06 sen 13:26Yazar

İki oyunun tərs dərsləri

DÇ-2018-in seçmə mərhələsinə uğurla start verən, üç oyundan sonra hesabına 7 xal yazan Robert Prosineçkinin rəhbərlik etdiyi yığma bizləri az qala göyün yeddinci qatına qaldırmışdı. Mən, sən, qonşumuz, qohumumuz, Əli, Vəli, bir sözlə, ürəyi Azərbaycan futbolu ilə döyünən 7-dən 77-yə hər kəs ölkənin əsas komandasını gələn il Rusiyada keçiriləcək mundialda görür, bir qədər imkanlı, futbolla maraqlanan həmyerlilərimiz eyforiyaya qapılaraq, qonşu ölkədə keçiriləcək dünya çempionatı kimi mötəbər turnirə yollanmağın yollarını arayır, Prosineçkinin yetirmələrinin çıxış edəcəyi şəhəri “işğal planı”nı incələyirdilər. Lakin zalım fələk, daha dəqiq desək, Şimali İrlandiya və Norveç azərbaycanlı futbolsevərlərin arzsunu ürəyində qoydu. “Yaşıllar”a hər iki qarşılaşmada məğlub olan, skandinavlar qarşısında Osloda “ağ bayraq qaldıran” yığma bütün ümidlərin üstündən xətt çəkdi.
Seçmə mərhələnin ilk üç qarşılaşmasından sonra “artıq biz də “böyümüşük”, Avropanın böyük futbol ailəsinin bir üzvünə çevrilmişik” düşüncəsi ilə yaşayırdıq, ultramüdafiə taktikasına üstünlük verən, az qala 11 futbolçu ilə qapı önündə “avtobus” quran Berti Foqtsdan sonra yaradıcı futbola üstünlük verən Robert Prosineçkinin timsalında “axtardığımızı tapmışıq” fikri ilə yaşayır, xoş gələcək barədə xülyalara dalırdıq. Ancaq adalılarla istər Belfastdakı qarşılaşma, istər Bakıdakı cavab oyunu, istərsə də ötən həftənin cümə günü Norveç paytaxtında keçirilən qarşılaşma bir daha arzularla reallığın hər zaman uzlaşmadığını, gerçək durumla xəyalların çərçivəsini hələ də müəyyənləşdirə bilmədiyimizi ortaya qoydu. Klub səviyyəsində “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanması, yığmanın düşərgəsinə Qurban Qurbanovun yeddi yetirməsinin dəvət olunması bir çoxlarında elə fikir formalaşdırmışdı ki, “Kopenhagen” zəfərinin ardından yığma da Norveçi məğlub edib, DÇ-yə yollanmaq şansını davam etdirəcək. Ancaq ağdamlıların tarixi qələbəsinin təsiri altında onu unutmuşduq ki, millidə nə Dino Ndlovu səviyyədə çətin anlarda məsuliyyəti üzərinə götürə biləcək forvard, nə sol cinahın ağası olan Ansi Aqoli, nə də müdafiədə Yakub Jezniçak səviyyədə soyuqqanlı, ikili mübarizələrdə inamlı təsir bağışlayan müdafiəçi var. Şimali İrlandiya və Norveç Avropanın ortabablarından sayılır. Bu yığmalara qarşı keçirdiyimiz son üç qarşılaşma bir daha göstərdi ki, Azərbaycan millisi “köhnə qitə”də qapazaltı statusunu üzərindən götürsə də, hələ də özü ilə bağlı ortabab, “bərk qoz” imicini formalaşdıra bilməyib. Baxmayaraq ki, San Marino ilə dünənki qarşılaşmada yığmanın heyətində 110-cu oyununu keçirən Rəşad Sadıqov uzun fasilədən sonra adını tabloya yazdıra bildi, baxmayaraq ki, milli tarixində ən böyükhesablı qələbəyə imza atdı, baxmayaraq ki, “Bakcell Arena”nın dünyanın siyasi xəritəsini xatırladan meydançasında yığma bütün komponentlərdə rəqibi üstələdi. Və ən əsası müstəqillik dönəmində milli seçmə mərhələ oyunlarında tsikl başa çatmamış artıq 10 xal toplamaqla ilkə imza atdı. Millinin “cırtdan”la görüşünü izlədikcə 3 gün öncə baş tutan qarşılaşmanı xatırlayır, iki matç arasında oxşar və fərqli məqamları tapmağa çalışırdım. Bir qədər düşündükdən, oyunu diqqətlə izlədikdən sonra belə qənaətə gəldim ki, Osloda olduğu kimi, bu qarşılaşmada da üstün olan, meydanda ağalıq edən, rəqibi öz qapsına doğru sıxışdırmağı bacaran meydan sahibləridi. San Marino millisinin üzvləri bizimkilərin qarşısında necə aciz təsir bağışlayırdılarsa, sentyabrın 1-də milli də skandinavlar qarşısında eyni vəziyyətdə idi. “Cırtdan” Bakıda meydanın mərkəzini keçməkdə, kombinasiyalı hücum qurmaqda necə çətinlik çəkirdisə, bizimkilər də “Ullevol”da eyni durumla üzləşmişdi. Fərq yalnız onda oldu ki, bizimkilər Norveç paytaxtında yaxaladığı iki real qol şansını boşa verməklə yadda qaldı, yarımpeşəkar heyətlə ölkəmizə səfər edən San Marino isə 90 dəqiqə ərzində əldə etdiyi yeganə qol imkanından maksimum yararlandı. Son oyun, yəqin ki, hələ uzun müddət millinin ən böyük qələbəsi kimi tarixdə öz yerini tutacaq, yığmada debüt matçı olduğuna görə Renat Dadaşov və Təmkin Xəlilzadə tərəfindən xatırlanacaq. Ancaq bu qələbə yığmaya Avropanın ortababları arasında özünə yer etməyə, autsayder statusundan xilas olmağa yetərli deyil. Bu statusu qazanmaq üçün isə ən azı ortabablarla görüşdə nəticə qazanmaq, sabit oyun sərgiləmək, davamlı nəticə qazanmaq lazımdı.
P.S. Müstqəllik dönəmində millinin rəsmi matçlarda ilk qələbəsində müstəsna xidməti olan, 1996-cı ildə İsveçrənin qapısına vurulan yeganə qolun müəllifi Vidadi Rzayevin dünən doğum günü idi. 50-ni başa vuran, 51-ə qədəm qoyan əfsanəvi futbolçunu milli də 5:1 hesablı qələbəylə təbrik etdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar