04 sen 18:32Yazar

Sən bizimsən, Azərbaycan!

2002-ci ilin payızında əsgərliyimin ikinci ayını bitirib, üçüncüyə qədəm qoymuşdum. Təvəzökarlıqdan uzaq görünsə də, həm ali təhsilli olduğuma, həm də bir az diribaşlığıma görə bölük komandirinin hörmət etdiyi əsgərlərdən idim. Bu imtiyazımdan yararlanıb, sentyabrın 7-də səhər yeməyindən sonra onun kabinetinə doğru istiqamətləndim. Qapını döyüb, içəri girmək üçün icazə istədim. Qəfil gəlişimdən yaranmış təəccübü “komandir, mən bu gün Bakıya getməliyəm” sözlərini eşidincə daha da artdı. “Nə baş verib, təcili nəsə var” sualına verdiyim cavabdan sonra isə üzünün ifadəsi tam dəyişdi. Mən futbola getmək üçün icazə istəyirdim. Bakıya getmək üçün söylədiyim səbəb zəhmli kapitana gülməli gəlirdi, amma ciddiyyətimi də hiss edir, onu aldatmadığıma inanırdı. Əlbəttə, xidmətdə cəmi iki ay keçirmiş əsgəri futbola baxmaq üçün qanuni ezamiyyətə buraxmaq olmazdı. Lakin komandirin mənə güzəşt edəcəyinə, yüngülvari “şirinliklə” məni arzuma çatdıracağına ürəkdən inanırdım. O da bilirdi ki, mən uşaq deyiləm, hərbi hissəni tərk etdikdən sonra məsuliyyətli davranacaq, axırı yaxşı qurtarmayacaq hansısa macəraya yol verməyəcəm. “Get, amma sabah bu vaxt elə burdaca mənə gəlişinlə bağlı məruzə edəcəyini unutma!” sözlərini eşidəndən cəmi 5 dəqiqə sonra evdən gətizdirib bölüyün anbarında gizlətdiyim mülki geyimimi əynimə keçirib, magistral yola doğru qanadlanmışdım. Zarafat deyildi, axşam saat 23.00-da Azərbaycan millisi İtaliya ilə qarşılaşacaqdı. Mən bu tarixi oyunu canlı izləmək fürsətini qaçıra bilməzdim. Bunun üçün xərcə də düşməyə, həyatımı riskmə atmağa da hazır idim. Həmin vaxtlar deyirdilər ki, Bakıda dolaşan patrul nəfərləri əsgəri mülki geyimdə belə olsa, hərəkətlərindən, saçının və üzünün qırxılmasından dərhal tanıyırlar. Ona görə də maksimum çalışırdım ki, yolumu avtovağzaldan, dəmir yolu vağzalından və metronun “20 Yanvar” stansiyasının həndəvərindən salmayım. Şükürlər olsun ki, başıma heç bir xoşagəlməz hadisə gəlmədi.
O vaxtkı pulla 10 min manata biletimi aldım, Kramarenkonun qoruduğu qapının arxasındakı sektorun taxta oturacaqlarının birindəki yerimi tutub, həyəcanla oyunu izləməyə başladım. Tərlan Əhmədovun avtoqol müəllifi olmasını saymasaq, qanımızı qaraldan heç nə baş vermədi. Del Pyeronun mükəmməl cərimə zərbəsinə qədər isə bizimkilər bir neçə dəfə əla oyunla azarkeşləri ayağa qaldırmış, italyanların gözünü qorxutmuşdu. Ertəsi təyin edilən saatda komandirin otağında ona Bakı səfəriminin heç bir xoşagəlməz hadisə baş vermədən yekunlaşdığı barədə məruzə etdim. Cavabında kapitan rütbəli komandirimizdən “Abuşov, necə yəni heç nə baş verməyib? Getdin, öz qapımıza qol vurdurdun, bu azdı? Səni “naryad”a göndərəcəm” sözlərini eşitməyim də tarixi oyuna canlı şahidlik etməyimin verdiyi zövqü korlamadı.
Oxşar xahişlə 9 aydan sonra yenidən komandirə müraciət etdim. Bu dəfə Serbiya və Çernoqoriya ilə oyuna yollanmaq həvəsindəydim. Əvvəl xahişimə cavab vermədi. Sonra da mənimlə şərt kəsdi, “bu dəfə də millini uduzdursan, 3 sutka “naryad” alacaqsan” dedi. 2:1 hesablı tarixi qələbə, dramatik sonluq məni “dembel” vaxtımda “naryad”a getməkdən xilas etdi. Qolusarıqlı Zaur Tağızadənin meydana girməsiylə axarı tam dəyişən həmin qarşılaşma xatirimizdə silinməz izlər buraxdı.
Tarixin təkərlərini 15 il geriyə əbəs yerə fırlatmamışam. Sözümün canı odu ki, biz milli komandamızın oyunlarını belə həvəslə gözləmiş, qələbə qazanacağımıza güman olmayan qarşılaşmaları da böyük sevinclə izləmişik. Bizim üçün meydanda Azərbaycan Milli Komandasının oynaması, hakimin start fitindən öncə üçrəngli bayrağımızın dalğalanması və möhtəşəm himnimizin səslənməsi yetərli olub. İndiyə kimi yadımdadı. Soyuq fevral axşamlarının birində millimiz səfərdə Serbiya və Çernoqoriya ilə qarşılaşırdı. İş elə gətirmişdi ki, mənim posta çıxmağım oyunun başlama saatı ilə üst-üstə düşürdü. Posta isə nəinki telefon, heç radio da aparmağa icazə yox idi. Növbənin dəyişməsinə nəzarət edən tağım komandirinin müavinində qulaqcıqlı radio olduğunu bilirdim. Ayağımı postun pilləkənlərinə qoyanda ondan xahiş etdim ki, radiodan reportajı izləsin, mən geri qayıdanda hesabı dərhal mənə desin. İki saatdan sonra çavuş Sadıqovun necə böyük sevinclə “Amal, təbriklər! Bizimkilər uduzmadı, 2:2 oldu” deməsini indiyə kimi xatırlayıram.
İllərdi AFFA-nın yarıtmaz “milliləşdirmə” siyasəti, hər yoldan keçənin ölkənin milli komandasına doldurulması qəlbimizi incidir, bizi həvəsdən salır. Amma nə etsələr də, qəlbimizdəki duyğuları, millimizə olan sevgimizi azalda bilməyiblər. Heç bundan sonra da bacarmayacaqlar. Çünki bu komanda bizimdi, vətənimiz Azərbaycanın doğma dəyəridi. Bu gün yenə millimizin oyunu var. Özümüz orda olmasaq da, ürəyimiz Osloda döyünəcək, millimizlə birgə. Uğurlar, bizim Azərbaycan!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar