir. İllərdi dövlət futbolun inkişafına və təbliğinə yetərincə pul ayırır. Mübaliğəsiz demək mümkündü ki, futbol bu gün Azərbaycanda ən bahalı idman növüdü, AFFA-ya ayrılan pullar başqa federasiyalara yönəldiləndən xeyli çoxdu. Əvəzində milli komandalar səviyyəsində heç bir irəliləyiş yoxdu. Futbolun təbliğatı, kütləviləşdirilməsi isə heç kimin vecinə deyil. Bir ətək pul töküb, öz telekanalını yaradan AFFA ölkə futbolunun güzgüsü olan milli çempionatın oyunlarının Bakıdan kənarda yaşayanların izləyə bilməməsini görməzlikdən gəldi. Nəticədə Azərbaycan premyer-liqası rayonlarda unuduldu, əhalinin maraq dairəsindən çıxdı.
Peşəkar klubların, futbolla məşğul olanların da sayı sürətlə azalmaqdadı. Süni şəkildə şişirdilən rəqəmlər isə yalnız baş qatmağa, yalançı hesabatları bəzəməyə yarayır. Ölkə çempionatının elitasında 8, aşağı divizionda 10 komanda mübarizə aparırsa, bunların da böyük əksəriyyəti paytaxtda cəmləşibsə, hansı inkişafdan danışmaq olar?! Premyer-liqanın sonuncu turunun oyunlarına cəmi 6575 azarkeşin gəlməsi isə fiaskonun daha bir əlamətidi. Bu gün millimizin Çexiya ilə qarşılaşmasında daha bir azarkeşlik biganəliyi, boş tribunalar ilə üz-üzə qalmağımız da qaçılmazdı. AFFA azarkeşləri Azərbaycan futbolundan məharətlə soyudub. Bütün cəhdlərə baxmayaraq, Çexiya ilə oyuna bilet satışı xeyli zəif gedir.
Millinin kapitanı Rəşad Sadıqov üçün bu qarşılaşma vida xarakterlidi. AFFA bu “kart”dan da yararlanmağa çalışır. Böyük fərasət sahibləri fürsəti əldən buraxmayıb, “Qarabağ”ın ardınca Rəşadın adıyla təbliğat aparır, azarkeşləri tribunalara gətirməyə çalışırlar. Amma yenə də fəallıq hiss olunmur. Millinin oyununa satılan biletlərin qiyməti bir şüşə adi sudan da ucuzdu. “Qarabağ” – “Roma” görüşündən qalan bileti göstərməklə Azərbaycan – Çexiya qarşılaşmasına 50 qəpiyə də stadiondan baxmaq mümkündü. Su qiymətinə satılan biletlər də küsmüş azarkeşlər üçün cəlbedici deyil.
Heç şübhəsiz, azarkeşlərin Bakı Olimpiya Stadionundan üz döndərməsində, ora getməkdən imtina etməsində “Roma” ilə oyun zamanı yaradılan süni əngəllər də rol oynayır. Kimlərsə ikibaşlı siyasət həyata keçirdi, bərbad təşkilatçılıqda maraqlı oldu. Bilet satışı xeyli mürəkkəbləşdirildi, tarixi oyuna canlı baxmaq, futbol bayramının bir parçasına çevrilmək istəyənlər kassalara iki dəfə gəlməyə məcbur edildi. Stadionun ətrafında avtomobilləri park etmək üçün xeyli yer olsa da, yağmurlu havada insanları piyada qoydular, parkinqi onların üzünə qapatdılar. Ən azı metrodan giriş qapılarına qədər və əks istiqamətdə “şattl-bas”lar təşkil etməklə soyuq havada islanmış azarkeşlərin işini yüngülləşdirmək olardı. Bütün bunları həyata keçirmək heç də çətin deyildi. Amma təşkilatçılıq işlərində kluba kömək etməyi boynuna götürənlər, oyunun BOS-da keçirilməsi üçün dəridən-qabıqdan çıxanlar bunu etmədilər. İndi isə AFFA bəh-bəhlə elan verir ki, çexlərlə oyun günü stadionun parkinqi sürücülərin istifadəsinə veriləcək, buyurun, avtomobilinizə minib gəlin. Eyni rahatlığı “Roma”yla oyun günü də tətbiq etməyə, bilet satışını sadələşdirməyə kim və ya nə imkan vermirdi? Türklər demiş, belə yerdə adamın qafasına min cür dəli sorular gəlir. Hamısı da cavabsız. Kiməsə bu sualları ünvanlasan, ya azarkeşlərini özünü, ya da ki, yağmurlu havanı günahlandıracaq.
Həm sosial şəbəkələrdəki müzakirələrdən, həm də Çexiya ilə oyuna bilet satışının zəif olmasından başa düşmək çətin deyil ki, BOS sıravi azarkeşləri çox incidib. Küskün azarkeşlər bir daha ora dönmək, həmin əzab-əziyyəti yenidən yaşamaq fikrində deyillər. Bu da AFFA-nın apardığı ikili oyunların nəticəsidi. Onların nə vecinə? Həmiş olduğu kimi, cəzanı Azərbaycan futbolu çəkəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar