08 sen 13:50Yazar

“Futbol(unun) saatı” dayanan ölkə

Bu vaxta qədər AFFA-nı, qurumun boz binasında oturub “milliləşdirmə” mafiyasını idarə edənləri ən sərt dillə tənqid etmişəm, onlara nifrət və qəzəb püskürmüşəm. Amma düşünə bilməzdim ki, nə vaxtsa onların iyrənc əməllərindən elə bir həddə çatacam ki, dünya gözümdə qaralacaq, beynimə qansızma həddinə çatacam. Özümü o dərəcədə alçalmış və təhqir olunmuş Yaşar Vahabzadənin çalışdırdığı komandanın İrlandiya ilə oyununu izləyərkən hiss edirdim.
Cəmi 3 ay əvvəl Vahabzadəni və onun rəhbərliyi altında çıxış edən futbolçuları qəhrəman elan etmişdilər. İslam Həmrəyliyi Oyunlarında ayağı top tutmayan yeniyetmələri məğlub edib, dünyanın yeddinci qatına qalxanların qarşısına iki normal komanda çıxıb, onların qarşısında aciz qalıblar. Nəticə, məğlubiyyətlər cəhənnəmə olsun. Elə “milliləşdirmə” siyasəti də başlarına dəysin, heç qazandıqları pulların xeyrini görməsinlər. Amma bizi bu dərəcəyə çatdırmağa ixtiyarları yoxdu. Ayıbdı, utanıb yerə girsinlər. Bu mənfur siyasətə kimlərin rəhbərlik etdiyi hamımıza məlumdu. İllərdi ordan-burda tutub gətirdiklər çolaqları, topalları bizim futbolumuza calaq edirlər, millilərimizin heyətinə doldururlar. Allah onlara insaf versin, bir az vicdanları olsun. Onsuz da qaz vurub, qazan doldururlar. Əllərindən almaq fikrimiz, səlahiyyətimiz yoxdu. Elxan Məmmədov heç nə bacarmasa da, insanları bölməyi, komitələşdirməyi, susdurmağı yaxşı bacarır. Bütün əməllərinin yollarını hamarlaşdırıblar. Artıq nə veteranlardan əvvəlki kimi dillənən var, nə də mətbuatın təzyiqindən çəkinir. Kefi necə istəyirsə, Azərbaycan futbolunu elə də fırladır. Boynuna bir şey qoymaq, ona nəyisə sübut etmək çətindi.
“Şəmkir”in prezidenti Türkiyədən Bakıya səsini, hayqırtısını çatdırmağa çalışır, AFFA-nın baş katibini nişan verir. Əminliklə deyir ki, bölgə klubunun elitaya gedən yolunu Məmmədov bağlayıb. “Şərurspor”un prezidenti həbsxanadan çıxır, ilk müsahibəsindəcə baş katibdən şikayətlənir. Azərbaycan futbolundakı bütün hoqqaların başında onun dayandığını iddia edir. Amma bütün bunların izinə düşən, istintaq və yaxud müstəqil araşdırma aparan, qaranlıqları aydınladan yoxdu. Necə olur ki, hamı məhz onun adını çəkir, başqasının yox?! Çünki AFFA-da səlahiyyətcə ondan yüksəkdə olan adamların heç biri bilavasitə futbolla, boz binada gedən əməliyyatlarla maraqlanmır. Kef də düşüb ona. Kəsdiyi başın, yıxdığı evin hesabatını heç kimə vermir.
Mən bu günə qədər inanmamışam, İrlandiya ilə qarşılaşmadan sonra heç inanmıram. AFFA-nın binasında oturub, Azərbaycan futbolunu idarə edənlərin bir qram da bizim futbola sevgisi, xalqa məhəbbəti yoxdu. Olsaydı, bizi belə biabırçı duruma salmaq, ölkənin milli komandalarını futbolçu adının heç “f” hərfinə yaxın gəlməyənlərlə doldurmazdılar. Cənablar, Mustafa Özhitay ayaqlarının arasından o topu buraxanda hansı hissi keçirdiz? Utandızmı, xəcalət çəkdizmi? Axı o sizin əsərinizdi. Onu siz gətirmisiz, “azərbaycanlı”ya çevirmisiz. Harda, kimə qoydunuz? Necə əmin oldunuz ki, Azərbaycanda futbol oynayan gənclər arasında Mustafa səviyyəsində qapıçı yoxdu? “Milliləşdirin”, pulunuzu qazanın. Amma insafınız olsun. Bizimkilərdən güclüləri demirəm, heç olmasa, onlar səviyyəsində olanı gətirin. Sinəmizə çalın-çarpaz dağ çəkməyin. Cəzasız qalmağınızdan, işinizə nəzarət edib, sizdən hesabat istəyənin olmamasından belə qol-qanad açmayın. Əmin olun ki, bu millətin içində səsini ölkə başçısına çatdıracaq, sizin əməllərinizdən UEFA və FİFA-nı xəbərdar edib, havadarlarınızı da fakt qarşısında qoyacaq kifayət qədər ağıl və cəsarət sahibləri var. Və bir gün bütün bu əməllərinizə görə mütləq cavab verəcəksiz.
Yaşar Vahabzadənin İrlandiyaya uduzandan sonra mətbuat konfransında dedikləri isə AFFA-nın yarıtmaz siyasətinin ifşası idi. Adam AFFA-nın elektron qeydiyyat sistemində sayın az qala 200 minə çatmasının da, müxtəlif böyük şirkətlərin sponsorluğu ilə keçirilən aşağı yaş qrupları üzrə çempionatların da heç bir işə yaramadığını etiraf etdi. Bir Mahir Mədətovumuz var, onu “Bakı”nın Futbol Akademiyasında Hafiz Məmmədovun gələcəyə hesablanmış və böyük pullar bahasına araya-ərsəyə gələn layihələri sayəsində yetişdirmişik. 10 ildi Azərbaycanda kef-damaq içərisində yaşayan Bernard Lippert bizə nə verib? “Elit məşq”, Berlindəki futbol məktəbi, əcnəbi idman direktorları bizə nə qazandırıb? Məşqçilər Komitəsinin dahiyanə təkliflərindən sonra hansı müsbət dəyişikliklər baş verib? Buyursunlar, bu suallara cavab versinlər. Heç şübhəm yoxdu ki, cavab verə də bilməzlər. Onların əməllərinin cəzasını azarkeşlər də, futbolçular da çəkir. Son iki-üç ildə əllərini klublara da uzatdılar, onun da nəticəsi gözümüzün qabağındadı. 80 yaşlı “Neftçi”ni divizion səviyyəsinə salanlar da bu adamlardı.
Bu arada haqq sözün tribunasına çevrilən “Futbol saatı” verilişinin bağlanması da taleyin istehzasıdı. Futbolu olmayan ölkədə “Futbol saatı”na da ehtiyac yoxdu. Sözü verək Aslan Kərimova, “bəy tərifi”nə davam etsin.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar