04 okt 19:25Yazar

“Qəbələ”nin xilası üçün

“Meydan düz, top yumrudu” - bu ifadəni çox eşitmişik. Çətin keçəcəyi gözlənilən, autsayderlə aşkar favoritin qarşılaşmasından öncə mütləq xatırlanır. Amma heç də həmişə bu deyim özünü doğrultmur. Hər iki komandanın heyətində iki əli, iki ayağı, bir başı olan 11 nəfər çıxış etsə də, güclü sayılanlar hakimin final fitindən sonra sevinən tərəfə çevrilirlər. Sürprizlər, istisnalar da yaşanır. Bu hal isə təkcə meydanın düz, topun yumruluğu sayəsində yox, oyundan əvvəl şans verilməyən komandanın futbolçularının əzmkarlığı sayəsində mümkün olur. Bəzən də arxayınlıq, bəxtin üz döndərməsi və ya hakimlərin kobud səhvləri nəticənin müəyyənləşməsinə təsir göstərir. Son illər bu amillərin sırasına bukmeker kontorlarının əlinə oynamaq da əlavə olunub. Uzun illərdi mətbuatın yazdığı öz təsdiqini tapdı. Məlum oldu ki, UEFA-nın arxivində Azərbaycan klublarının oyun alğı-satqısıyla bağlı yetərincə fakt toplanıb. Bizimkilər də iki-üç əlsiz-ayaqsız klubu bada verdilər. Ortaya ciddi fakt qoymağa cəsarət göstərmədən aşağı divizionda gün keçirən futbolçuların bəzilərini cəzalandırmaqla gözə kül üfürdülər. Bununla da UEFA-nı sakitləşdirdilər.
UEFA-nın ofisi uzaqdadı. Yaxında olanlar bilir ki, divizionda yaşananların daha betəri premyer-liqada baş verir. Mövsümün təqvimi bəlli olan kimi onu qarşısına qoyub “filan-filan oyunlar mənlikdi, həll edəcəm” deyən “mütəxəssislər” Azərbaycan futbolunda uzun müddət meydan sulayıb. Hakimlərə “şirinlik” göndərənlər də tanıyırıq, rəqib komandanın müdafiəçisini və ya qapıçısını “axşamüstü çay içməyə çağıran” da. Bütün bu yaşananların içində “təmiz” qalmaq, “qaynar qazan”dan yan keçmək heç də hər adama nəsib olan iş deyil. Oyun alveri ilə məşğul olmaq təkcə rəqibi pulla almaq, öz komandanın qələbəsini təmin etmək deyil. Bəzən hansısa güclü komandanın futbolçuları da zəif komanda ilə qarşılaşmada meydanda can qoymur və bununla da dolayısı ilə kimlərinsə qara məqsədlərinə xidmət etmiş olurlar.
“Qəbələ”nin “Kəpəz”ə uduzmasının səbəblərini düşünərkən bütün bunları gözlərimizin önündən keçirdik. Kiminsə günahını alıb, adını ləkələmiş olmayaq. Bəli, “qırmızı-qaralar” meydanın düzlüyündən, topun yumruluğundan, “Kəpəz”in də meydana iki əli, iki ayağı, bir başı olan 11 futbolçu ilə çıxmasından “ziyan” çəkmiş ola bilər. Bəlkə də gəncəlilər onlardan əvvəl “Neftçi”nin qələbə qazandığını eşidərək, meydana ikiqat əzmlə çıxıblar. Heç bir halda Şahin Diniyevin yetirmələrinin qazandığı qələbəyə kölgə salmaq, qələbənin əhəmiyyətini azaltmaq istəmirəm. Amma Qəbələdəki 90 dəqiqəni çox diqqətlə izləmişəm. Ondan sonra oyunun seçmə epizodlarının təkrarına da baxmışam. “Kəpəz” ilk altı turda gördüyümüz “Kəpəz” idi. Gəncə təmsilçisinin əl-ayaq açmasının, “Qəbələ”ni iki cavabsız qolla məğlub etməsinin səbəbini izah etmək çətindi. “Kəpəz” əvvəlki illərdə də “Qəbələ”nin önünü kəsməyi, Qriqorçuku məyus etməyi bacarıb. Deməli, ukraynalı mütəxəssis bu dəfə komandasını daha diqqətli olmağa səsləməli, rəqibə ikiqat ciddi yanaşmağı tələb etməliydi. Etmişdimi? Bunu görə bilmədik. Ən azı “qırmızı-qaralar” həmin tapşırığı alana bənzəmirdilər. Meydanda ayaqlarını sürüyən, 90 dəqiqənin tez başa çatmasını arzulayan 11 “Qəbələ” futbolçusu var idi. Onlar çıxış etdikləri komandanın ad-sanına, hədəflərinə yaraşmayacaq dərəcədə pis oynayır, həvəssiz görünürdülər.
Ola bilsin ki, “Qəbələ”nin büdcəsi azaldılıb, əvvəlki illərdə olduğu qədər mükafat verilmir, maaşda gecikmə yaranır. Bütün bunlar Qriqorçuka və onun yetirmələrinə “Kəpəz”ə belə biabırçı oyunla uduzmaq haqqı vermir. Son iki mövsümdə “Qəbələ” Avropa Liqasının qrup mərhələsində oynayırdı. Komandanın oyununda eniş yaşananda, xal itkiləri olanda bunu gərgin qrafikin gətirdiyi yorğunluqla əlaqələndirirdik. Belə çıxır ki, “Qəbələ”ni formada saxlayan, tonusu yüksək tutan elə qrup mərhələsi, avrokubokların gətirdiyi gərginlik imiş. Bu yay avrokuboklarda yolu qısa olan “Qəbələ”ni çempionluğa əsas namizəd sayan, komandanın “Qarabağ”ın iki “cəbhə”də döyüşməsindən yararlanacağını düşünənlər yanıldı. 7 oyun keçirən “Qəbələ” bunların üçündə qələbəyə həsrət qalıb. Əsas rəqibiylə yanaşı, çempionatın autsayderi “Kəpəz”ə də uduzub. Deməli, narahatlıq üçün ciddi əsaslar var.
“Qəbələ” Azərbaycan futbolunu qitə səhnəsində uğurla təmsil etməklə yanaşı, çempionata rəng qatan, rəqabətin yüksək səviyyədə olmasına xidmət edən komandadı. Bölgə təmsilçisi klub olaraq da futbolumuz üçün böyük işlər görür. Qəbələdə fəaliyyət göstərən akademiyada yaradılan şəraiti, uşaq futboluna peşəkar yanaşmanı xatırlamağımız yetərlidi. “Qəbələ” Azərbaycan futbolunun dəyəridi. Bu dəyəri hamımız birlikdə qorumalı, onun böhrandan xilas olmasına çalışmalıyıq. Əminəm ki, klub rəhbərliyi də, Qriqorçuk da bu çağırışı qəbul edəcək, çempionatda yaranmış fasilədən maksimum faydalanacaqlar. Toparlanmaq zamanıdı!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 01:45 Şəhriyar Dinq Lirenə məğlubiyyəti unuda bilmir Dünən, 01:43 Valideynləri Mahir Mədətovla bağlı danışmaq istəmədi Dünən, 01:42 Ceyhun Sultanov Portuqaliyaya getdi və qayıtdı Dünən, 01:41 Qazaxıstanla Qırğızıstan öndə, Latviya geridə Dünən, 01:40 İntizam Komitəsindən cəza yağdı, cərimələr 100 mini ötdü! Dünən, 01:38 “Uğursuzluğun bir qolu da hakimliklə bağlıdı” Dünən, 01:37 Təbrizlilər ÇL-lə qələbəsiz vidalaşdı Dünən, 01:36 Əliyar Ağayev MS - “Barsa” oyununu idarə edəcək Dünən, 01:34 “Araz” debütantla bacarmadı Dünən, 01:33 “Zirə”nin 5 oyunda haqqı yeyilib Dünən, 01:22 Zaur Axundov mövsümün sonunu işarə verdi Dünən, 01:20 “Keşlə” Sumqayıtı şoka saldı Dünən, 01:18 Karlsen Məmmədyarovu əsas rəqib sayır Dünən, 01:16 Xatirə turnirini bu dəfə SOCAR təşkil edib Dünən, 01:14 AFFA-nın səhvi narazılıq doğurdu Dünən, 01:14 İki komanda yarımfinalda Dünən, 01:12 “Qaradağ Lökbatan” üçün “əcəl zəngi” Dünən, 01:11 İkisi köhnə, biri təzə Dünən, 01:09 Kubokun qalibləri sırasına yeni ad düşəcək Dünən, 01:08 “Qəbələ” parlaq oyunla “Neftçi”ni yolundan sildi 18-04-2018, 20:17 “Lokomotiv” və “Sərhədçi” finalda 18-04-2018, 20:16 Yığma sabah toplanışa başlayır 18-04-2018, 19:58 Yığmanın növbəti rəqibi Qazaxıstan oldu 18-04-2018, 19:57 “Qarabağ” kubokuna nə vaxt qovuşacaq? 18-04-2018, 19:56 Cavid Hüseynov kubokun qazanılmamasını faciə sayacaq 18-04-2018, 19:53 Mahir Mədətov yenə intizamsızlığın qurbanı olub 18-04-2018, 19:51 “Zirə”nin sadiq azarkeşi Ayxan Abbasovda günah görmür 18-04-2018, 19:49 Muradov darmadağına sevindi 18-04-2018, 19:48 Mətbuat katibləri 3 xalı 3 qolla qazandı 18-04-2018, 19:47 “İdman Azərbaycan”ın kapitanı Moskva planlarını açıqladı 18-04-2018, 19:45 Final yolunda son savaş 18-04-2018, 19:44 Turdan məqamlar 18-04-2018, 19:42 Turun statistikası 18-04-2018, 19:40 Turun məşqçisi 18-04-2018, 19:39 Hakimlərin turu: 3 penalti, 2 qırmızı 18-04-2018, 19:37 Turun oyunçusu 18-04-2018, 19:36 Turun sitatı 18-04-2018, 19:35 Hakimlərin mühakiməsi 18-04-2018, 19:33 Tura çempion start verəcək 18-04-2018, 19:30 İzləyicisindən liderə şok: fərq 3-ə endi 18-04-2018, 19:29 Quba Olimpiya Kompleksinin direktoru AFFA-dan kömək istəyir 17-04-2018, 15:43 Günay Məmmədzadə AÇ-də ilk “10-luq”dadı 17-04-2018, 15:41 Atıcımız gerilədi 17-04-2018, 15:40 Polina Türkiyə üçüncüsü oldu 17-04-2018, 15:38 Kramnik şahmatçımızın kumirinə çevrilib 17-04-2018, 15:31 “Qarabağ” növbəti “qızıl”ı bu həftə təmin edə bilər! 17-04-2018, 15:30 Abasovun əvəzetmələri işə yaradı 17-04-2018, 15:27 “Qəbələ”, 1:1-lərlə hara belə? 17-04-2018, 15:24 Çempion "Kəpəz”lə bacarmadı 17-04-2018, 15:21 Fikrət Orman Bakıya gəlir 17-04-2018, 15:16 Cüdoçular Rusiyada üçüncü oldu 17-04-2018, 15:15 “Azərreyl” yenilgisiz bitirə bilmədi 17-04-2018, 15:13 Tural Hümbətovun Monteneqroda debütü uğursuz alındı 17-04-2018, 15:12 “İdman Azərbaycan” dünya çempionatına vəsiqə qazandı 17-04-2018, 15:11 “Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri? 17-04-2018, 15:08 “Kəpəz”də biletlə bağlı növbəti biabırçı səhv 17-04-2018, 15:06 “Kəpəz”in “Qarabağ” “kabus”u 24-ə çatdı Bütün xəbərlər
Ən çox oxunanlar