25 avq 13:42Yazar

Futbol da bir dünyadı...

...və orda Azərbaycan da var
Bu gün-sabah futbol azarkeşliyimin 30 ili tamam olacaq. AÇ-88 alatoran yadımdadı, DÇ-90 isə indiki kimi... “Barselona” 1994-cü ildə ÇL-in finalında “Milan”a 0:4 uduzan gecə ağlayırdım; uşaq ağlımla inanırdım ki, oyun ləğv olunacaq və “Barsa” çempion olacaq. DÇ-94-də atamın işlədiyi yerdə bığıburma kişilərlə qrup mərhələsi oyunları üçün mərc turnirinə qatıldım və pulu 25 nəfər arasında tək götürdüm.
Amma milli futbolumuz olan gündən, ürəyim həmişə ÖZ KOMANDALARIMIZla döyünüb. Hətta, dost-tanışdan Azərbaycan futboluna qəti marağı olmayanlar üçün lağlağı materialı olub bu həmişə. Hər tsikldə 1 qələbəni qənimət bilən yığma, avrokuboklarda 1 mərhələ keçməyi uğur sayılan klublar. İntertoto kimi heç kimə lazım olmayan turnirdə “Qarabağ”ın “Makkabi”ni keçməsi ilə fəxr edirdik. “Neftçi” “Lokomotiv”i Bakıda 2:1 udanda necə sevinirdik...
Futbola olan uşaq həvəsi öləndən sonra isə (azı 15 ildi) mənim üçün, ümumiyətlə, əcnəbi futbolu, sadəcə, qladiator döyüşüdü. Şoudu. Kimin udmasının prinsipial əhəmiyəti olmayan oyundu. Bu müddətdə uzağı qardaş Türkiyənin komandalarının uğurlarına sevinmişəm. “Fənər”in “Sevilya”nı, “Cim-Bom”un “Şalke”ni keçib ÇL-də 1/4 finala yüksəlməsi, təbii ki, xoş idi. Vəya Türkiyə yığmasını Avropa çempionatında yarımfinala qədər izləmək...
Bir futbol azarkeşi kimi xəyalımı süsləyən iki uğur olub həmişə: yığmamızı AÇ və ya DÇ-nin əsas turnirində görmək və ÇL. Bu gün “Qarabağ” 20 illik sadiq milli futbol azarkeşinin xəyallarını gerçəkləşdirdi. Özümü 15-16 il əvvəl “Boavişta” çempion olanda göz yaşlarını saxlaya bilməyən yaşlı fanat kimi hiss edirəm. Kamranın sabiq, Eminin indiki komandasının Portuqaliyadakı yeri elə təxminən bizim dünya futbolundakı yerimiz kimi bir şeydir. 3 nəhəngi geridə qoyub çempion olmaq isə “Kopenhagen”i adlamaqdan belə çətin idi. Və baş vermişdi...
23 avqust milli futbolumuz üçün tarixi gündü. Beləsi olmayıb. Bundan sonra bizi ancaq yığmamızın AÇ-yə və ya DÇ-yə vəsiqəni əldə etdiyi gün belə sevindirə bilər.
Vaxtilə bir zarafat var idi: futbol da bir dünyadı və o dünyada Azərbaycana yer yoxdu. Artıq o dünyada bizim də imzamız və yerimiz var...
P.S. Bəli, “Barsa”, “Real”, “Bavariya”nın Azərbaycana gəlməsi xoşdu. Amma mən yenə də turnir uğurumuzun davamını və zəif rəqiblər arzulayıram.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar