25 avq 23:06Yazar

Dünyanın xoşbəxti bizik dünyada

Dünyanın xoşbəxti bizik dünyada
“Qarabağ” bu mövsüm Çempionlar Liqasında ilk oyununu keçirəndə mən Bakıda deyildim. Bu səbəbdən də stadiona getmək, komandanı yaşıl meydanda canlı izləmək imkanından məhrum olmuşdum. Amma ürəyim burda, komandamızla birlikdə döyünürdü. Bu döyüntüləri “Yenə günlərdən “Qarabağ” yazısında əks etdirməyə çalışdım. Çoxları həmin vaxt narahat idi. Mən də qorxurdum. Təxribata meyilli, uğurlarımızı həzm edə bilməyən gürcülərin əlimizdən yanıqlı olduqlarını bilirdim. Üstəlik, artıq neçə mövsüm idi görmüşdük ki, “Qarabağ” təsnifat mərhələsinin ilk oyunlarına qədər tam hazırlana, forma yığa bilmir. Qurban Qurbanovun hazırlıq planları daha uzaq hədəfləri əhatə etdiyindən bu cür problemlərin yaşanması, sürpriz nəticələrin qeydə alınması da təbiidi. Avstriyada reallaşan hazırlıq oyunlarında qeydə alınan uğursuz nəticələr, transferlərin yubanması isə tənqidçilərin sırasını genişləndirmiş, “futbol professorları”nın açdığı cəbhəni “müasir silahlar”la təmin etmişdi. “Qarabağ” iki-üç peşəkar futbolçu almasa, heç nə edə bilməz” düşüncəsini öz beyinlərində daşıyanlar ardıcıl 4-cü dəfə Azərbaycan çempionunun Çempionlar Liqasının pley-offunu görə bilməyəcəyinə inanmışdılar. Biz isə inanırdıq. İnanırdıq ki, bu dəfə hər şey fərqli olacaq. Yetər ki, “Samtredia” ilə oyunu itkisiz keçə biləydik. Davamı gələcəkdi.
Gürcülərlə Bakıdakı oyun gözlədiyimizdən də yaxşı alındı, hesab cavab görüşünü formallığa, rəsmi yoxlama görüşünə çevirdi. Tiflisdə də “Qarabağ”ı inamlı və intizamlı gördük. İşin ciddiyyətini, Qurban Qurbanovun və komandasının bu dəfə Çempionlar Liqasının qrupuna gedən “qatar”dan daha bərk yapışacağını anladıq. Yaxşı yadımdadı, “Şerif”lə ilk görüşdə rəqibin müdafiəsini yara bilməyəndə həmin o “iki-üç peşəkar mütləq olmalıdı” deyənlərin “açdığı atəşlər”in səsindən qulağımız tutulurdu. “Olmayacaq, bacarmayacağıq” deyirdilər. Biz isə inanmağa davam edirdik. Tiraspoldakı cavab oyunu günü qəzetimizdə işıq üzü görən “Axı “Şerif”in nəyi qorxuludu?” yazım da bu inamın ifadəsiydi. Sağ olsunlar, məni yanıltmadılar. Rəqibimiz “Kopenhagen” olunca qorxmadıq, çəkinmədik. Əksinə, daha da ürəkləndik, “Bacaracağıq, Qurban hoca” dedik. Biz Çempionlar Liqasının qrupunu elə arzulayırdıq ki, Stole Solbakken bu istəyin qarşısını almağa aciz idi. Lap meydanda bizə qarşı 11 Santander oynasaydı belə. Bu inamın qarşılığı elə belə həyəcan və davamında da xoşbəxtlik olmalıydı. Bütün gün gözümüz saatda idi. Dəqiqələri sayır, Malyenkonun start fitinin səslənməsini səbrsizliklə gözləyirdik.
Və həmin fit səsləndi. Davamı şirin bir yuxu idi. İndi də xatırlayıb, sərxoş oluruq. Özü də bu həyəcanı yaşayan neçə-neçə əzizimizlə, dostumuzla birlikdə. Bizdən minlərlə kilometr uzaqda yaşayanlarla birlikdə. “Kopenhagen”lə oyunun 70-ci dəqiqəsidi. Ndlovunun bizi göylərə qaldıran qolundan 3 dəqiqə sonra Pavloviç Şehiçin qapısının torunu yenidən silkələdi. Artıq həyəcandan özümüzə yer tapmırıq. Bu an telefonuma SMS gəlir. İstanbuldan türk dostum Mərt Göksoy yazır: “Bir az səbr edin, dayanın, haydı, bacaracaqsız!” Cavabını düz 25 dəqiqə sonra yazdım: “Bacardıq, Mərt, bacardıq!” Möhtəşəm qarşılaşmanı izlədiyim məkandan çıxıb gecənin sakitliyində evə gedirəm. Sükutu telefonumun zəngi pozur. Ağsaqqal və sədaqətli futbol azarkeşi Əziz Zeynalovdu. “Alo, Amal, səni təbrik edirəm. Bilirəm ki, yatmamısan. Ona görə zəng vurdum. Təbrik edirəm, Amal, danışa bilmirəm, qəhər məni boğur. Allaha şükür!” deyir. Mənim də gözlərim dolur. Səhər tezdən işə gəlirəm. E-mail qutuma yeni məktub gəlib. Almatıdandı, dəyərli jurnalist dostum Tlek Ardışev yazır: “Поздравляю с выходом Карабаха в группу Лиги Чемпионов! Рад за тебя, рад за команду, рад за весь ваш футбол! Вы давно заслужили Лигу Чемпионов, теперь сыграйте там успешно!” Yenə də gözlərim dolur, sevincdən gözlərim yaşarır. Onlar da inanmışdılar. Mənim kimi. Bakıda, İstanbulda, yaxud da Almatıda yaşamalarından asılı olmayaraq, mən onları inandıra bilmişdim. Məndəki inamın təsiri onlara da keçmişdi. Elə bu səbəbdən də çətin məqamda mənə dəstək olmağı da, məqsədimizə çatandan sonra məni təbrik etməyi, sevinclərini mənimlə bölüşməyi özlərinə borc bilmişdilər.
Əminəm ki, dəyərli oxucularımın sırasında belə əziz insanların sayı yetərincədi. Mən də sizi təbrik edirəm, əzizlərim. Biz birlikdə inandıq, birlikdə bacardıq, indi də birlikdə sevinək. Dünyanın xoşbəxti bizik dünyada. Bizə bu xoşbəxtliyi yaşadan “Qarabağ” ailəsinə də təşəkkürlər!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar