05 okt 17:46Yazar

Gülə-gülə, kapitan...

Gözlərimiz onu görməyə o qədər alışmışdı ki, bundan sonra yoxluğuyla barışmaq çətindi. Futbolçu kimi futbolçu, insan kimi insan, şəxsiyyət kimi şəxsiyyət. Hər nə qədər yazmaq çətin olsa da, Çexiya ilə bugünkü oyun Rəşad Sadıqov üçün yığmada sonuncu olacaq. Sabahdan kürəyində “14” nömrəni, qolunda sarğını daşıyan, komanda yoldaşlarına özünəməxsus şəkildə tapşırıqlar verən, oyundan əvvəl əlindəki vımpellə hakimlərə yaxınlaşan Rəşadı millidə görməyəcəyik. Getməyə qərar verdi. Getməliydi, ya yox – bunu özündən yaxşı bilən olmaz. İstənilən halda, ölkənin bir nömrəli komandası üçün olduqca ciddi itkidi. Digər tərəfdən, yoxluğuyla barışmaq olmur. Çünki o təkcə futbolçu və kapitan deyildi.
Özünə və şəxsiyyətinə hörmət etməsi ən birinci qanun olub onun üçün. Milyonların sevgisini də məhz bu keyfiyyətlərinə görə qazanıb. Legioner həyatı yaşayıb, Azərbaycanı xaricdə təmsil etmək üçün dəfələrlə çabada bulunmuşdu. 2002-03-cü illərdə ölkə futbolsuz qalanda İrana gedib “Fulad”ın şərəfini qorumuşdu. Sonradan “Neftçi”yə qayıtmışdı və çox keçmədən xaricdə oynamaq eşqi Sadıqovu bu dəfə Türkiyəyə - “Kayserispor”a aparmışdı. Ardınca “Kocaelispor” və “Əskişəhərspor”. Özünün də dediyi kimi, mərkəz müdafiəçilərinə xas boyu olsaydı, bəlkə də indiyə qədər legioner həyatı yaşayar, yığmadan getməyi ağlının ucundan keçirməzdi. Onun üçün prioritet bacarığını ölkə daxilində göstərib “bir nömrə” olmaq deyildi. Güzgü kimi Avropanı görürdü. Elə bu səbəbdən də 2008-in qışında “Valyadolid”ə baxışa yollanmağı özünə ayıb bilməmişdi. Bəli, baxışa gedən yetərincə tanınan, ölkə daxilindən hədsiz təklif alan həmin Rəşad Sadıqov idi. Çünki yekəxanalıq, “mənəm-mənəmlik” ondan uzaq idi. Azərbaycan futbolunun yetirməsi olduğunu yaxşı bildiyindən, reallığa uyğun addım atırdı. Pulu yox, şəxsiyyətini və ölkəsini düşünürdü.
Xeyirxahlığına, danışıq qabiliyyətinə, mimikasına görə neçə-neçə adamda futbola maraq yaratmağı bacardı. Təsadüfən idman xəbərlərinə baxan, futboldan xəbərisiz birinin Rəşadın açıqlamasını dinləməsi kifayət idi ki, o adamda futbola maraq oyansın. Rəqibin kimliyindən asılı olmayaraq, iddiasını ortaya qoyar, millinin heç bir rəqibdən zəif olmadığını göstərməyə çalışardı. Etdiyi yaxşılıqları heç vaxt dilinə gətirməzdi. Neçə-neçə imkansıza, şikəstə, yetimə etdiyi maddi dəstəyi, kasıb qıza cehiz alması üçün etdiyi köməyi boynuna almadı. Reklam dalınca qaçmadı, özünütərifdən uzaq oldu. Həlledici məqamlarda mətbuatın gündəmində olmamağı üstün tutdu. 9 ildi bu sahədə çalışan, Rəşadı yaxından tanıyan biri kimi vacib anlarda etdiyim zənglərə hansı cavablar aldığımı yaxşı bilirəm. İki ilə yaxın maşınsız qaldığı dönəm var idi. Qardaşının, dostlarının maşınlarında gəzdi, taksilərdən istifadə etdi. Bir dəfə müsahibəyə görə redaksiyaya gələndə, evə qayıtmaq üçün yaxınlıqda harda taksiyə otura biləcəyini soruşmasının özü sadəlik, insanlıq nümunəsiydi. Guya “Galenvagen”, ya da “Bentli” alacaq imkanı yox idi? Yoxsa kimsə qadağa qoymuşdu? Qətiyyən! Sabahı bu günündən üstün tutduğuna görəydi.
Bəlkə də çoxları bilmir, Rəşad mətbuatı anbaan izləyən tək-tük futbolçulardandı. Bəzən söhbət əsnasında elə yazıdan söz aça bilər ki, sənin yadına gəlməz, çaşıb qalarsan. Təkcə özü haqda yazılanları yox, ölkə futbolunda başverənləri diqqət mərkəzində saxlayır, hansısa gözlənilməz xəbərin doğru olub-olmadığını aydınlaşdırmaq üçün özünü dağa-daşa vurur. Komandası udsa da, uduzsa da, başqalarından fərqli, kamera və mikrofonlar qarşısına keçib, deməyə söz tapıb. “Biz buyuq, bacardığımız budu” sözlərini dilinə gətirməyi özünə ar bilməyib. Suraxanıda, “Azərsun Arena”nın yaxınlığında üç jurnalistin yolun kənarıyla getdiyini görəndə maşını saxlayıb, aşağı düşüb, əl sıxıb görüşəcək qədər sadə davranıb. Üç ildi futbol oynamağa başlayan, əlifbada neçə hərfin olduğunu bilməyən, amma 5 manat pul görüb başını itirən indiki gənclərə nümunə olub. Norveçlə oyundakı avtoqola, Şimali İrlandiya ilə oyunda topu uzaqlaşdıra bilmədiyinə görə bütün məsuliyyəti üzərinə götürüb, “mənim səhvimdi” deyib. Amma heç bir halda komanda yoldaşlarını suçlu görməyib, başqalarının səhvlərini qabartmayıb.
Millimizdə oynamağı özünə layiq bilməyən, atası azərbaycanlı Aleksandr Səmədovun Azərbaycan – Rusiya qarşılaşmasından əvvəl dilinə gətirdiyi “onları meydanda cəzalandıracağıq” sözlərini unutmamısız ki? Hədəylə barışa bilmədiyindən, mətbuat konfransında jurnalistlərin önünə çıxıb Səmədova ona doğma olan rus dilində cavab verən, bununla da matçdan sonra Aleksandrı özünə yaxınlaşıb üzr istəməyə məcbur edən həmin Rəşad Sadıqov olmuşdu.
Kapitan bu cəsarətin sahibi olub, bu keyfiyyətləri daşıyıb. Ona görə də gedişiylə, yoxluğuyla barışmaq çətindi. Bu gedişlə çətin ki, bundan sonra yığmanın yükünü çiyinlərində daşıya bilən, ağıllı addımlarıyla həm komanda yoldaşlarına, həm də rəqiblərə örnək olan biri çıxsın ortaya. Bir futbolçu adına bütün xoş sözləri 16 ildə yığmanın şərəfini qorumaqla haqq etdi. Bu gün onu onminlər yola salacaq. Ayaqüstə alqışlanacaq, göz yaşlarını nə özü, nə də millini Rəşada görə sevənlər saxlaya biləcək. Getsə də, ürəyi yığmayla döyünəcək. Çətin olsa da, deməyə məcburuq: gülə-gülə, kapitan...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar