27 avq 18:09Yazar

“Sovetski”dəki məhlədən üzü bəri...

1999-cu ilin yayında elə indiki əhval-ruhiyyədəydik. Mən 1-ci kursu bitirib, yay tətili üçün kəndimizə getmişdim. Amma “Qarabağ”ın Hayfada “Makkabi”ni məğlub etdiyini eşidincə cavab oyununu stadionda izləməyi özümə borc bildim. Hiss edirdim ki, Ağdam klubu Respublika stadionunda tarixin yeni səhifəsini yazacaq. Maddi vəziyyətimiz o qədər yaxşı olmasa da, cənub rayonlarından Bakıya doğru istiqamətlənən “İkarus” markalı avtobusların birinə əyləşib paytaxta gəldim. Hər şey elə “Kopenhagen”lə oyundakı ssenariyə uyğun keçdi. Cüzi bir fərqlə. O vaxt “Qarabağ” səfərdə 2:1 hesabıyla qələbə qazanmışdı. Evdəki 0:1 hesablı yenilgi belə mərhələni adlamağa, “Monpelye”ni Bakıya gətirməyə yetərli oldu. Növbəti mərhələdə hesabın necə olacağı vecimizə deyildi. “Qarabağ”ın bizi dünyanın xoşbəxt etdiyi ilk epizod məhz həmin günlərdə yaşandı. Sonradan bir çox qələbələr qazandıq, sevincli günlərimiz oldu. Amma “Makkabi” ilə oyunları unutmadıq...
...2000-ci ilin aprelində Mərkəzi Univermaqdan qucağımda kiçik bir qutu ilə çıxdım. Xeyli həyəcanlı və sevincli idim. Sanki qucağımdakı qutuda dünyanın ən dəyərli hədiyyəsini, bahalı bir əntiq əşya tutmuşdum. Həmin günlər şəhərin “Sovetski” adlanan hissəsində köhnə ikimərtəbəli bir evdə kirayədə yaşayırdıq. Evimizdə televizor yox idi. Vacib oyunlar olanda qonşuya keçir, onların televizorunda futbola baxırdıq. Buna da hər gün nail olmaq bir qədər çətin idi. Çünki avrokuboklardakı oyunlar gecə saatlarında başlayırdı. Saat 23.45-dən sonra başqasının evində oturmaq, onları narahat etmək o qədər də ürəyimizcə deyildi. Əslən Ucar rayonundan olan qonşularımız bizi həmişə gülərüzlə qarşılayıb, istədiyimiz vaxt futbola baxa biləcəyimizi desələr də, özümüz də abrımıza qısılırdıq. Azərbaycandan kənarda yaşayan qardaşım da bunu yaxşı bilirdi. Yeni işə qəbul olunmuş, yavaş-yavaş pul qazanmağa başlamışdı. Məvacibindən hərdən bizim üçün də pul göndərirdi. Növbəti dəfə bir qədər artıq pul yollamış və xüsusi vurğulamışdı ki, özümüzə televizor alaq, daha qonşuları gecələr narahat etməyək. Mərkəzi Univermaqdan çıxarkən bərk-bərk qucaqladığım qutunun içində məhz qardaşımın göndərdiyi pulla aldığımız kiçik və ağ-qara televizor idi. “Sehirli güzgü” rəngsiz olsa da, bizə çox əziz idi. Özü də əsas üstünlüyü ondan ibarət idi ki, üstündə “buynuz”a bənzəyən ev anteni var idi və çardağa çıxmaq, kabel almaq lazım gəlmədən televizora baxa biləcəkdik.
Aprelin sonu olduğundan Çempionlar Liqası da sona yaxınlaşırdı. Yaxşı yadımdadı, 1/4 final çərçivəsində keçirilən “Çelsi” – “Barselona” qarşılaşması həmin o ağ-qara “sehirli güzgü”dən izlədiyimiz ilk oyun olmuşdu. Heç unutmamışam. Hesab da “zadəganlar”ın xeyrinə 3:1 olmuşdu. Biz həmin gecə möhtəşəm hisslər keçirmişdik. Sanki o balaca, havasız evimizə bütün dünyanı gətirmişdik. Yox, əksinə, biz Londona yollanmış, “Stemford Bric” stadionundakı möhtəşəm oyunu canlı izləmişdik...
...17 il keçib. 2000-ci ildə bizim ağ-qara televizordan izləyib, özümüzü dünyanın xoşbəxti sandığımız “Çelsi” Bakıya gələcək. “Zadəganlar”ı uzaq Bakı səfərinə gəlməyə “Qarabağ” vadar edib. Azərbaycan çempionu qitənin ən nüfuzlu turnirinə vəsiqə qazanıb, Avropanın ən güclü 32 klubu sırasına ADIMIZI yazdırıb. Bu sıraya “Roma”nı da, “Atletiko”nu da əlvə edərdim. Uşaqlıq sevgim “Roma”nın Bakıya gələcəyi, mənim də “Qarabağ”la birlikdə bu tarixin bir parçasına çevrilmək imkanımın olması bir ayrı xoşbəxtlikdi. Hələ mən 3-4 il əvvəl bir ətək pul töküb, Bakıya gətirdiyimizə sevindiyimiz “Atletiko”nu demirəm.
Həyatın ən zəngin neməti zamandı. Onu geri qaytarmaq mümkün deyil. Deməli, onu boşa verməmək, ondan faydalı istifadə etmək vacibdi. “Qarabağ” və Azərbaycan adına sevindirici məqam həm də odu ki, biz onu boşa xərcləməmişik, imzamızı imzalar arasına yazdırmağı bacarmışıq. Bunun həzzini yaşamalı, rəqiblərimizin adından qorxmamalıyıq. Nəzərə almaq lazımdı ki, futbol azarkeşləri Çempionlar Liqasının oyunları olan günlər eyni saatda başlayan qarşılaşmalar arasında seçim edərkən “top-komandalar”a üstünlük verirlər. Bu mənada bəxtimiz gətirib. “Çelsi” də, “Roma” da, “Atletiko” da bu sırada yer alır. Şübhə etməyə dəyməz ki, “Qarabağ”ın qrupdakı bütün oyunları Avropanın diqqət mərkəzində olacaq. Daha nə istəyirik?! 17-18 ildə Azərbaycan futbolu “Qarabağ”la çox uzun və şərəfli yol keçib. Davamını da gətirəcəyik!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar