24 sen 23:00Yazar

Macəra dolu ...20 il

“Futbol+”in ilk sayının işıq üzü görməsinin 20 illiyinin, deməli, tarixi olayın ərəfəsindəyik. Əlbəttə, mənə, hər bir “Futbol+”çiyə tarixi görünən olay başqasına görünməyə bilər. Amma ona da əminəm ki, həm səlnaməçilər, həm də mətbuat tarixini araşdıranlar “Futbol+”ə layiq olduğu qiyməti verəcək.
Çox tez-tez dost-tanış arasında, sosial şəbəkələrdə “Futbol+”in məktəb olduğuna dair fikirlər eşidirəm, oxuyuram. Artıq 20 ildi burda olduğumdan və başqalarına qəribə, fərqli görünən məqamlar mənim gözümdə adiləşdiyindən, adətən, belə fikirlərdən, komplimentlərdən qaçmağa çalışıram. Amma qəlbimin dərinliklərində həm də qəribə məmnunluq duyuram. Bilirsiz, niyə? Cavanlığımızı ölkə idman jurnalistikası (həm də təkcə jurnalistika üçünmü?!) üçün dəyərli, savadlı, keyfiyyətli, vicdanlı kadrların hazırlanmasına, bəzən parta arxasından birbaşa redaksiyaya gələn yeniyetmə istedadların həm də bir şəxsiyyət kimi formalaşmasına sərf etdik, bu yolda yorulmadıq, usanmadıq, mükafatımızı heç bir başqa yerdə yox, Allahın lütfündə və mərhəmətində axtardıq.
Yaradıcılıq elə qəribə sahə, elə məşğuliyyətdi ki, burda fərdiliklə bəşərilik arasında çox incə sərhədlər var. Məsələn, adam hansısa müəllifin yazısında qeyri-adi ifadə, bütün vücudunu titrədən söz görəndə istər-istəməz silkələnir, başqasının uğuruna, daha doğrusu, sözlə necə uca zirvələri fəth etməyin mümkünlüyünə sevinir. Eyni zamanda, söz, ifadə ictimailəşəndə artıq hamının olur, hər kəs fikrin necə ustalıqla ifadə olunmasından ləzzət alır. Azərbaycanda jurnalistika indi hər nə qədər dəyişikliklərə, zamanın və texnoloji yeniliklərin sınaqlarına məruz qalsa da, yenə də Əlahəzrət Sözə biət edən, ona tapınan, vicdanla xidmət edən adamlar var. Biz, yəni “Futbol+” qəzetini yaradanlar, bu gün də onu həvəslə yaşadanlar həyatda daim oxucuya xidmət, ona və sözə sədaqət yolunu tutduq. Çətinlikləri, problemləri yaxınlarımızdan başqa kimsə bilmədi, bəzən gecələr redaksiyada yatıb qaldıq, “görəsən, hansı məhlədə işıq olar” düşüncəsiylə kompüterlər qucağımızda küçə-küçə gəzdik. Amma ona əmin olun ki, “bəlkə qəzetin bu sayı çıxmasın, belə fədakarlıq kimə lazımdı” düşüncəsi heç ağlımızın ucundan da keçmədi.
Qəzetin adını müxtəlif ucuz oyunlara, intriqalara çəkmək istəyənlər, bizə hər cür zərbə vurmaq istəyənlər, sadəcə, heç bir səbəb göstərmədən bəyənməyənlər də olub, var və olacaq. Amma biz heç vaxt bütün bunlara fikir verməmişik. Dostlara Allahdan cansağlığı, uğurlar, bizi istəməyənlərə də yalnız və yalnız Uca Tanrının mərhəmətinə sığınmağı və bir də böyük sevgi arzulamışıq.
Daha nə deyim?! Təbii ki, yubileylə bağlı müəyyən fikir, ideya və planlar var. Mövcud imkanlar daxilində nələrsə etməyə çalışırıq ki, dəyərli oxucular da bu proseslərin içində olacaq və hər şeydən xəbər tutacaqlar. Allah sizi və “Futbol+”i qorusun!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu Bu gün, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı Bu gün, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq Bu gün, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür Bu gün, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq Bu gün, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub Bu gün, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb Bu gün, 00:47 Son anda fərqli qərar verilsəydi... Bu gün, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı Bu gün, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs Bu gün, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? Bu gün, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar