23 avq 20:35Yazar

A11-ə uçan ürəklər

Dünən "Qarabağ" Kopenhagenə uçdu. Komandamız ölkə futbol tarixini dəyişəcək bir matça çıxacaq. Çempionlar Liqasının qrupunda oynayacağımızı təsəvvür edəndə adamın tükləri biz-biz olur.
Bakıdakı oyunun əvvəlində futbolçularımızda həyəcan vardı. Hər zaman soyuqqanlığı ilə seçilən Qara Qarayev, qapıçı İbrahim Şehiç və başqa futbolçularımız bir neçə dəfə "ürəyimizi ağzımıza gətirən" səhvlər etdi. Yaxşı ki, qonaqlar da həyəcanlıydı və bundan yararlana bilmədi.
Start fitindən əvvəl həmkarlarım Pərviz Hikmət və Kənan Məstəliyevə "Neftçi" ilə oyundakı kimi rahat olsaq, lazımi hesabla qalib gələcəyik" demişdim. Mahir Mədətovun qolundan sonra bu həmkarlarım sevincdən hərəsi bir tərəfdən üstümə atıldı. O anları bir daha və ...ÇL-in qrup mərhələsində yaşasaq, nə gözəl olar...
Fasilədə bir başqa həmkarım Vüsal Mahmudovla söhbətimdə dizlərimin əsdiyini gördüm və bunu ona deyəndə gözlərim doldu. Oyunun əvvəlində həyəcandan səhvlər edən futbolçularımızı anlamağa başlamışdım. Qarşılaşma bitənə kimi Pəviz Hikmətlə 2 saatda siqaret çəkmək rekordunu qırdıq. Şükür ki, qalib gəldik. Hesab da gözəl və komfortlu idi.
Amma bu hələ heç işin yarısı da deyil. Bizi daha bir çox möhtəşəm və tarixi matç gözləyir. Özümüzün harda olmağımızdan asılı olmayaraq, ürəyimiz "Parken"də atacaq. Dünən sözün əsl və məcazi mənasında ürəklərimizi Kopenhagenə göndərdik.
Mən də bu mənada “feysbuk”da status yazdım. Özüm burda olsam da, ürəyim Kopenhagenə uçurdu. Dostluğumdakı dəyərli insanlar uğurlar arzuladı. Bəziləri isə bunu az qala qəhrəmanlığa bərabər tutdu. Onların hamısına təşəkkür edirəm. Amma Bakıdayam. Ayın 23-ü Olimpiya stadionunda oyunu izləyib, ordan da "Qarabağ"ı qarşılamaq üçün hava limanına gedəcəm. Qoşulmaq istəyənlər əlaqə saxlaya bilər.
Əslində virtual dostlarım doğru fikirləşir: orta statistik Azərbaycan vətəndaşının öz gücünə Kopenhagenə gedib çempionumuza dəstək verməsi qəhrəmanlığa bərabərdi. Xalqımızın maddi durumunu nəzərə alsaq, bu işi görən sadə bir azərbaycanlı fədakarlıq etmiş olacaq. Kredit, faiz və ya borc götürəcək, hansısa dəyərli əşyası varsa, onu satacaq. Məhz buna görə Kopenhagenə gedəcək sadə azərbaycanlılara insanlarımız qəhrəman kimi baxır. Təəssüf ki, sabah "Parken" stadionunun bizim azarkeşlərə ayrılmış A11 tribunasında 90 dəqiqə dəstək vermək üçün alışıb-yansam da, bunu həddən çox istəsəm də, hazırki reallıqda mümkünsüzdü. Milyonlarla sadə vətəndaşımız kimi... Azarkeşlər bir yana, ölkəmizin heç bir kütləvi informasiya vasitəsi maddi çətinliyə görə bu tarixi matça əməkdaşını göndərə bilmir...
Avropada və dünyanın başqa sivil ölkələrində yaşayan və Kopenhagenə gəlib oyunu canlı izləmək üçün maddi imkanı olan soydaşlarımız çoxdu. Əminəm, güney azərbaycanlılardan tutmuş türkiyəlilərə kimi saysız-hesabsız "Qarabağ" azarkeşi sabah A11 sektorunu tam doldurub, çempionumuzu 90 dəqiqə dayanmadan dəstəkləyəcək və bu tarixi bir olub yazacağıq!
Özləri Azərbaycanda, ürəkləri Kopenhagendə olanlara bu bəsdi. Başqa heç nə istəmirik. Nə bilet, nə avtobus, nə pul, bizə qələbə lazımdı, bircə qələbə... Və bu qələbəni də bir olub, bütov olub qazanacağıq! Bu məqamda 2 yaşlı oğlum Emilin izlədiyi TRT Çoçuk telekanalında reklam fasiləsində Çempionlar Liqasının himni səsləndi! Vallah-billah, bəzəmirəm! Bu bəlkə də yuxarılardan gələn bir səs idi. ÇL himninin o ölüncə unudulmaz səsi... İnanıram ki, Emil "Qarabağ"ın ÇL-in qrupundakı oyununda o himni canlı eşidəcək!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar