31 avq 22:41Yazar

"Neftçi"dəki böhranın əsas səbəbləri

"Neftçi"nin çempionatdakı uğursuz startı gözlənilən idi. Büdcəsinə görə yalnız "Qarabağ"la "Qəbələ"dən geri qalan "ağ-qaralar"ın oyun baxımından autsayderlərdən olacağını proqnozlaşdırmaq o qədər də çətin deyildi. Yalnız "Şalke-04" ilə yoldaşlıq görüşündə futbolçular bir qədər əzmkarlıq göstərsə də, həmin matçda da oyun dəst-xəttinin olmadığı aşkar görünürdü. Nəticə özünü çox gözlətmədi. Çempionatın ilk iki oyununda "Qarabağ"a və debütant "Səbail"ə uduzan komanda baş məşqçi Elxan Abdullayevlə vidalaşmalı oldu. Elxan müəllimin yerinə gətirilən Elşad Əhmədov isə ciddi dəyişiklik edə bilmədi və "Kəpəz"lə qarşılaşmada da "Neftçi" qələbəyə həsrət qaldı. Düzdü, Əhmədovun belə tez komanda oyunu qurmaq üçün sehirli çubuğu olmalıydı.
Aşkar autsayderlərlərlə oyunda cəmi 1 xal qazanan flaqman “dişsiz” və istəksiz təsir bağışlayır və belə davam etsə, nəinki medallar, əksinə, premyer-liqada qalmaq uğrunda mübarizə aparacaq. Bəs bu “dişsizliyin” və istəksizliyin kökü nədədi?
Əslində bu sualın cavabını istefasından sonra Elxan Abdullayev verib. Komandada oyunbaşı mükafat sistemi yoxdu. Futbolçular sabit maaşını alıb kef edir. Belə olan halda kollektivin istəksizliyinin səbəbi anlaşılır. Onsuz da əksər futbolçular yaxşı bilir ki, bitəndən sonra heç biriylə müqavilə müddəti uzadılmayacaq. Risk edib zədə almaqla özlərinə əlavə problem yaratmaq istəmirlər. Buna xüsusi diqqət çəkən Elxan Abdullayevi indi gözəl başa düşürəm. Elşad Əhmədov yox, Tərlan Əhmədov gəlsə, Maşallah Əhmədov həbsdən çıxsa, Əhməd Ələsgərov dirilsə, bütün əhmədlər və əhmədovlar bir yerə toplaşsa da, bu vəziyyətdə uğur qazanmaq mümkün deyil. İnsafən, bəzi futbolçular var ki, bu şərtlərlə belə meydanda can qoyur. Məsələn, Rəhman Hacıyev və Mirabdulla Abbasov. Amma Abdullayev onlara çox güvənmirdi. Bu mənada bəlkə də Əhmədovun təyinatı yaxşı variantdı. Buna qədər əvəzedicilərə rəhbərlik etmiş mütəxəssis həm özünü, həm də keçmiş komandasındakı istedadlı gəncləri göstərmək üçün ideal şans qazanıb. Millilərin oyunları ilə bağlı yaranan fasilə "Neftçi"nin toparlanması, yeni oyun modelinin və heyətin formalaşması, getmək istəyənlərin bəribaşdan yola salınması və zəif mövqelərin yeni futbolçularla gücləndirilməsi baxımından göydəndüşmə imkandı. Düzdü, klubun maliyyə durumu ürəkaçan deyil. Aşağısəviyyəli legionerlərə xərclənən böyük paralar işləri çətinə salıb. Amma çempionat yeni başlayıb və bu heyətlə yola davam etməkdən başqa çarə yoxdu...
Elşad Əhmədov işə böyük entuziazmla girişib və komandadakı ən zəif nöqtələri dərhal deməklə doğru yolda olduğunu göstərir. Futbolçuların fiziki hazırlığının bərbad olduğunu dilə gətirən gənc mütəxəssis bu işə cavabdeh olanların vəzifələrinin öhdəsindən gəlmədiyinə işarə edir. Əhmədovun dediklərini sıravi azarkeşlər də müşahidə edirdi. Məsələn, "İnter"də gözəl qollar vuran Ruslan Abışov özünə bənzəmir. Bəziləri hətta onun futbolunun bitdiyini deyir. Amma bir neçə ay öncə keyfiyyətli oyunla seçilən kapitanın problemi bəlkə də özündə yox, bacarıqsız fiziki hazırlıq məşqçilərindədi?!
Komandada ciddi və radikal addımlara, islahatlara ehtiyac var! Çıxış yolu oyunbaşı mükafat olmadan var gücünü meydanda qoymaq istəməyən futbolçularla müqavilələri pozmaq, bu alınmasa, onların yerinə əvəzedici heyətdən gəncləri cəlb etmək ola bilər.
Bütün gücünü meydanda qoyacaqları təqdirdə belə bu legionerlər "Neftçi" səviyyəsində deyil... Vəli Qasımovla Elxan Abdullayevin ən böyük səhvi belə keyfiyyətsiz futbolçuları gözüyumulu almaları idi ki, bunun ağır nəticəsini hələ uzun müddət klub çəkəcək...
Radikal addımlardan birincisi bu futbolçularla xoşluqla müqavilələri pozmaqdı. Əminəm, yerli futbolçulara və hətta gənclərə güvənilsə, yekun bu legionerlərlə alınacaq nəticədən pis olmayacaq! Görünən budu! Necə ki öncədən bu komandanın azarkeşlərin ümidlərini puç edəcəyi proqnozlaşdırılırdı. İndi söz Elşad Əhmədovda və "Neftçi" rəhbərliyindədi. Çempionatdakı fasilədən lazımınca istifadə edilməsə, sonra gec olacaq. Sonrakı peşmanlıq isə heç vaxt fayda vermir...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Bu gün, 01:20 “Qarabağ” Avropada tək deyil Bu gün, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Bu gün, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Bu gün, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Bu gün, 01:14 NTD: ardıcıl ikinci dəfə Bu gün, 01:13 İki boksçumuz yarımfinalda Bu gün, 01:12 Liderdən ağır məğlubiyyət Bu gün, 01:11 Natalya finalda çökdü Bu gün, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Bu gün, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Bu gün, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Bu gün, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Bu gün, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Bu gün, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Bu gün, 00:18 Turun statistikası Bu gün, 00:15 Turun məşqçisi Bu gün, 00:13 Hakimlərin mühakiməsi Bu gün, 00:12 Turun oyunçusu Bu gün, 00:10 Turun sitatı Bu gün, 00:09 Turdan məqamlar Bu gün, 00:06 Debütant zirvəni fəth etdi Bu gün, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Bu gün, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Bu gün, 00:01 “Sülh”lə başladılar Dünən, 23:59 “Qəbələ” ilk titulunu qazandı Dünən, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu Dünən, 13:16 “Kobra”dan növbəti qələbə Dünən, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu Dünən, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi Dünən, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Dünən, 13:05 “Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım” Dünən, 13:00 Qurban Qurbanov: “Deməzdim ki, rəqabətsiz çempion olmuşuq” Dünən, 12:55 “Qarabağ” çempionluğu Sumqayıtda rəsmiləşdirdi Dünən, 12:51 Ölkə kubokunun püşkü atıldı Dünən, 12:49 “Neftçi” şansını artırdı, “Zirə” azaltdı Dünən, 12:40 Qriqorçuk yenə hakimlikdən gileyləndi Dünən, 12:37 Ruslan Abışov bu dəfə qəhrəman oldu Dünən, 12:33 “Zirə”ni Maksimovun əvəzetmələri yıxdı Dünən, 12:28 “Yasamal” “Neftçi”nin medal şansını çətinə saldı Dünən, 12:26 Şəhriyar qələbəni məğlubiyyətə çevirdi Dünən, 12:24 Təbrizlilər üçün “sülh” həftəsi Dünən, 12:22 “Səbail”ə sərf etməyən heç-heçə Dünən, 12:17 Mərkəzi oyunda 2 dəqiqəyə 6 qol vuruldu Dünən, 12:16 “Keşlə”dən 13-cü heç-heçə 23-04-2018, 21:45 “Şövkət Orduxanov”da yenidənqurmaya start verildi 23-04-2018, 21:43 Klublar Komitəsi apreldə bir araya gəlməyəcək 23-04-2018, 21:42 Tərlan Əhmədovun sələflərindən fərqi 23-04-2018, 21:40 Ukrayna mətbuatı həmyerlilərinin uğurundan yazdı 23-04-2018, 20:06 İlqar Qurbanov Qriqorçukun qərarına hörmətlə yanaşır 23-04-2018, 20:03 “Keşlə”lilər üçün finalın qarşılığı: 3 min manat 23-04-2018, 20:02 Əliyar Ağayev MS-nin futbolçusunu meydandan qovdu 23-04-2018, 20:01 Azər Məmmədovun komandası Türkiyəyə gedir 23-04-2018, 19:59 Debütantlar turu darmadağınla yekunlaşdırdı 23-04-2018, 19:57 Cavid İmamverdiyev hələ qərar verməyib 23-04-2018, 19:54 “Qəbələ” hegemonluğunu davam etdirir 23-04-2018, 19:53 Elxan Məmmədov UEFA-nın tədbirində Bütün xəbərlər
Ən çox oxunanlar