25 avq 13:46Yazar

20 ilin ən böyük hədiyyəsi

"Qarabağ" bunu bacardı! Transfer etmədiyinə və oyun planında xeyli geriləmə hiss olunduğuna görə nə qədər tənqid etsək də, Qurban Qurbanov bildiyi yoldan dönmədi.
...Və budu, o fantastik nəticə! Çempionlar Liqasının qrupundayıq! Rəsmi təqvimdə Qurban bayramı sentyabrın 1-i və 2-i olacaq. Amma Qurban Qubranovun şərəfinə avqustun 23-ü, 24-ü, 25-i və ən azı ÇL-in qrup mərhələsi bitənəcən hər gün bizim üçün bayram olacaq.
Biz futbolumuzun 0:1-dən 0:10-a kimi hər hesabla məğlubiyyətlərini görmüşük. İllər öncə "Kopenhagen" "Qarabağ"a elə oyunun ilk yarısında 6 cavabsız qol vururdu. İnanmaq çətin olsa da, indi "Kopenhagen" Qurban Qurbanovun qurbanı oldu. Elə baş məşqçi, həm futbolçu, həm məşqçi kimi Avropada ad qazanan Solbakken də Qurbanovun qurbanı oldu. Bu məğlubiyyətdən sonra norveçli mütəxəssis, çox güman, "Kopenhagen"lə vidalaşmalı olacaq...
Biz bu qələbəni çox istəyirdik! Qurban Qurbanovun klubda ən böyük missiyası bununla bitəcəkmi - bilmirəm. Amma həm özü, həm komandamız, həm də futbolçularımız Avropanın ən yüksək futbol vitrininə çıxacaq. Burda da özlərini təsdiq edəcəkləri halda "böyük beşlik" ölkələrinə belə yollar açılacaq. Qurban Qurbanov artıq yetişib və bu işin öhdəsindən də layiqincə gələ bilər. Hətta Kaxaber Tsxadadze bir müddət əvvəl bu haqda "Futbol+" qəzetinə müsahibəsində demişdi...
"Futbol+" demiş, qəzetimizin 20 illik yubileyinə bundan gözəl hədiyyə fikirləşmək olmazdı!
Biz bu zəfərin təsirindən hələ çox gec ayılacağıq. Emosiyalari cilovlayıb, olanları saf-çürük edəcəyik. Yeganə bəlli olan məsələ budu ki, Azərbaycan futbolunda yeni və ən möhtəşəm səhifə yazıldı! Bunda əməyi keçən hər kəsə təşəkkürlər!
Hələliksə relaks edin! Kef edin! Futbolumizda belə zəfərlər bir də bəlli deyil nə vaxt olacaq. Dincəlin! Axı biz bunu çox istəyirdik! Çempionlar Liqasının o möhtəşəm himni "Kopenhagen"lə Bakıdakı oyunda ilk dəfə səslənəndə azarkeşlərin reaksiyasından sonra tüklərim biz-biz olmuşdu. Artıq bu himni pley-offda yox, Bakıda ÇL-in qrup mərhələsində ən azı üç dəfə canlı eşidəcəyik. Gerisini isə bilmək olmaz. İştah diş altındadı. Yetər ki, Qurban Qurbanova və onun komandasına inanaq! Hələlik isə bu tarixi zəfərin dadını doyunca çıxarmalı və ürəyimiz istədiyi kimi qeyd etməliyik!
Təşəkkürlər və dünyanın ən böyük klub turnirində uğurlar, "QARABAĞ"!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar