28 avq 18:52Yazar

Hacı başqadı, Yavər!

Məzuniyyətdə olsam da, yazmağı özümə borc bildim. Hacı Əliyevin dünya çempionu olması məni istirahətimdən vaxt ayırıb, yazmağa sövq etdi. Proqnozum doğrulduğuna görə sevincim ikiqat idi. Əliyev təkcə güclü güləşçi deyil. O həm də böyük-kiçik yeri bilən, əxlaqlı, əqidəli, bir çox idmançılardan fərqli, jurnalistlərə dərin hörmət göstərən, heç vaxt müsahibədən qaçmayan (AGF qadağa qoyanda istisna ola bilər) pəhləvandı.
Fransada keçirilən dünya çempionatında mübarizəyə yunan-Roma güləşçiləri başladı. Rəsul Çunayev və İslam Abbasovun medalçılar sırasında yer alacağına şübhə etmirdim. Ancaq ilk yarış günündə acı sürprizlə üzləşdik. Hətta Elvin Mürsəliyevin qazandığı bürünc medal da “klassiklər”i fiaskodan xilas edə bilməz. Belə kəskin enişin səbəbsiz olmadığını hamımız bilirik. Təxminən 1 ay əvvəl güləşçilər boşuna etiraz aksiyası keçirməmişdi ki. Söhbət təkcə maaş problemindən getmir. Axı, güləşçilər həm də vitamin çatışmazlığından, keyfiyyətli təlim-məşq toplanışı keçməmələrindən gileylənmişdi. Adətən, yayda Göygöl və ya başqa səfalı bölgələrdən birində hazırlıq keçən komandalarımız bu dəfə Bakının istisində əziyyət çəkirdi. Mundiala belə hazırlaşmaq özünəqəsd kimi bir şey idi. Elə bahadırlarımız da aksiyada bunu anlatmağa çalışmışdı. Ki, sonra güləşsevərlər uğursuzluq görəndə bərbad nəticələrə görə onları qınamasın. Aksiyadan sonra AGF-nin əl-ayağa düşüb, həkim və masajçıları geri qaytarması ciddi fayda verə bilməzdi. Necə ki vermədi.
Ancaq “klassiklər” fiaskoyla üzləşəndə bir nəfərin dünya çempionu olacağına inanırdım. O da Hacı Əliyev idi. 2014-cü ildə Avropa çempionu olandan sonra ondan müsahibə almışdım. İntellekti diqqətimi çəkmişdi. Elə iddiası da. Həmin il həm də dünya çempionu oldu və qəzetimizin keçirdiyi ənənəvi sorğuda ilin idmançısı seçildi. Bir il sonra növbəti dəfə kainatın ən güclüsü olmaqla sərbəst güləş tariximizdə ilkə imza atdı. Belə bir deyim var: zirvəyə yüksəlmək asandı, orda qalmaq çətin. Əslində Naxçıvan güləş məktəbinin yetirməsi hələ 2-ci dəfə dünyanın “1 nömrə”si olanda sərbəst güləş tariximizdə ilkə imza atmışdı. Düzdü, Olimpiadada titula qovuşa bilmədi. Ancaq debüt etdiyi yarışda 61 kq olimpiya çəkisi olmadığından 57 kq-da çıxış etdi. Bu çəkinin ağası isə Vladimir Xinçeqaşvili sayılırdı. Gürcü güləşçi ən yüngül çəkidə London Olimpiadasında gümüş medal qazanmaqla yanaşı, Rioya dünya və ikiqat Avropa çempionu statusuyla gəlmişdi. Onlar 1/4 finalda qarşılaşdılar. Erkən finalda Xinçeqaşvili 4:3 hesabıyla qalib gəldi. Hacı Vladimirlə sanki səfərdə (çəki məsələsinə görə) güləşirdi. Hər halda, Əliyev vətənə əliboş gəlmədi. Braziliyada “bürünc”ü boynundan asdı.
Bütün bunları ona görə xatırlatdım ki, Əliyevin necə sabit çıxış edən güləşçi olduğu üzə çıxsın. İntizamı və istedadı “Neftçi”nin fəxrinə sabit çıxış etməyə imkan verirdi. Elə ona inamım da bundan qaynaqlanırdı. Və bu da nəticəsi. Başqa güləşçilərimiz kimi DÇ-yə idealdan uzaq səviyyədə hazırlaşsa da, yenə sözünü dedi. Özü də bütün görüşlərini vaxtından əvvəl qələbəylə başa vurmaqla. Bu İslamiada, “Qızıl Qran-pri”, Avropa çempionatı və ya hansısa beynəlxalq yarış deyildi. Bu dünya çempionatı idi! Belə nüfuzlu turnirdə aşkar üstünlüklə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq həm də əsl idmançı xarakterindən xəbər verirdi. Hacı üçqat dünya çempionudu. Sərbəst güləşimizdə onun rekordu uzun müddət qırılmayacaq. Çünki rəqabətin yüksək olduğu güləşdə 3 dəfə dünyanın ən güclüsü olmaq hər pəhləvanın işi deyil. Bunun üçün Əliyev kimi uğur qazandıqdan sonra qətiyyən arxayınlaşmamaq, sadəliyini qorumaq, daim üzərində işləmək və xarakter göstərmək lazımdı. Yaxın keçmişdə məşhur məsələ çevrilmiş ifadəni idmançımıza şamil etmək istərdim. Hacı başqadı, Yavər!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar