30 avq 20:09Yazar

Orxan susanda...

“Neftçi”nin əsas dərdidi baza,
Dərdin əlacını qoymayın yaza.
“Sumqayıt”a etibar yoxdu,
3 xal verməz, qoyar özün naza!
(Bədahətən yazmışam)
“Neftçi”nin “Kəpəz”lə oyununu izləyən dost-tanış yekunda belə qərara gəlmişdi ki, “ağ-qaralar” həmin qarşılaşmada yaxşı göründülər, Elxan Abdullayevin istefasından sonra komanda toparlanıb. “Xalq komandası”nın sabiq baş məşqçisini yetərincə tənqid etmişəm, dəfələrlə demişəm ki, Abdullayev bir mütəxəssis kimi tutduğu posta layiq deyil. Amma indi onun haqqını yeyib, “Neftçi”nin “Kəpəz”lə yaxşı oynamasının səbəbini Elxan bəyin istefasıyla bağlaya bilmərəm. Mənim kitabımda belə şey yoxdu. Öldürdüyüm igidlərin hamısının haqqını vermişəm, Abdullayevdən də bunu əsirgəməyəcəm. “Neftçi” “Kəpəz”in qapısından beş cavabsız top keçirib, gəncəliləri topsuz qoysaydı, Səlahət Ağayev “çərçivə”də darıxıb, cərimə meydançası xəttinə qədər rahat gəlsəydi, mən o cür düşünənlərlə razılaşardım. Ədalət hissini itirməyək. “Neftçi”nin problemləri təkcə Elxan Abdullayevlə bağlı deyildi və bu səbəbdən də onun gedişindən dərhal sonra komanda yaxşı oynamağa başlaya bilməz. Məntiq də bunu deyir, meydandakı oyun da, legionerlərin və yerli futbolçuların fiziki-psixoloji hazırlığı da. Heç müvəqqəti baş məşqçi Elşad Əhmədov da bunu danmır. Mətbuat konfransındakı səmimiyyətindən çox xoşum gəldi. Komandanın fiziki cəhətdən axsadığını, 60-cı dəqiqədən sonra bəzi futbolçuların meydanda ayaq sürüməsini açıq dillə dedi. Ad çəkməsə də, görüntülərə baxmaqla buna əmin olmaq kifayətdi. Meza Kolli haqda isə bu sözü demək olmaz. Kamil Məmmədovun sevimlisi 60 yox, elə 6-cı dəqiqədən etibarən meydanda gəzişməklə, oyunu yola verməklə məşğul idi. Onu qınamıram, adam hazır deyil. Qışda hazır futbolçu aldıqları ilə öyünən “Neftçi” başbilənləri yayda quşu gözündən vurdular, Azərbaycan çempionatının “ulduzuna çevrilən” legioner futbolçunu heyətə qatdılar. Özü də hazırlığın ilk günlərindən yox, təlim-məşq toplanışı sona çatanda. Sonra da deyirlər ki, biz peşəkarıq, öz işimizi hamıdan yaxşı bilirik. Bu peşəkarlıq Kamil Məmmədovun könlünü xoş eləmək istəyinin qarşısında unudulursa, olmaz olsun!
Sözlərinin davamında Elşad Əhmədov daha bir səmimi etiraf etdi. Düzdü, mənim sualımdan sonra bir qədər dediklərini “malalamağa” çalışdı. Amma dediyini demişdi. “Neftçi”yə hansı baş məşqçini gətirsələr, bu komandanı düzəltmək üçün 6-9 ay vaxt istəyəcək. Yəni bu mövsümün sonuna qədər. Sözsüz ki, 9 ayı da həmin məşqçi Meza Kollini, yaxud da Daniel Seqoviya ilə Anton Krivotsyuku faydalı futbolçuya çevirmək üçün tər axıtmağa sərf etməyəcək. “Neftçi”ni yaxşı komandaya çevirmək istəyən mütəxəssis heç Elnur Cəfərov və Tərzin Cahangirov kimi yerlilərə də möhtac olmağı ağlından keçirməyəcək. Yeni çalışdırıcı “təmizlik” əməliyyatına qışda başlayacaq. 9 da olmasa, beş-altı futbolçunu yola salacaq, onların əvəzinə yeniləri gətirəcək. Yayda isə daha 4-5 nəfər klubdan göndəriləcək və sözsüz ki, həmin gedənlərin də yeri boş qalmayacaq.
Biz bu cür filmlərdən çox görmüşük. Bütün bu proseslər isə “Neftçi”nin ötən qışda qucaq açdığı futbolçuların, trasnferlərinə görə bir ətək pul xərclənən legionerlərin yararsız olduğu anlamına gələcək. Təsəvvür edin ki, ölkənin ən qocaman klubu bazasının tikintisini başa çatdıra, birdəfəlik aşağı yaş qrupları üzrə komandalarını da həmin bazaya toplaya bilmir. Bunu bacarsalar, uşaq futboluna, orda-burda məşq etməyə məcbur olan, saatlarla avtobusla yol gedən azyaşlılara böyük yaxşılıq etmiş olarlar. Birvaxtlar böyüyəndə futbolçu olmaq istəyən uşaqlar hamısı “Neftçi”də oynamağı arzulayırdı. İndi “ağ-qaralar”dan canını qurtara bilən əlini göyə açır. Klub rəhbərliyi bütün bunları görməli, “Neftçi”ni dirçəltməyə məhz uşaq futbolundan başlamalıdı. Dindirsən, “pulumuz yoxdu” deyəcəklər. Əvəzində hər “transfer pəncərəsi”ndə heyət dəyişməyə nə qədər pul xərclənir. “Neftçi”nin həmin vaxta qədər kredit borclarını ödəyib-ödəməyəcəyini də bilmirik. Yaxşı olardı ki, mövsümün əvvəlində bərli-bəzəkli müsahibələr verən Orxan Hüseynzadə açıqlayaydı, hamımız da xəbər tutardıq. Köhnə kreditlər bağlanacaqsa, qorxusu yoxdu. Yenidən borca girmək, Kamil Məmmədovdan yeni futbolçular almaq olar.
Çox qəribədi, bir ay əvvəl danışmağa çox həvəsli olan Orxan bəyin çoxdandı səsi gəlmir. Danışsaydı, Elxan Abdullayevin dediyi “bazada televizorlar işlərmirdi, yemək çatmırdı” sözlərinə də münasibət bildirərdi. “Xalq komandası” olduğu iddia edilən klubun prezidenti susanda, xalqın da beynində min cür qara fikirlər dolaşar...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar