10 sen 14:12Yazar

Toru cırıq, otu yanıq AFFA stadionları

Biz uzun müddət AFFA-ya çağırış edirdik ki, millinin oyunlarını bölgələrdə də təşkil etmək lazımdı. Çünki əyalətdə yaşayan futbolsevərlərin heç də hamısının paytaxta gəlmək, ölkəsinin millisini canlı izləmək imkanı yoxdu. Ən azı aşağı yaş qrupları üzrə komandalar oyunlarını rayonlarda keçirsəydi, həmin gün əsl futbol bayramı yaşanardı. Bununla da millimizin futbolçuları da özlərini yalqız hiss etməz, minlərlə azarkeşin dəstəyi ilə meydandan can qoyardılar. Nəzərə almaq lazımdı ki, gənc və yeniyetmə futbolçular üçün azarkeş dəstəyi daha vacibdi. Amma AFFA-nın yanlış siyasəti, qərar verən ixtiyar sahiblərinin paytaxta olan sevgisi millimizin bölgələrə yolunu bağlayıb, rayonlardakı sadə insanları da bu sevincə həsrət qoyub.
Hamımızın yadındadı, birvaxtlar “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov AFFA-nın rəhbər şəxslərini, konkret Elşad Nəsirovla Elxan Məmmədovu kabinetlərdən çıxmağa, Lənkərana gəlib “böyük oyun”u canlı izləməyə çağırmışdı. Cavabı nə oldu? Sözsüz ki, onlar Bakını tərk etmədilər. Əvəzində Süleymanovun özünün stadionlara girişini uzun müddətə qadağan edib, “Neftçi”yə böyük məbləğdə cərimə kəsdilər. Azərbaycan futbolu belə idarə olunur, əzizlərim. Belə idarəçiliyin fonunda hansısa inkişafdan danışmaq mümkündümü? Ölkə kubokunun Qəbələdə keçirilən “Qarabağ” – “Neftçi” finalına AFFA-nın rəhbərliyindən heç kimin getməməsi də elə yaxın keçmişdə gözlərimizin önündə yaşanıb. Elxan Məmmədovun Qəbələyə getməsinə maraqlı bəhanə uydurmuşdular. Guya baş katib gecə-gündüz Azərbaycan futbolunun inkişafı üçün yeni Dövlət Proqramının hazırlanması ilə məşğul imiş. Üstündən nə qədər vaxt keçdi, amma cənab Məmmədovun “yazdığı” proqramdan bir xəbər-ətər olmadı.
Bütün bunları sadalamağım səbəbsiz deyil. U-21 millimizin İrlandiya ilə oyunu zamanı tribunalardakı biabırçı mənzərəni hamı gördü. Tribunalarda ölü sükutu hökm sürür, boş oturacaqlar “göz oxşayırdı”. Yaşar Vahabzadənin məşqdə olduğu kimi futbolçularına dayanmadan göstəriş verməsini ekran başında əyləşənlər çox aydın eşidirdi: “pasla oyna”, “başını qaldır”, “o nə zərbədi vurursan?”... 21 yaşını tamamlamaq üzrə olan futbolçuya məşqçi dəqiqəbaşı bu cür göstərişlər verməməlidi. Yeməklə doymayan yalamaqla necə doyacaq? Türkiyədən bura basa-basa legionerlər gətiriblər. Onlardan da biri topu ayaqlarının arasından buraxır, o birisi də uğursuz driblinqlə rəqibin məhsuldar hücumuna kömək edir. Ay zalımlar, bu arkadaşlarımıza indiyə qədər türk abilərimiz top-top oynamağı öyrədə bilməyiblərsə, Vahabzadə binəva neynəsin?
Sözsüz ki, çalışdırıcını mətbuat konfransında dediklərinə, AFFA-nı ifşa etməsinə görə “dincəlməyə” göndərdilər. Siz indiyə qədər Elxan Məmmədovun dilindən “milliləşdirilən” futbolçuların legioner, bizə yad olmasıyla bağlı nəsə eşitmisiz? Adam inadla gözümüzün içinə yalan deyir ki, onların milliyə gətirdikləri əcnəbilərin hamısının Azərbaycanda qohumları yaşayır, heç də əlacsızlıqdan onlara qucaq açmayıblar. Vahabzadə isə açdı sandığı, tökdü pambığı. Gördülər ki, sevimli kadrları yorulub, əsəb gərginliyi səbəbindən nə danışdığına fikir vermir, Məmmədovun siyasətinə “protiv” gedir. Dərhal da məsələyə müdaxilə olundu. Biranlıq təsəvvür edək ki, U-21-in oyunları zamanı azarkeşlər tribunanı doldurur, futbolçulara dəstək verir. Onda heç Yaşar bəyin də səsi eşidilməyəcəkdi, o da həmin mənasız məşğuliyyətdən əl çəkib, yerində sakit oturacaqdı. Əvəzində isə azarkeş dəstəyi gənc futbolçuları ruhlandıracaq, daha böyük ürəklə irəli atılmağa, diqqətlə müdafiə olunmağa məcbur edəcəkdi.
AFFA millini Mərdəkana “sürgün” etməklə onu azarkeş dəstəyindən də məhrum edib. Şəhərin mərkəzindəki Respublika stadionu nə üçündü? O boyda idman qurğusundan nə üçün faydalı istifadə olunmur? Millini “Bakcell Arena”nın ala-bula qazonuna çıxarıb, bizi dünyaya biabır etdilər. 12 minlik stadionun yarısı güclə dolmuşdu. “Dalğa Arena”dakı görüntü isə daha ürəkağrıdıcı idi. Halbuki bu iki qarşılaşmadan birini Tofiq Bəhramovun adını daşıyan stadionda təşkil etmək ağıllı gediş olardı. Rayonlara getmək istəmədikləri məlumdu, bəs şəhərin mərkəzindən niyə qaçaq düşüblər? Mərdəkanda stadion inşası, vacib oyunların orda keçirilməsi uğursuz layihədi. Bunun isbatını artıq neçə dəfə görmüşük. Nə millimizin, nə də klublarımızın oyunlarında “Dalğa Arena” tam dolur. Hər kim maşın tutub, Mərdəkana gedə bilmir. İnsanları heç dağa-daşa salmağa ehtiyac da yoxdu axı. Respublika stadionu “Gənclik” metrosunun beşaddımlığında göz oxşayır. Amma AFFA-da oturan başbilənlər oranı görmək istəmir. Nə varmış ki, Mərdəkandakı və “8-ci kilometr” qəsəbəsindəki stadionlar özlərinindi. “Tofiq Bərhamov”da oynamağa görə isə “Qarabağ”a icarə haqqı ödəmək lazım gələcəkdi. Taleyin acı istehzasıdı ki, hər iki stadion AFFA-nın üzünü qaraltdı. Biri yanıq otu, o biri də cırıq qapı toru ilə. Nəticə çıxaracaqlarmı? Heç inanmağım gəlmir!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar