17 sen 15:30Yazar

Futbol həvalə ilə idarə olunanda

Başlayaq ondan ki, AFFA yeni mövsümdə iştirak edəcək klubların sayını açıqladı. Məlum oldu ki, Azərbaycanın bölgələrində futbolun məhvi prosesi uğurla davam etdirilir. Bu dəfə cəlladın kəskin bıçağı Qazax, Mingəçevir və Qusarı futbolsuz qoydu. Bununla da ölkədə fəaliyyət göstərən peşəkar futbol klublarının faktiki sayı 18-ə endi. Onların da mütləq əksəriyyəti paytaxt Bakını təmsil edir. İllər öncə deyilmiş “Azərbaycan çempionatı Bakının açıq birinciliydi” aforizmi təsdiqini tapır.
Qusar komandası başqalarına nisbətbən bu qərarı daha böyük qəzəb və etirazla qarşıladı. “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayevin Dağıstan çempionatında iştirak edəcəkləri ilə bağlı dedikləri isə aydın səmada çaxan şimşək effekti yaratdı. Doğrudu, sonradan həmin açıqlamalar redaktə olundu. Belə çıxdı ki, ya onun sözləri müəyyən adamların narahatlığına səbəb oldu, ya da Əlibabayev sözünün məsuliyyətini dərk edərək, düzəliş edilməsini istədi. Əlbəttə, belə fikirlər cox təhlükəlidi və Azərbaycana başucalığı gətirmir. Amma futbolumuzun başbilənləri də bəzi reallıqları nəzərə almağa məcburdu. Azərbaycan dövlətinin başçısı regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayırır, Qusarda turizmin inkişafı üçün milyonlar xərclənib. Amma AFFA Qusarın futbol klubuna aşağı divizionda iştirak üçün icazə vermir. Heç kim oyun alğı-satqısı ilə bağlı nağıllar danışmasın. AFFA-nın eyni cibdən maliyyələşdirdiyi və elitada çıxış edən 5 klub haqda da oxşar mülahizələr irəli sürmək mümkündü. Adamlar futbol oynamaq istəyir. Mən bildiyim qədər Qusarda bu il uşaq futbolu yenidən dirçəlişə qədəm qoymuşdu, uşaq komandalarının sayını artırmışdılar. Biz onlara futbol oynamağa şərait yaratmamaqla özümüzdən küsdürürük, araqaraşdıranlara meydan açırıq.
AFFA-nın Nizamnaməsində qurumun vəzifələri çox aydın şəkildə yazılıb: ə) üzvlərinin birgə maraqlarını müdafiə etmək; f) Azərbaycanda futbolu inkişaf etdirmək üçün perspektiv plan işləyib hazırlamaq... AFFA indiki halda “Şahdağ”ın maraqlarını müdafiə edirmi? Edirlərsə, açıqlasınlar. Desinlər ki, biz hələ ötən mövsümün sonunda filan gündə “Şahdağ”ın rəsmilərini görüşə çağırmışdıq, nöqsanları izah edib, sentyabra qədər onların aradan qaldırılmasını istəmişdik. Yaxud da “f” bəndinin tələbləri yerinə yetirilirmi? Futbol qurumu ölkədə top oyununun inkişafı üçün hansı perspektiv planlar hazırlayıb, hansı siyasəti həyata keçirir? Bizdə futbol inkişaf etmir, əksinə ildən-ilə məhvə sürüklənir. Həvəskar San Marinonu iki dəfə məğlub edib, 10 xal toplamağımızı gözümüzə soxmayın. Saxta və şişirdilmiş rəqəmlərlə futbolçu və peşəkar klubların sayının artdığını da iddia etməyin. Hər şey gözümüzün önündədi. Premyer-liqada və aşağı divizionda iştirakçıların sayı sürətlə azalır. Ən acınacaqlısı odu ki, bu azalma daha çox bölgə təmsilçilərinin və AFFA-dan asılı olmayanların məhvi sayəsinə mümkün olur.
Azərbaycan futbolunda fövqəladə vəziyyətdi. Nələrinsə dəyişməsinə, xərclənən milyonların qarşılığında işə daha peşəkar və ürəklə can yandırılmasına ehtiyac var. Futbolumuza ayrılan milyonlar bir qrup insanın şəxsi mənafeyinə sərf olunmamalı, təyinatı üzrə xərclənməlidi. 70-dən çox rayonu, 10 milyona yaxın əhalisi olan, hər il futbola 30 milyona yaxın pul xərclənən bir ölkədə cəmi 18 klubun peşəkar çempionatlara qatılması rəzalətdi. Və bu ayıb birbaşa AFFA-nı idarə edənlərindi. Həyəcan təbilinin səsini eşitməyin zamanıdı, cənablar. İl ərzində azı 4 dəfə toplanmalı olan AFFA İcraiyyə Komitəsi cəmi bir iclas keçirib. Dekabrın son gününə isə çox az qalıb. Belə çıxır ki, qalan ayların hərəsində bir dəfə toplaşıb, sayı dolduracaqlar? İK fəaliyyətsiz, AFFA prezidenti də laqeyddi. Vitse-prezidentlər də öz kefindədi. Faktiki Azərbaycan futbolunu idarə etmək qurumun baş katibi Elxan Məmmədova həvalə olunub. O da bu həvalədən məharətlə istifadə edir. “Uğurlu” idarəçiliyin nəticəsidi ki, bölgə klublarının fatehəsi verilə-verilə, ölkə futbolu paytaxta toplanır. Bununla da gələcəkdə “milliyə futbolçu tapmırıq, təcili üç dağıstanlıya, beş türkiyəliyə, iki iranlıya Azərbaycan pasportu düzəltməliyik” bəhanəsinə zəmin hazırlanır. Diqqət yetirin, U-21-in heyətinin yarısı əcnəbilərdi, amma komanda faciəvi nəticələr göstərir. Belə vəziyyətdə İK təcili toplanmalı, çıxış yollarını müzakirə edib, əsaslandırılmış şəkildə məşqçi dəyişikliyi etməliydi. Əvəzində Elxan Məmmədov Yaşar Vahabzadəni yanına çağırıb, onu istefaya göndərdi. Sonra da U-21-i Samir Ələkbərova həvalə etdi. U-19-da Nazim Süleymanovun Təbriz Həsənovla əvəzlənməsi prosesi də belə olmuşdu.
Bütün bu proseslər AFFA Nizamnaməsinin pozulması, İK-nın formal bir quruma çevrilməsinin isbatıdı. Azərbaycan futbolu həvalə ilə idarə olunur. Hamı işi bir-birinə həvalə edir. Bundan artığını gözləməyək. Bu gedişlə biz Bakı çempionatı keçirib, San Marino üzərində qələbəyə 50 min manat mükafat verməyə məhkumuq. Bacarırsızsa, gülümsəyin, cənablar!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar