11 yan 19:59Yazar

Calaq siyasətinin fəsadı

Onu yığmada oynamağa razı salmaq üçün AFFA dəridən-qabıqdan çıxdı. Nəhayət, nə vəd verildisə, hücumçu Robert Prosineçkinin rəhbərliyi altında top qovmağa “hə” dedi. Səhvmi etdi, düzmü etdi - bu məsələnin başqa tərəfidi. Sözügedən məqama ətraflı toxunacağıq. Ancaq “nə vəd verdi” ifadəsini bir qədər açıqlayım. Təbii, mövzunun Ramil Şeydayevlə bağlı olduğunu qeyd edəndən sonra. Bir müddət öncə forvardın “Trabzonspor”a keçidinin pərdəarxası tərəflərini elə “Futbol+” üzə çıxarmışdı. Söhbət Şeydayevi qaradənizlilərərə məhz AFFA-nın calaq etməsindən, assosiasiyanın “oynadın, maaşı bizlikdi” təklifindən gedir. Türklər isə “artıq tikə boğaz yırtmır” düşüncəsi ilə razılıq veriblər qardaş ölkənin futbol başbilənlərinə. Düzdü, AFFA bütün bunları qətiyyətlə elə təkzib etdi ki, sanki Şeydayev özü millimizin şərəfini qorumaq üçün əldən-ayaqdan gedirmiş. Rusiyanın gənclər yığmasında top qovan birisi mundialın və qitə birinciliyinin final mərhələsini yuxusunda belə görə bilməyən komandadan nə vaxt təklif gələcəyini səbrsizliklə gözləyirmiş. İnandırıcıdı? Yox, gülməlidi!
Nə isə, ya zəlzələdən, ya vəlvələdən Şeydayevi razı salmaq mümkün oldu. Rus futbol funksionerlərinin, mütəxəssislərinin sinəsinə bununla elə dağ çəkdik ki! Gündə biri çıxıb Ramilin seçimini pislədi, hücumçunun yanlış addım atdığını söylədi, karyerasını sual altına qoyduğunu dedi. Biz isə “yandıqlarından belə deyirlər”, “pişiyin əli ətə çatmayanda, deyir iy verir”, “istəməyənin gözü kor olsun” və bu kimi zərb-məsəlləri, atalar sözlərini, məişət dedi-qodularını düzdük ard-arda. Razılaşaq ki, “Zenit” futbol məktəbinin yetirməsindən az şey gözləmirdik. İnsaf naminə, o da yığmada şans qazandığı 4 oyunda, konkretləşdirsək, 147 dəqiqədə “qab”ında nəsə olduğunu göstərdi. Qol hesabını aça bilməsə belə. Ancaq Prosineçki yığmanın hər görüşündə Şeydayevə şans yaratsa da, “Trabzonspor”da durum fərqli idi. Əslində xorvat çalışdırıcının Şeydayevə bu qədər güvənməsini anlamaq Amerikanı yenidən kəşf etmək sayılmamalıdı. Bunun bir səbəbi futbolçunun hücum potensialı ilə bağlı idisə, digər səbəbi, heç şübhəsiz, AFFA-nın bu futbolçunu razı salmaq üçün sərf etdiyi çabalar idi. Ancaq bir məqamı unutduq. Daha doğrusu, unutdu ölkənin futbol rəhbərliyi. Ərsun Yanal Prosineçki kimi ürəyiaçıq deyil və onun qarşısında “Ramili oynatmalısan” tələbi yox idi. Komanda neçə oyun uduzsa da, Yanal israrla Şeydayevə şans vermədi ki vermədi. Ara-sıra kubokda baş məşqçinin yadına düşən Ramil çempionat oyunlarında ehtiyatda günü-günə calamaqla məşğul idi. Komandanın bu cür uğursuz nəticələrə imza atdığı vaxtda “Trabzonspor”un çalışdırıcısının yersiz inadkarlığını anlamırdıq. Az qala Ərsun hoca ölkəmizdə ən arzuolunmaz məşqçilərdən biri sayılacaqdı. Amma zamanla, eləcə də soyuq başla düşünəndə əsl səbəbi anlayıb, barmağımızı dişlədik. Bəlkə elə yığmamızın üzvü öz transferi olmadığına görə Yanal ona belə biganə münasibət göstərir? Bunun başqa səbəbi ola bilərmi? Yoxsa baş məşqçinin Ramillə nə prinsipi var ki, ona güvənmir? “Zenit”in yetirməsi, Azərbaycan yığmasının hücumçusu qeyri-sabit çıxış edən, Türkiyə superliqasında hətta ilk “10-luq”da belə olmayan komandada cəmi 10 dəqiqə şans qazanırsa, başqa səbəb axtarmaq mənasızdı.
Hamı razılaşar ki, “Trabzonspor”da ehtiyatda çürüməkdənsə, hansısa daha aşağı səviyyəli kluba icarəyə verilmək belə Şeydayevin xeyrinədi. Fasilə ərəfəsində hətta adı “Neftçi” ilə yanaşı hallanan Ramili daha sonra “Samsunspor”un icarəyə götürdüyü deyildi. Ancaq gör dünyanın harasıdı ki, PTT Liqasının 17-ci komandası belə onu istəmir. Bu komandanın baş məşqçisinin dedikləri isə AFFA-nın futbol siyasətinə əsl tərs sillədi: “Trabzonspor”un bizə təklif etdiyi Ramil Şeydayev hələ ki təcrübəsizdi. Ona görə də riskə getmək istəmirik”. Ay gidi dünya! Rusiya gənclər yığmasının şərəfini qoruyan hücumçunu PTT Liqasının autsayderi də yaxın buraxmır? Doğrudanmı onun günahı yığmamızı seçmək idi? Bu o demək deyilmi ki, rus mütəxəssislərin “Ramil karyerasını məhv etdi” fikirləri həqiqət imiş? Təəssüf ki, bu gün onlara haqq qazandırmaqdan başqa əlimizdən heç nə gəlmir. Kor-kor, gör-gör. Hadisələrin belə axarının yığmaya da mənfi təsiri qaçılmaz olacaq. Hər vəchlə önəmli bir missiyanı yerinə yetirmiş kimi qürrələnən AFFA görəsən, anladımı ki, zorla gözəllik olmur? Çətin. Çünki bu nə birincidi, nə də sonuncu. Axı Şeydayevə kimi də çoxları yığmamızı seçəndən sonra klub karyerasında əməlli-başlı eniş yaşayıb.
Bir halda ki söhbət yığmadan, heyətə kənardan cəlb olunanlardan, daha sonra onların klubundakı çöküşündən gedir, bir məqama da toxnaq. AFFA indi də əl-qolunu çırmalayaraq Riçard Almeydanın məsələsinin üzərinə düşüb. Yayda ölkəmizdəki 5 mövsümü tamam olacaq braziliyalının millidə oynaması üçün önündə “yaşıl işıq yanacaq”. İndi hamımız Almeydaya “hörümçək adam” gözü ilə baxırıq. Sanki Riçard yığmaya gələn kimi bizi bütün çətinliklərdən çıxaracaq, mundialın, AÇ-nin final mərhələlərinin qapısını üzümüzə açacaq. “Bir güllə bahar olmur” fikrini AFFA-dakıların anlaması nə qədər çətindisə, hələ də yığmada “milliləşdirmə” siyasətinin davam etməsi, süni inkişafdan vaz keçə bilməməyimiz bir o qədər acınacaqlıdı. Qorx ki, Almeyda da AFFA-ya və yığmaya “hə” desə, sonra klubunda işləri çətinə düşər. Ortada Şeydayev, eləcə də daha öncə xeyli nümunə var. Göz gördüyündən qorxar. “Calaq siyasəti”nin qurbanı olmaq istəməyən papağını qarşısına qoyub, yaxşı-yaxşı fikirləşməlidi!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar